Cəmiyyət
Bu gün 11:57
"Mətbəxlə bağlı veriliş mənim üçün çox maraqlıdır. Çünki dövlət televiziyasında illərlə "Süfrə" rubrikasını aparmışam. Qonaqlarım da sənət adamları olurdu. Hər dəfə biri yemək bişirirdi və qiymət verirdik".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov "İncə səhər" verilişində deyib.
Sənətçi həmin illərdə qəbul etdiyi içkiyə görə 7 kiloqram kökəldiyini bildirib:
"O zaman spirtli olmayan bir içkidən 7 kiloqram kökəldim. Gördüm ki, yaman çox şişmanlıq yaranıb. Adını çəkmək istəmirəm. Ondan sonra bir az ara verdim". (Axşam.az)
Bizim.Media