Bu ilin ilk 9 ayında Bakı dəmir yolu vağzalında 5 mln. 368 min 915 gediş-gəliş qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Məlumata görə, gediş-gəliş sayına görə sonrakı yerləri Sumqayıt dəmir yolu vağzalı 2 mln. 651 min 510, Bakıxanov stansiyası 1 mln. 186 min 746, Xırdalan stansiyası 1 mln. 158 min 898 və Koroğlu dayanacağı 1 mln. 104 min 465 göstərici ilə tutub.
Bizim.Media