Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı – FOTO

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir.

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat verilib.

Bildirilib ki, xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasının Prezidentinin kino sahəsində müəyyən etdiyi siyasətin əsas istiqamətlərindən biridir:
 

"Dövlət başçısının 29 may 2025-ci ildə imzaladığı “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Sərəncamın məqsədlərindən biri xarici film istehsalçılarını ölkəyə cəlb etmək idi.


Bunun üçün müxtəlif üsulların, o cümlədən, xarici film istehsalçılarının çəkdikləri xərclərin bir hissəsinin geri ödənilməsini nəzərdə tutan "cash rebate" mexanizminin tətbiqi nəzərdə tutulurdu. Sərəncamdan irəli gələn məsələlərin həlli üçün aradan keçən bir il ərzində intensiv iş görülüb. Mədəniyyət Nazirliyi tərəfindən ölkədə film çəkilişlərini təşviq etmək məqsədilə yaradılan Azərbaycan Film Komissiyası ölkənin təqdim etdiyi yeni imkanları xarici film istehsalçılarına təbliğ edib. Görülən işlərin ilkin nəticələri artıq ortadadır.

“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycan hissəsinin çəkilişlərinin uğurla keçməsində Mədəniyyət Nazirliyinin koordinatorluğu ilə müxtəlif dövlət orqanlarının - Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin və digər qurumların – ümumilikdə 26 rəsmi təşkilatın çəkiliş heyətinə dəstək məqsədilə birgə fəaliyyəti mühüm rol oynayıb.

Çəkiliş prosesinin rahat keçməsi və uğurla başa başa çatması Azərbaycanın digər beynəlxalq film istehsalı layihələr üçün də cəlbedici məkana çevrilməsini təmin edəcək. Bu isə beynəlxalq kino sənayesinin ölkəmizə diqqətini getdikcə artıracaq.

Qlobal layihələrin ölkəmizdə icra olunması yerli kino sənayəsinin inkişafına da müsbət təsir göstərir. “Tanrının zirehi 4: Ultimatum” filminin istehsalına 200-dən çox yerli mütəxəssis, onlarla yerli şirkət cəlb olunmuşdu. Bu cür fəaliyyət yerli kino mütəxəssislərinin təcrübə toplamasını və beynəxalq əməkdaşlığı gücləndirməsini təmin edir.
 

Ölkədə qlobal blokbasterlərin çəkilməsi Azərbaycanın dünyada təbliği, o cümlədən, turizm imkanlarının genişləndirilməsi baxımından son dərəcə effektivdir. Film ekranlara çıxandan sonra Ceki Çanın bütün dünyada, xüsusilə cənub-şərqi Asiya ölkələrində olan on milyonlarla fanatı Azərbaycanı yeni turizm ünvanı kimi kəşf etməyə həvəslənəcək.


“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycan hissəsinin çəkilişləri başa çatandan sonra Ceki Çanın prosesə dəstək vermiş dövlət qurumlarının və şirkətlərin nümayəndələri ilə görüşü keçirilib. Aktyor verilən dəstəyə görə bütün qurumlara şəxsən təşəkkürünü bildirib və xatirə hədiyyələri təqdim edib".














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlanlar yenə qızları ÜSTƏLƏDİ

Oğlanlar yenə qızları ÜSTƏLƏDİ

Soyuducunuzda varsa, ölüm saçır

Soyuducunuzda varsa, ölüm saçır

Ölkəmiz daha bir mötəbər yarışa ev sahibliyi edəcək

Ölkəmiz daha bir mötəbər yarışa ev sahibliyi edəcək

Hirslənəndə gözünə heç nə görünməyən 5 bürc

Hirslənəndə gözünə heç nə görünməyən 5 bürc

Bakı-Quba yolunda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL

Bakı-Quba yolunda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL

Şəhid anası illər sonra oğlunun arzusunu belə gerçəkləşdirdi – “Özümə söz verdim” – FOTO

Şəhid anası illər sonra oğlunun arzusunu belə gerçəkləşdirdi – “Özümə söz verdim” – FOTO

Trampdan daha bir ölkəyə HÜCUM TƏHDİDİ – “Bombalamağa hazırıq” – VİDEO

Trampdan daha bir ölkəyə HÜCUM TƏHDİDİ – “Bombalamağa hazırıq” – VİDEO

Vüsal Nəsirli müğənninin qardaşına yüksək vəzifə verdi - Foto

Vüsal Nəsirli müğənninin qardaşına yüksək vəzifə verdi - Foto

Nikahların sayı KƏSKİN AZALIB: Boşanmalar isə...

Nikahların sayı KƏSKİN AZALIB: Boşanmalar isə...

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bakıda vəzifəli şəxs həbs edildi

Bakıda vəzifəli şəxs həbs edildi

Qatıq mayalanmasında noxud hiyləsi— Uzun müddət turşumur

Qatıq mayalanmasında noxud hiyləsi— Uzun müddət turşumur

Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı – FOTO

Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı – FOTO

Böyükşor yaşıla, Urmiya qırmızıya boyandı – Müharibə, yoxsa təbiətin xəbərdarlığı?

Böyükşor yaşıla, Urmiya qırmızıya boyandı – Müharibə, yoxsa təbiətin xəbərdarlığı?

Böyük sərvət yaratmaq üçün təyin olunmuş doğum tarixləri

Böyük sərvət yaratmaq üçün təyin olunmuş doğum tarixləri

General-mayor olan Elfan Quliyevin FOTOSU

General-mayor olan Elfan Quliyevin FOTOSU

Toralla xanımından maraqlı Video

Toralla xanımından maraqlı Video

AZAL Atırauya ilk reysini həyata keçirdi – FOTO

AZAL Atırauya ilk reysini həyata keçirdi – FOTO

Bakının mərkəzində meydana Ukrayna yazıçısı Taras Şevçenkonun adı verildi

Bakının mərkəzində meydana Ukrayna yazıçısı Taras Şevçenkonun adı verildi

Elvindən Zubirə vida- “Gözüm səni axtaracaq”

Elvindən Zubirə vida- “Gözüm səni axtaracaq”

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır- Fotolar

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır- Fotolar

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO

Təltif olunanlar arasında həmin mayorla əsgər də var- Foto

Təltif olunanlar arasında həmin mayorla əsgər də var- Foto

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada -Foto

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada -Foto

End of content

No more pages to load

RADİO