"Kasıb sözünü sevmirəm, amma kasıb düşüncəni qınayıram".
Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev "Qapqara" yutub layihəsində deyib. Yumor ustası kasıb-varlı ayrıseçkiliyindən danışıb:
"Bunu "Selfinaz 2" şousunda bu zarafatı demişdim: Baxırsan pulu var, amma ruhda kasıbdır. Kasıb elə həmişə tələsir.
Yemək yeyəndə çayı fikirləşir ki, samavar çayı içəcəyəm. Çayı içəndə düşünür çıxıb çöldə qəlyən çəkəcəyəm. Qəlyan çəkə-çəkə deyir, durub oynayacağam. O qədər hər şeyə tələsir ki, Allah belə onu tutub ruzi vura bilmir. Dua edəndə də bitirməmiş fikirləşir ki, bəs hanı mənim ruzim?". (Unikal.az)
Bizim.Media