"Evimi yaradıcılığım, zəhmətim bahasına tikmişəm" - Aygün Səmədzadədən İDDİALARA SƏRT CAVAB 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev cinayət işi üzrə aparılan məhkəmə prosesində adı keçən şəxslərdən biri İbrahim Zeynalov mətbuata açıqlamasında bəstəkar Aygün Səmədzadənin də adını çəkərək, bir vaxtlar ailəvi yaxın olduqlarını və bəstəkarın evini təmir etdiyini bildirib. 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı bəstəkar Aygün Səmədzadə açıqlama verib.  

Bəstəkar bunun tamamilə yanlış olduğunu bildirib:

"Bu iddialar, yazılar məni narahat etmir desəm, səmimi olmaram. Belə çirkin söhbətlərdə adımızìn hallanmasına son qoymaq üçün münasibət bildirirəm və düşünürəm ki, yazını diqqətlə oxuyanlar doğru nəticə çıxaracaqlar. 

Hazırda ilboyu yaşadığım evin torpaq sahəsini hamı kimi mən də sənədlə, möhürlə satın almışam (torpaqların satışına da vəzifəsinə görə həmin bu adam başçılıq edib). 

20 sot yer üçûn o zaman 2000 AZN ödəmişəm (hamı bilir ki, qiymət artımlarından çox-çox əvvəl o ərazilərdə 1 sotun qiyməti 80-100 azn idi.) Mən sənəd baxımından səliqəli bir adam olduğumdan və evin təmirinə özüm rəhbərlik etdiyimdən ən kiçik mismardan tutmuş bütün ləvazimatların qaimələrini saxlayıram və təmir üçün getdiyim bütün magazaların ünvanını belə yadda saxlamışam- yəni mənim evimi kiminsə təmir etməsi ən absurd iddiadır). 

"Villa "kimi təqdim olunan evin tikintisinə 2003-cü ildə başlamışam və tam təmirini 2015-ci ildə başa çatdırmışam (nəzərinizə çatdırım ki, 2005, 2009, 2015-ci illərdə Heydər Əliyev sarayında 3 konsert vermişəm, konsert xərclərim və gəlirlərim mütəmadi sənədləşdirilib, 5 teatr və 3 film musiqisindən aldığım qonorarlar da həmin dövrə aiddir, intizamlı vergi ödəyicisiyəm, gəlirlərim şəffafdır və nailiyyətlərim, yaradıcılığım, zəhmətim bahasına özümə hər halda bir ev tikmək imkanına malik ola bilərəm). 

Bunları ardıcıl qeyq etməkdə məqsədim yaradıcılıq fəaliyyətim və maddi təminatım arasında illər baxımından paralellər aparmanıza yardım etməkdir. Bu arada sənət arenasına təmənnasız çıxardığım onlarlala musiqiçini də yadınıza salmaq istərdim. Ehtiyacım olsaydı, bu istedadları da ən məşhur mahnılarımla təmənnasız üzə çıxarmazdım. Kimdənsə kömək gözləməkdənsə, elə mahnıları da pula satardım. 

Məni burada bir sual maraqlandırır. Əvvəldə qeyd etdiyim kimi, torpağı mən də hamı üçün eyni olan qiymətə almışam. Mənə kiməsə, nəyəsə görəsə heç bir güzəşt olmayıb.
Bu gün 2000 manat kimlərəsə çox balaca rəqəm kimi görünə bilər. Amma o zaman normal, mənim üçünsə çox böyük məbləğ demək idi. Hətta o qədər çox idi ki, qonşuluqdakı 20 sot torpağı da  mənə o qiymətə təklif edəndə almağa imkanım olmadı. Tanımadığım, bizimçün "nələrsə edən", hətta evin təmirində iştirakını (hətta kənd yollarında hər tin başında satılan ucuz tamet-metlaxı da hədiyyə etdiyini deyən) iddia edən adam görəsən "bu qədər əliaçıqlığı ola-ola" torpağı niyə mənə bağışlamayıb, pulla satıb? Və bu qədər var-dövlət sahibi olan şəxsin əhailiyə satdığı torpaqların bir çoxu niyə indiyə qədər sənədsizdir və bildiyim qədər, satılan torpaqların pullarının çox hissəsi dövlət büdcəsinə keçməyib və adamın həbs səbəblərindən biri də bu olub.  

Məsələləri yanlış istiqamətdə işıqlandırıb, nəzərləri başqa tərəflərə yönəltmək kimlərə lazımdır? Bu dişi ağrıyan adama mədə əlacı vermək kimi bir şeydir. 

2-ci iddia: Guya mən bu adamın bizə gələn qohumlarını qapımdan qovmuşam. Mən mədəni bir ailədə böyümüşəm. Qapıma gələn insanları deyil, heç heyvanları da naümid qaytarıb qovmaram. 

Təqdimata ehtiyac olmasa da Atam Ziyad Səmədzadə  Azərbaycanın böyük alimidir, dünya çapında adı keçən iqtisadçıdır, akademikdir.

Həyatını Azərbaycan elminə həsr etmiş, minlərlə gənc mütəxəssis yetişdirmiş ziyalıdır, illər boyu yüksək vəzifələrdə olmuş, Azərbaycanı ali səviyyələrdə təmsil etmiş ictimai xadimdir. Həyatı, təcrübələri, peşəsi və paklığı onu heç zaman heç kimə möhtac etməyib və etməyəcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə

İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə

“Onkologiya elə bir sahədir ki, qonşu da, xalaqızı da məsləhət verir” – Azad Kərimli ilə MÜSAHİBƏ – EKSKLÜZİV

“Onkologiya elə bir sahədir ki, qonşu da, xalaqızı da məsləhət verir” – Azad Kərimli ilə MÜSAHİBƏ – EKSKLÜZİV

AİLƏLƏRƏ UŞAQ SAYINA GÖRƏ PUL VERİLƏCƏK? – Azərbaycanda yeni mexanizm tətbiq oluna bilər

AİLƏLƏRƏ UŞAQ SAYINA GÖRƏ PUL VERİLƏCƏK? – Azərbaycanda yeni mexanizm tətbiq oluna bilər

Hakimi götürüb yerə çırpdı - Güləş şousunda dəhşətli ölüm - Video

Hakimi götürüb yerə çırpdı - Güləş şousunda dəhşətli ölüm - Video

İlham Əliyevin təşəbbüsü ilə Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü – FOTO

İlham Əliyevin təşəbbüsü ilə Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü – FOTO

9 kiloqramlıq qızıl külçə tapdı - 750 min dollara satıldı

9 kiloqramlıq qızıl külçə tapdı - 750 min dollara satıldı

“Hücumlara hazır olun, ehtiyat toplayın”

“Hücumlara hazır olun, ehtiyat toplayın”

Broyler yumurtası da BAHALAŞACAQ?

Broyler yumurtası da BAHALAŞACAQ?

Bakıda leysan XƏBƏRDARLIĞI - Axşamdan başlayır...

Bakıda leysan XƏBƏRDARLIĞI - Axşamdan başlayır...

Vətən Müharibəsi xronikası – 9 oktyabr – VİDEO

Vətən Müharibəsi xronikası – 9 oktyabr – VİDEO

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

End of content

No more pages to load

RADİO