Bugünlərdə bir sıra saytlarda sabiq müdafiə naziri Səfər Əbiyev və Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovla bağlı dövriyyəyə növbəti dəfə dezinformasiyalar buraxılıb. Həmin informasiyalarda guya İsa Nəcəfovun sabiq nazirlə birləşərək Bakı Əyirici-Toxucu fabrikində külli miqdarda dövlət vəsaitini mənimsədiyi faktı öz əksini tapıb.
Moderator.az məlumatı dəqiqləşdirmək məqsədilə apardığı araşdırma zamanı iddiaların həqiqəti əks etdirmədiyini müəyyənləşdirib.
Qeyd edək ki, həmin informasiyanın üslubu və məntiqi bu yazının sırf sifariş
xarakter daşıdığı barədə əvvəlcədən kifayət
qədər ciddi şübhələr yaradırdı. Belə ki, guya adı çəkilən fabrikin bir qrup əməkdaşı
tərəfindən göndərilən məktubda ilk öncə vaxtilə Müdafiə Nazirliyində aparılan ərzaq
tenderindən danışılır. Sual oluna bilər: əgər söhbət Əyirici-Toxucu Fabrikində
baş verənlərdən gedirsə, onda fabrik əməkdaşları ərzaq tenderi ilə bağlı
informasiyaları haradan alıb?.. Yaxud, ərzaq tenderinin “toxucu”lara nə dəxli
var! Ümumuyyətlə, yazıda şübhə doğuran kifayət qədər ciddi məqamlar onu göstərirdi
ki, bütün bunlar məlumatın sırf
sifarişli olması haqqında düşünməyə əsas versin.
Moderator.az-ın araşdırması zamanı yuxarıda qeyd olunanlar
adıçəkilən şəxslərin yaxın ətrafı tərəfindən də etirazla qarşılandı və onlar bunun xüsusi sifariş olduğunu vurğuladılar. Mənbənin
bildirdiyinə görə, yalan və böhtan əsasında qələmə alınmış bu yazı ulu öndərimizə və dövlət rəhbərinə sədaqətlə
xidmət edən bu şəxslərin ictimai nüfuzunu aşağılamaq məqsədi daşıyır və qətiyyən
həqiqəti əks etdirmir. Bu cür yazıların təxribat xarakterilə dövriyyəyə
buraxıldığını qeyd edən mənbə onu da bildirdi ki, bəzi adamlar ancaq ölkədə su
bulandırmaqla məşğuldurlar. Məhz bu üzdən, dövlətin və dövlətçiliyimizin möhkəmlənməsində
xidmətləri olmuş şəxslərə qarşı şər-böhtan atmaq ürək bulandırır və təəssüf
doğurur. Sonda mənbə onların bu yolla heç nəyə nail ola bilməyəcəklərini də qeyd
etdi: "Çünki xalq kimin kim olduğunu yaxşı bilir”¦"