Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Mən Şuşada kinoteatr olan məhəllədə yaşayırdım. Təxminən yeddinci sinifdə oxuduğum vaxtlarda kinoteatrlara “Nəsimi” filmi və filmin afişaları gəlmişdi. Dayım da orada çalışdığı üçün mənə həmin afişalardan gətirmişdi. Getdim filmə baxdım. Onsuz da istəyirdim, ancaq filmdən sonra qərara gəldim ki, aktrisa olacağam.

Bizim.Media xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Firəngiz Mütəllimova mərhum aktyor Rasim Balayevlə bağlı xatirələrini bölüşərkən deyib.

“Ən böyük arzum Rasim Balayevi görmək idi. Hətta ona məktub da yazmışdım. İkinci kursda olanda isə onunla şəkil çəkdirmişdim. Həmin fotonu da paylaşmışam.
 

İllər keçdi. Mən təhsil aldığım universitetin həyətində olan zaman Rasim Balayev gəlib, yazdığım məktubu saxladığını bildirdi. Təəccübləndim. Hansı məktub olduğunu soruşdum. Cavabında “Sən mənə yazmısan.


Köçəndə evdəki məktublara baxırdıq. Sənin adını gördüm və saxladım” dedi. Onda mən artıq sənətdə tanınırdım”, - aktrisa bildirib.

Əməkdar artistin sözlərinə görə, Rasim Balayevlə bir filmdə çəkilmək onun ən böyük istəyi idi:

“Biz “Qala” filmində tərəf müqabili olduq. Rasim bəyin həyat yoldaşı və nəvəsi də orada idi. O, çox gözəl insan, gözəl tərəf müqabilidir. Nə yaxşı ki, mən həmin anları yaşayıb, filmdə çəkilmişəm.
 

Rasim bəy mənə son dəfə qardaşım rəhmətə gedəndə zəng edib, başsağlığı vermişdi. Onunla hərdən danışırdıq, tədbirlərdə görüşürdük. Bütün sənət adamlarına qarşı istiqanlı, mehriban idi. O, əsl Azərbaycan kişisi və sözün düzünü deyən insan idi.


Rasim Balayevin ailəsinə və doğmalarına səbr diləyirəm. Doğrudan da böyük itkidir. İtirdikdən sonra başa düşürük ki, kimi itirmişik. Allah rəhmət eləsin!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

End of content

No more pages to load

RADİO