
Hollivud aktyoru Bryus Uillisin kiçik qızı Tallula Belle Uillis atası ilə çəkilmiş arxiv fotosunu sosial şəbəkədə paylaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə RBC Life nəşri məlumat yayıb.
Tallula paylaşımına “Mən səni hər keçən gün daha çox sevirəm! Hələ də qucağından gələn günəş işığını hiss edirəm!” sözlərini yazıb.
Bryus Uillisin ailəsi 2022-ci ildə aktyora afaziya diaqnozu qoyulduğunu açıqlayıb. Bu səbəbdən o, aktyorluq karyerasını başa vurub. 2023-cü ildə diaqnoz dəqiqləşdirilib və aktyorda alın-gicgah demensiyası olduğu bildirilib.
Aktyorun həyat yoldaşı Emma Heminqin sözlərinə görə, xəstəliyin ilk əlamətləri onun xarakterindəki dəyişikliklərlə özünü göstərib. Əvvəllər ünsiyyətcil və həvəsli olan Uillis daha səssiz olub, özünə qapanıb və əvvəlki mehriban davranışlarından uzaqlaşıb.
Heminq bildirib ki, həyat yoldaşı hazırda gecə-gündüz qayğı göstərən mütəxəssislərdən ibarət komandanın nəzarəti altında ayrı evdə yaşayır. O, bu qərarı uşaqlarının rifahını nəzərə alaraq verib.
Bizim.Media