Türkiyənin məşhur müğənnisi, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuş “Survivor”da Azərbaycanla bağlı danışıb.
Bizim.Media xəbər verir ki, sənətçi komanda yoldaşlarından bir nəfərin “Azəri” deməyinə reaksiya verib:
“Azəri deyil, Azərbaycanlı. Azəri dünyanın hər hansı bir yerində yaşayan topluluqdur. Onların dilləri fərqlidir. Azərbaycanlıların “Azəri” ifadəsindən xoşu gəlmir. Can Azərbaycan, ikinci vətənimdir”.
Sara, Bizim.Media