Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

Azərbaycanın Xalq artisti, tanınmış rejissor və aktyor Aleksandr Şarovskinin səhhəti ağır olaraq qalır.

Bizim.Media xəbər verir ki, bu barədə onun həyat yoldaşı, Azərbaycanın Xalq artisti Nataliya Şarovskaya “Trend.az”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Aleksandr Şarovski Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsindədir. Həkimlər onun vəziyyətinin yaxşılaşdırılması üçün əllərindən gələni edirlər.

“Vəziyyəti ağırdır, təəssüflər olsun ki, reanimasiyadadır. Həkimlər əllərindən gələn hər şeyi edirlər. Hələlik proqnoz yoxdur, ona görə də heç nə deyə bilmirəm. Amma onlar mümkün olan hər şeyi edirlər”, - deyə N.Şarovskaya bildirib.

O, A.Şarovskiyə göstərilən diqqət və dəstəyə görə dərin minnətdarlığını ifadə edib. Aktyorun səhhətinə göstərilən diqqətin ailəsi üçün bu ağır məqamda xüsusilə böyük əhəmiyyət daşıdığını vurğulayıb.

“Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna bizim üçün çox ağır olan bu dönəmdə göstərdikləri böyük dəstəyə görə sonsuz minnətdaram. Yaşadığımız bu gözəl ölkəyə, insanların sevgisinə, diqqətinə, Aleksandr Yakovleviçə göstərilən belə qayğıya görə səmimi qəlbdən təşəkkür edirəm. Düşünürəm ki, belə münasibət bizim üçün xüsusilə dəyərlidir, çünki biz bu torpaqda doğulmuşuq və burada necə gözəl insanların yaşadığını bilirik”, - deyə o vurğulayıb.

Nataliya Şarovskaya Azərbaycanın Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun daim diqqət və dəstək göstərdiyini də xüsusi olaraq qeyd edib.

“Anar Ələkbərov bizə dəstək olur, mütəmadi olaraq zəng edir, maraqlanır. Ona çox böyük təşəkkür edirəm”, – deyə o əlavə edib.

Aktyorun həyat yoldaşı eyni zamanda tibb işçilərinə göstərdikləri fədakarlığa görə təşəkkür edib.

“Həkimlər çox sağ olsunlar. Bura mümkün olan hər şeyin edildiyi möhtəşəm bir klinikadır. Mən orada oluram və görürəm ki, həkimlər əllərindən gələni əsirgəmirlər. Hətta elə şeylər var ki, artıq onların imkanları xaricində görünür, amma onlar bunu da etməyə çalışırlar. Bu çətin işdə iştirak edən və ağır vəziyyətimizdə bizə dəstək olan hər kəsə çox minnətdaram. Bütün qəlbimlə sonsuz təşəkkürümü bildirirəm. Hamınıza təşəkkür edirəm”, – deyə Nataliya Şarovskaya bildirib.

Söhbətin sonunda o, Aleksandr Şarovskinin tezliklə sağalacağına ümid etdiyini bildirib və ailəyə dəstək göstərən hər kəsə bir daha təşəkkür edib.

Aleksandr Şarovski Azərbaycanın Xalq artisti, rejissor, aktyor və ölkənin teatr sənətinin tanınmış nümayəndələrindən biridir. Onun uzun illər davam edən yaradıcılıq fəaliyyəti Azərbaycan teatr mədəniyyətinin inkişafına mühüm töhfə verib.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi də Aleksandr Şarovskinin müalicəsinin təşkilində göstərilən böyük dəstək, qayğı və diqqətə görə ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna dərin minnətdarlığını ifadə edib.

“Azərbaycan mədəniyyətinin görkəmli xadimi Aleksandr Şarovskinin adı onilliklər ərzində Rus Dram Teatrının tarixi ilə ayrılmaz şəkildə bağlı olub. Onun istedadı, peşəsinə sədaqəti və uzun illər səhnəyə xidməti Azərbaycanın teatr sənətinin inkişafına mühüm töhfə verib, tamaşaçıların, həmkarlarının və ölkənin bütün teatr ictimaiyyətinin layiqli sevgisini və dərin hörmətini qazandırıb.

Teatr kollektivi mədəniyyət və incəsənət xadimlərinə uzun illər göstərdiyi dəstəyə görə ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna səmimi minnətdarlığını bildirir. Onilliklər ərzində özünü Azərbaycan mədəniyyətinə xidmətə həsr etmiş şəxsiyyətlərə göstərilən diqqət və qayğı humanizmin, onun tarixini və milli sərvətini təşkil edən insanlara həssas münasibətin parlaq təzahürüdür”, – deyə teatr kollektivinin müraciətində bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO

Qusarda təcili tibbi yardım maşını qəzaya düşdü - FOTO

Qusarda təcili tibbi yardım maşını qəzaya düşdü - FOTO

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Dünən ən çox sevinən onlar idi – VİDEO

Dünən ən çox sevinən onlar idi – VİDEO

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

İŞİD tərkibində döyüşən şəxsə hökm oxundu

İŞİD tərkibində döyüşən şəxsə hökm oxundu

Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

Ayxan Mirzəzadə Avropa çempionu oldu

Ayxan Mirzəzadə Avropa çempionu oldu

NATO Azərbaycanın 6 il əvvəl işlətdiyi raketlərə İNDİ KEÇİR

NATO Azərbaycanın 6 il əvvəl işlətdiyi raketlərə İNDİ KEÇİR

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi müzakirə olundu

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi müzakirə olundu

Şəkinin bəzi kəndlərində qaz olmayacaq

Şəkinin bəzi kəndlərində qaz olmayacaq

“Zirə” afrikalı futbolçu transfer etdi

“Zirə” afrikalı futbolçu transfer etdi

ABŞ-nin hücumları nəticəsində İranın 6 hərbçisi öldürülüb

ABŞ-nin hücumları nəticəsində İranın 6 hərbçisi öldürülüb

AQTA 79 ərzaq bazarında yoxlama keçirdi - FOTO

AQTA 79 ərzaq bazarında yoxlama keçirdi - FOTO

Birinci sinfə elektron qəbul BAŞA ÇATDI

Birinci sinfə elektron qəbul BAŞA ÇATDI

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Berluskoninin rekordunu yenilədi

Berluskoninin rekordunu yenilədi

End of content

No more pages to load

RADİO