“Mən bəyəm cinayət etmişəm ki, haqqımda araşdırma aparırlar?” - Cavanşir Məmmədovdan nazirliyə ETİRAZ 

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada müğənni Cavanşir Məmmədov səsləndirib. 

“68 yaşım var və 50 ildir Azərbaycan səhnəsindəyəm. 2006-cı il Mayın 16-da cənab prezidentimiz İlham Əliyevin imzası ilə mənə “Əməkdar Artist” adı verildi. Məndən sonra sənətə gəlib 2-3 ildə  “Xalq Artisti”nə kimi qalxan insanlar var.Mən buna heyrətlənməyim, nə edim?  

Bununla bağlı bütün qurumlara müraciət etmişəm, amma hamısı məni görməzdən gəlib.

Mədəniyyət Nazirliyinə müraciət etmişəm və mənə cavabda bildiriblər ki, haqqınızda araşdırma aparılır. Mən bəyəm cinayət etmişəm ki haqqımda araşdırma aparırlar? Araşdırma dedikləri də hələ 16 ildir davam edir. Adam öldürməmişəm, oğurluq etməmişəm və ya dövlət əmlakını mənimsəməmişəm ki haqqımda araşdırma aparırlar? Mən hələ də sənətimi davam etdirirəm və hamı da məni tanıyır.Əgər sənətimi araşdırmaq onlara bu qədər ağır gəlirsə, buyurub Youtube-dən istifadə edə bilərlər. Bütün çıxışlarım orada var. Hal-hazırda Mədəniyyət Nazirliyinin balansında olan ifaçıyam. Amma bir dəfə də mənimlə maraqlanmırlar. Bütün bəstəkarların hamısının mahnısını ifa etmişəm. Hazırda da el şənliklərinə dəvət alır, sosial verlişlərdə musiqi eksperti kimi çıxış edirəm. 

Birinci Qarabağ müharibəsində öz ansamblımla birgə gəzmədiyim cəbhə qalmayıb. Soyuq, müharibə demədən həyatımı təhlükəyə atıb işimlə xalqımın qeyrətli oğullarına dəstək olmuşam.Bəs aidiyyatı qurumlar bu fəaliyyətimi niyə görməzdən gəlirlər? 
İki il əvvəl mənə “Xalq Artisti” fəxri adı verilməməyi ilə bağlı Prezident Administrasiyasında hörmətli Fərəh xanımın qəbulunda olmuşam. Mənə dedi ki, ay Cavanşir müəllim, onsuz da sizi xalq tanıyır və sevir. “Xalq Artisti” adını nə üçün istəyirsiniz? Həmçinin mənə bildirdi ki, Cabbar Qaryağdıoğlu və Seyid Şuşinskinin də fəxri adı yox idi. Bəyəm onları xalq sevmirdi? Məni belə böyük sənətkarlarla müqayisə etdiyi üçün sağolsun, amma məncə, qiymət də vermək lazımdır.

“Xalq Artisti” adı almaq mənim də haqqımdır. Mənə deyirlər ki, sən uzun illər toylara getmisən. Bəyəm toylara getmək xalqa xidmət etmək deyil? Yoxsa Xalq Artistləri toylara getmirlər? 

Toylara gedib çörəkpulu qazanıb uşaqlarımı böyütmüşəm. Başqaları kimi İstanbulda ev, Bakıda obyekt almamışam. Əgər kim sübut etsə ki, Cavanşir Məmmədovun bir dənə gəlir gətirən obyekti var, mən o obyekti ona bağışlamağa hazıram.” 

Bizim.Media-ya açıqlamasında müğənni İzzət Bağırov isə bidirib ki, fəxri ad almaq üçün heç kimə müraciət etməyəcək. 

“Düz 32 ildir, Azərbaycan səhnəsində müğənni kimi fəaliyyət göstərirəm. Efirlərdə və el şənliklərində iştirak edirəm. Amma hələ də “Əməkdar artistəm”.

Bu gün Azərbaycanda uşaqdan böyüyə hamı İzzət Bağırovu tanıyır. Mən həyatım boyunca heç kimə nə üçünsə ağız açmamışam. Həyatımın sonuna kimi də məhz öz doğru bildiklərimi edəcəyəm. Heç kimə mənə “Xalq Artisti” adı vermələri üçün yalvarmaycağam. “Qismət” deyib gözləyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Nazim İsayevə yüksək VƏZİFƏ verildi

Nazim İsayevə yüksək VƏZİFƏ verildi

Ağdamda FACİƏ – Fəhlə iş yerində həyatını itirdi

Ağdamda FACİƏ – Fəhlə iş yerində həyatını itirdi

İraq Prezidenti namizədliyini geri götürdü

İraq Prezidenti namizədliyini geri götürdü

Bakıda daha bir ərazidə sürüşmə olub

Bakıda daha bir ərazidə sürüşmə olub

Bakı - Sumqayıt avtomobil yolu qaranlığa QƏRQ olub – Əncam çəkən yoxdur

Bakı - Sumqayıt avtomobil yolu qaranlığa QƏRQ olub – Əncam çəkən yoxdur

ABŞ İranın bu şərti ilə razılaşdı

ABŞ İranın bu şərti ilə razılaşdı

Yevlaxda daşınmaz əmlak bazarında BAHALAŞMA – Qiymətlər rekord həddə YÜKSƏLDİ

Yevlaxda daşınmaz əmlak bazarında BAHALAŞMA – Qiymətlər rekord həddə YÜKSƏLDİ

Hikmət Hacıyev: “Azərbaycan sülh gündəliyinə sadiqdir”- FOTO

Hikmət Hacıyev: “Azərbaycan sülh gündəliyinə sadiqdir”- FOTO

Ceyhun Bayramovun ailəsinə AĞIR İTKİ - FOTO

Ceyhun Bayramovun ailəsinə AĞIR İTKİ - FOTO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Millimiz Gürcüstanla qarşılaşacaq

Millimiz Gürcüstanla qarşılaşacaq

AFFA bu oyunları təxirə saldı

AFFA bu oyunları təxirə saldı

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

End of content

No more pages to load

RADİO