“Gəlin, birlikdə düşünək, bu günə qədər dövlətin hansı qərarı müəyyən səbrdən, zamandan sonra məntiqli nəticəsini tapmayıb?!. Məncə, Qarabağ mövzusunu qeyd etsək, bu sualın cavabını tapa bilərik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış telejurnalist Kamran Yaradanquliyev sosial şəbəkədə paylaşdığı videomüraciətdə qeyd edib.
O hazırda aktual olan hicabla bağlı müzakirələrlə bağlı fikirlərini bölüşüb:
“Hicab mövzusu İslama qarşı olan məsələ deyil. Müsəlmanların arasına həmişə nə ilə vururlar? – sünni-şiə mövzusu ilə. Bu gün cümədir. Sünnilər, şiələr bu gün müsəlman qardaşı olaraq birlikdə namaz qılırlar.
Burada mövzu məktəblərdəki nizam-intizam məsələsidir. Burada biz təkcə hicaba yönəlməyək. Uşaqlar var ki məktəbə bıçaqla gəlirlər, yaxud da həyat tərzi yaşayanlar da var. Təbii ki biz emo həyat tərzi ilə hicabı bir tutmuruq. Amma vahid nizam-intizamla bağlı müəyyən tədbirlər həyata keçirilirsə, gəlin daxilimizdəki düşmənlərin bunu başqa istiqamətə yönləndirməsinə imkan verməyək. İnanırıq ki, bu tədbirlərin, qərarların sonda məntiqli və faydalı nəticəsini görəcəyik”.
Bizim.Media