Əcnəbilərlə qohum olan azərbaycanlı TANINMIŞLAR - FOTOLAR

Qloballaşan dünyada sərhədlər yalnız kağız üzərində - xəritələrdə qalıb. Təhsil, iş, səyahət və sosial şəbəkələr müxtəlif millətlərdən olan insanları daha tez-tez qarşılaşdırır. Bu qarşılaşmaların bir hissəsi dostluqla bitir, bir hissəsi isə nikahla. Müşahidələr göstərir ki, son illər azərbaycanlılarla əcnəbilər arasında bağlanan nikahların sayı artmaqdadır.
 

Artıq azərbaycanlı bir gəncin alman, ingilis, fransız, koreyalı, türk, rus və ya amerikalı ilə ailə qurması nadir hal deyil. Xüsusən xaricdə təhsil alan və ya beynəlxalq mühitdə çalışan gənclər üçün bu cür evliliklər adiləşib. Bir çoxları üçün əsas meyar milliyyət yox, xarakter uyğunluğu, dəyərlər və qarşılıqlı hörmətdir.


Doğrudur, Azərbaycan cəmiyyətində hələ də “öz millətimdən olsun” düşüncəsi güclüdür. Xüsusilə valideynlər üçün dil, din və adət-ənənə məsələləri önə çəkilir. Amma statistika göstərir ki, zamanla valideynlər dəəcnəbilərlə evliliyə öyrəşirlər. Əcnəbi kürəkən və ya əcnəbi gəlin Azərbaycan dilini öyrənməyə, adət-ənənələrə hörmət etməyə çalışdıqca, ailə üzvlərinin münasibəti də yumşalır.

Bizim.Media Modern.az- a istinadən Ədliyyə Nazirliyinin rəsmi statistikasını diqqətinizə çatdırır: 2025-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 2081 nikah bağlanıb. 2024-cü ildə isə Azərbaycan vətəndaşları ilə əcnəbilərin 2037 nikahı qeydə alınıb. Göründüyü kimi, statistikada xeyli artım gözə çarpır.

Araşdırmalar göstərir ki, əcnəbilərlə qohum olan azərbaycanlılar arasında tanınmışlar da az deyil. Faktlar da bunu təsdiqləyir:



Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Amerikada yaşayan oğlu Riyad Məmmədyarov tələbə yoldaşı olmuş Aleks Zapalla adlı amerikalı xanımla ailə həyatı qurub. Onlar Nyu-York Universitetində təhsil alarkən tanış olublar. Cütlüyün toyu 2019-cu ildə olub. Gənclər toy mərasimini Nyu-York şəhərində keçiriblər.



Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov qeyri-azərbaycanlı ilə quda olan tanınmışlar sırasında yer alır. Bu hadisə onun nazir işlədiyi müddətdə (7 fevral 2006-cı ildən 22 oktyabr 2013-cü il kimi) baş verib.

Belə ki, F.Ələkbərov əmək və sosial müdafiə naziri işlədiyi 2009-cu ilin iyununda Rusiya Gömrük Komitəsinin sədr müavini ilə qohum olub. Azərbaycanlı nazir qızını rus məmurun oğluna ərə verib.

Belə məlumatlar var ki, toy mərasimi Yunanıstandanın paytaxtı Afinanın ən bahalı otellərindən birində keçirilib. Gənclərin İsveçrədə birgə təhsil alarkən tanış olduğu qeyd edilir.



Hazırda Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini postunda çalışan Musa Pənahov da əcnəbilərlə qohum olan tanınmış məmurlar sırasına daxildir. Musa Pənahov 2004-2017-ci illərdə nəqliyyat nazirinin müavini işləyib.
 

Musa Pənahov Moldova  kommunistlərinin lideri, bu ölkənin sabiq prezidenti Vladimir Voroninlə (2001-2009-cu illərdə Moldova prezident olub) qudadır. Vladimir Voronin nəvəsi Yekaterinanı (oğlu Oleq Voroninin qızı) azərbaycanlı məmur Musa Pənahovun oğlu Fuad Pənahova ərə verib.


Bu hadisə də Musa Pənahov nazir müavini işlədiyi dövrdə - 2011-ci ilin iyununda gerçəkləşib. Həmin toy Bakıda, “Buta Palace” sarayında keçirilib. Azərbaycanlı məmur oğluna ərə gələn Yekaterina xanım Moldovanın zəngin adamlarından olan Oleq Voroninin yeganə övladıdır. Cütlüyün Fransanın elitar kurort zonası olan Lacivərd sahillərində tanış olduqları barədə məlumat yayılmışdı.



Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin qızı Nərgiz Abbaszadə də əcnəbi vətəndaşla ailəlidir. O, Bakıda Xəzər Universitetini bitirəndən sonra ABŞ-da hüquq təhsili alıb, ölkə xaricində işləyib.

Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı qurmuş Nərgiz xanım hazırda Birk-Petersen soyadı daşıyır. O, hazırda bu ölkənin paytaxtı Kopenhagendə yaşayır və Danimarka vətəndaşıdır. 



2005-2021-ci illərdə Azərbaycanın səhiyyə naziri işləmiş mərhum Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Rusiya vətəndaşı ilə evli olub. Rusiyada oxuyub işləyən Nərmin Şirəliyeva 1997-ci ildə məşhur televiziya və kino rejissoru, ssenarist Yevgeni Ginsburqla ailə həyatı qurub. 1999-cu ildə ailədə Aleksandr adlı oğlan dünyaya gəlib. Kinorejissorun azərbaycanlı xanımla evliliyi 14 il sürüb. 2012-ci ilin yanvarında Yevgeni Ginsburq insultdan vəfat edib.
 

Nərmin Şirəliyeva 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının üzvüdür. O, 2018-2020-ci illərdə Moskva vilayətinin mədəniyyət naziri vəzifəsində işləyib. N.Şirəliyeva hazırda Rusiya XİN-in strukturlarından biri olan “Rossotrudniçestva” rəhbərinin müşaviri postunu tutur.


Bununla yanaşı o, 2018-ci ilin fevral ayından MDBMİ-nin Beynəlxalq Jurnalistika kafedrasınıda dərs deyir, professordur. 



Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev də əcnəbilərlə qohum olub. Ə.Qarayev 2006-2020-ci illərdə Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışıb. Onun yeganə övladı – qızı Suad Qarayeva hazırda Londonda yaşayır və bu şəhərdəki məşhur "Sotheby's" Hərrac Evində layihə meneceri vəzifəsində işləyir. 

Suad Qarayeva 2015-ci ilin oktyabr ayında əslən İrandan olan Böyük Britaniya vətəndaşı, iş adamı Şəhriyar Malekiyə ərə gedib. Onların nikahı Londonda, toyları isə Bakıda keçirilib. Bu nikahdan sonra Suad xanım Qarayeva-Maleki soyadını qəbul edib. 2019-cu ildə cütlüyün bir qızı dünyaya gəlib.



Məşhur aktyor, Hollivud ulduzu Jan Klod Van Damın oğlu Kristofer Van Damm azərbaycanlı qızla ailə qurub. Məşhur ailənin üzvünə çevrilən Suada Hacızadə Bakıda doğulub-böyüyüb, pianoçudur. Ümumtəhsil və musiqi məktəbini bitirdikdən sonra Bakı Musiqi Akademiyasında təhsil alıb.

O, 2021-ci ildə Jan Klod Van Damın oğlu Kristofer Van Dammla ailə qurub. Suada Hacızadə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin bacısıdır.



“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərov 2017-ci ildə qızı Mila Əsgərovaya toy edib. Toy mərasimi Bakıda baş tutub. Mila Əsgərovanın həyat yoldaşı ingilis əsilli Robert Nortondur.  Mila Əsgərova "Gazelli Art House” şirkətinin təsisçisi və rəhbəridir. 

Cahangir Əsgərovun digər övladı da xarici vətəndaşla evlidir. AZAL-ın sabiq rəhbərinin Cəmilə Əsgərova adlı qızı “Gazelli Azerbaijan” kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. Onun həyat yoldaşı ispan əsilli İgnazio Coraci adlı iş adamıdır.



Azərbaycanın opera müğənnisi, Xalq artisti Fidan Hacıyeva ingiltərəli Filipp Neylora ərə gedib. Onlar 2003-cü ildə ailə qurublar. Bakıda yaşayan cütlüyün 1 qızı, 2 oğlu var. Fidan Hacıyeva hər açıqlamasında Filipp Neylorla xoşbəxt olduğunu vurğulayır.

Fidan Hacıyeva 1996-cı ildən bu günədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yüksək dərəcəli vokalist kimi fəaliyyətini davam etdirir.



Alman əsilli kubalı müğənni Karen Dangerlə evlənən azərbaycanlı da tanınmış simalar sırasına daxil edilə bilər. Söhbət panoçu-bəstəkar Abuzər Manafzadədən gedir.

Abuzər Manafzadənin atası pianoçu və dirijor, Əməkdar artist İslam Manafov Bakı Musiqi Akademiyasının dosentidir. Bacısı isə Əməkdar artist Turan Manafzadə pianoçu, bəstəkar və dirijordur. Abuzərin həyat yoldaşı Karen xanım Almaniya vətəndaşıdır. Cütlük Avstriyada yaşayır.



Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı Türkiyə vətəndaşı olan məşhur müğənni Doğulşa ailə qurub. Onlar 2014-cü ildə evləniblər. 2016-cı ildə cütlüyün Arın və Arda adlı əkizləri övladları dünyaya gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU açıqlandı

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU açıqlandı

Həkimlərə verilən bonuslar niyə dayandırılıb? - Rəsmi AÇIQLAMA

Həkimlərə verilən bonuslar niyə dayandırılıb? - Rəsmi AÇIQLAMA

Bütöv Azərbaycanın ilk seçkisi – İlham Əliyev iki ildə nəyə nail oldu?

Bütöv Azərbaycanın ilk seçkisi – İlham Əliyev iki ildə nəyə nail oldu?

Bu qidalar insanları xoşbəxt edir

Bu qidalar insanları xoşbəxt edir

Allahşükür Paşazadə Vatikana səfər edəcək

Allahşükür Paşazadə Vatikana səfər edəcək

Avropa İttifaqından AÇIQLAMA - "TikTok" uşaqlarda asılılıq yaratdığı üçün cərimələnə bilər

Avropa İttifaqından AÇIQLAMA - "TikTok" uşaqlarda asılılıq yaratdığı üçün cərimələnə bilər

Maqnit qasırğasının təsiri Kimlər risk altındadır?

Maqnit qasırğasının təsiri Kimlər risk altındadır?

Paytaxt avtobusunda qeyri-adi ADDIM – “BakuBus”un sürücüsü mərsiyə SƏSLƏNDİRDİ – VİDEO

Paytaxt avtobusunda qeyri-adi ADDIM – “BakuBus”un sürücüsü mərsiyə SƏSLƏNDİRDİ – VİDEO

Azərbaycan neftin qiyməti 70 dolları ÖTÜB

Azərbaycan neftin qiyməti 70 dolları ÖTÜB

4 yaşlı uşağın ayağı velosipedin pedalına ilişdi - VİDEO

4 yaşlı uşağın ayağı velosipedin pedalına ilişdi - VİDEO

Qışda immuniteti gücləndirən 6 QİDA

Qışda immuniteti gücləndirən 6 QİDA

Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir

Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir

Elektrik kəsilməsi zamanı smartfonun batareyasına necə qənaət etmək olar?

Elektrik kəsilməsi zamanı smartfonun batareyasına necə qənaət etmək olar?

Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI

Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI

ABŞ İranla ticarət edən ölkələrə əlavə rüsum tətbiq edəcək – Siyahıda Azərbaycanın da adı var?

ABŞ İranla ticarət edən ölkələrə əlavə rüsum tətbiq edəcək – Siyahıda Azərbaycanın da adı var?

Füzulidə qanunsuz tikili sökülüb - FOTO/VİDEO

Füzulidə qanunsuz tikili sökülüb - FOTO/VİDEO

Sükan arxasında məsuliyyətsizlik faciəyə çevrildi – ANBAAN VİDEO

Sükan arxasında məsuliyyətsizlik faciəyə çevrildi – ANBAAN VİDEO

Depressiyanın müalicəsinin yeni ÜSULU tapıldı

Depressiyanın müalicəsinin yeni ÜSULU tapıldı

Bu tarixlərdə güclü maqnit qasırğası GÖZLƏNİLİR

Bu tarixlərdə güclü maqnit qasırğası GÖZLƏNİLİR

İl başlayandan BAHALAŞMA – Hansı ərzaq məhsullarının qiyməti ARTIB?

İl başlayandan BAHALAŞMA – Hansı ərzaq məhsullarının qiyməti ARTIB?

Azərbaycan cüdoçuları mübarizəyə başlayır

Azərbaycan cüdoçuları mübarizəyə başlayır

Bakıda kişi dəm qazından boğuldu

Bakıda kişi dəm qazından boğuldu

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

ANS-in "Böyük Seva"sı ağır əməliyyat olundu

ANS-in "Böyük Seva"sı ağır əməliyyat olundu

End of content

No more pages to load

RADİO