Türkiyəli aktrisa İpek Tanrıyar həmkarı Necla Uygurun dəfn mərasimində geyiminə görə tənqid hədəfinə çevrilib.
Bizim.Media xəbər verir ki, aktrisanın mərasimə sinəsi açıq köynəkdə qatılması sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.
Tənqidlərə münasibət bildirən İpek geyiminin qəsdən seçilmədiyini və vəziyyətdən xəbərdar olsaydı, dərhal dəyişiklik edəcəyini bildirib.
“Kaş kimsə məni bununla bağlı xəbərdar edəydi, dərhal düzəldərdim. Bu, şüurlu şəkildə edilmiş seçim deyildi. Hörmətsizlik etmək istəsəydim, dəfn mərasimində başımı örtməzdim”, – deyə aktrisa qeyd edib.
Bizim.Media