Portuqaliyalı futbol ulduzu Cristiano Ronaldonun nişanlısı Georgina Rodríguez sosial şəbəkədə paylaşdığı bahalı əşyalarla diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, model və influenserin paylaşdığı fotoda yüksək dəyərə malik maddi sərvətlər nümayiş olunub.
Belə ki, sözügedən paylaşımda ümumi dəyəri 20 milyon ABŞ dollarından (təxminən 17,3 milyon avro) çox olan əşyalar yer alıb. Fotoda bahalı saatlar, nəhəng nişan üzüyü və lüks avtomobil diqqət çəkib.
Xüsusilə qeyd olunur ki, Rodríguezin paylaşdığı görüntüdə onun və “Əl-Nəsr” klubunun hücumçusu Cristiano Ronaldonun əlləri Bugatti Centodieci markalı avtomobilin sükanı üzərində əks olunub. Bu avtomobilin qiymətinin təxminən 13,5 milyon ABŞ dolları (11,7 milyon avro) olduğu bildirilir.
Qeyd edək ki, Georgina Rodríguez Ronaldo ilə tanış olmamışdan əvvəl Gucci mağazasında saatlıq 13,15 avro əməkhaqqı ilə çalışırdı.
O, 2016-cı ildə portuqaliyalı futbolçu ilə tanış olub.
Georgina Rodríguez hazırda sosial şəbəkələrdə tez-tez dəbdəbəli həyatını əks etdirən paylaşımlarla diqqət çəkir.

Bizim.Media