DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi – FOTO

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, əvvəlcə qonaqlar mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, DTX əməkdaşlarının övladlarının rəsmlərindən ibarət sərgiyə tamaşa ediblər.
 
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra tədbirin rəsmi hissəsi açıq elan olunub. 

Çıxış edənlər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti və əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, eləcə də dövlət suverenliyinin bərpası ilə nəticələnən antiterror əməliyyatlarından ətraflı danışıblar.

Əldə olunmuş tarixi qələbənin hər bir azərbaycanlıda sonsuz iftixar və qürur hissi oyatdığı, bunun gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsi kimi ötürüləcəyi xüsusi vurğulanıb.

Eyni zamanda, Vətən müharibəsindən ötən illər ərzində ölkəmizin reallaşdırdığı mühüm layihələrin, eləcə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin xalqımızın gücünü və iradəsini bütün dünyaya bir daha nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Rəsmi hissədən sonra tanınmış incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda musiqi nömərləri ilə davam etdirilən tədbir xatirə fotoşəkillərinin çəkilməsi ilə başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

IV qrup abituriyentləri üçün şans - Məleykə Abbaszadə AÇIQLADI

Gətirilən ayaqqabıdan telefon çıxdı - Ədliyyə Nazirliyi xəbərdarlıq edir - FOTO

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edib

Elşad Xosedən uzun aradan sonra paylaşım - Foto

Elektrik xətlərinə bağlanan toplar nə üçündür?

“Mağazaya dost kimi girdik, sevgili kimi çıxdıq"

ALICILARIN DİQQƏTİNƏ - Çin avtomobillərini bu markalar əvəz edəcək

ALICILARIN DİQQƏTİNƏ - Çin avtomobillərini bu markalar əvəz edəcək

DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi – FOTO

DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi – FOTO

Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı - (Foto-Video)

Qadını vurub hadisə yerindən qaçan yeniyetmə SAXLANILIB – VİDEO

Bu tələbələr təhsil haqqı ödəməyəcək - Siyahı

İnsan hüquqları gündəmi, siyasi kontekst və xarici təsir şəbəkələri: Azərbaycan yenə hədəfdə

Qobu-Hökməli ərazisində evlər niyə ucuzdur? – Ən əsas səbəbi TAPILDI

“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş

Dünyanın ən isti ölkəsi -Temperatur 50 dərəcəni keçir

Sürücülərin NƏZƏRİNƏ: Saat 22:00-dan Bakıda bu yol bağlanır

Bu dərsliklər yenilənib -Şagirdləri yeni məzmun gözləyir

Tbilisidə 15 yaşlı azərbaycanlının meyiti günlər sonra tapıldı – Foto

Başqasının maşını ilə törədilən qəzalarda kim məsuliyyət daşıyır? - AÇIQLAMA

Sentyabr ayı üçün ulduz falı: Həyatımızda nələr dəyişəcək?

Kinematoqrafçılar İttifaqına müvəqqəti sədrlik Şəfiqə Məmmədovaya HƏVALƏ EDİLDİ

İpoteka, daxili kredit, yoxsa faizsiz mərhələli alış? Nərimanovda seçimlər

End of content

No more pages to load

RADİO