Natavan ilə Oqtay Əliyev arasında QALMAQAL - Ailə ilə bağlı təhqir cavabsız QALMADI 

0:00
0:00

Müğənni Natavan Həbibi bir neçə gün əvvəl həmkarları Elşad Xose və Xatirə ilə birgə onlara efirə çağırılması müqabilində qonorar verilməsini tələb edib. Müğənni bunu ilk səhnəyə çıxdığı vaxtlarda efirə çıxması üçün onlardan pul istənməsi ilə əlaqələndirib. Natavan məşhur olduqdan sonra vəziyyətin onların lehinə dəyişməli olduğunu vurğulayıb.

Bizim.Media xəbər verir ki, onun bu fikirlərinə “SOY” prodakşının rəhbəri, prodüser Oqtay Əliyev cavab verib.

Bu haqda OLAY-a danışan O. Əliyev sözügedən məşhurların qonorarla efirə çağırılmadığını deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Oqtay Dilarə barədə: "Mən qocalıram, o cavanlaşır" - VİDEO


“Onları pul verərək dəvət edən oldumu? Xeyr! Bu da bütün sualların cavabıdır. Onlar dedilər ki, qonorarla çıxırıq. Cavab da odur ki, heç kim çağırmır. Qurtardı, getdi. Heç bir problem yoxdur. Onsuz da efirlər davam edir”.




Natavan isə “Instagram”da şərh yazaraq prodüser və ailəsini incəsənətə zərbə vurmaqda ittiham edib:

"Müğənnilərdən qazanan belə deməlidir də. Guya söz deyib. Azərbaycan incəsənətinə ən böyük zərbə vuran ailə! Sənətimizi ən abırsız formada dünyaya tanıdan kəslərin də məqsədi bəllidir. Millətin içində sənət nümayəndələrinə nifrət hissi formalaşdıranlar da indi yenə sənətimizi alçaldıb, insanları həqiqətdən yayındırıb, səhv fitva verərlər. Bunları keçmişik. Siz söhbətinizi edin”. 




Əməkdar artist Dilarə Əliyeva prodüser həyat yoldaşı Oqtay Əliyevin ünvanına ağır sözlər yazan müğənni Natavan Həbibiyə cavabında ifadələrinə diqqət etməli olduğunu xatırladıb: 

“Hər kəsin öz zövqü, baxış bucağı var. Natavan və digər qonorar tələb edən müğənnilərimizlə bağlı ya sənətinə, ya da şəxsiyyətinə toxunan nə süjet verdiyimizi, nə də söz dediyimizi xatırlamıram. Onların qonorar tələb etməsi də normaldır. Düşünürəm ki, onlar qonorarı vaxtında ödəniş edib çıxdıqları verilişlərdən tələb etsinlər. Bizim televiziya tarixində hələ kimsə deyə bilməz ki, Dilarə Əliyevanın proqramında hansısa qonorar müqabilində çıxış edib.  O ki qaldı başqa sözlərə... Əgər sağlam polemika varsa, bir-birimizlə sağlam şəkildə danışaq, bir-birimizin qəlbinə, ürəyinə, gördüyü işlərə, keçirdiyi illərə hörmət qoymağı bacaraq. Oqtay Əliyevin açıqlamasında kimsəyə toxunacaq nəsə yoxdur. Oqtay demir ki, televiziyalar onları çağırılmağa layiq olmadıqları üçün dəvət etmirlər. O deyir ki, bizdə maliyyə məsələləri elə səviyyədə deyil ki, verilişə gələn qonaqlar hansısa qonorar müqabilində çağırılsınlar. Belə bir durum yoxdur, iqtisadi  baxımdan mümkün deyil. Kimsə kimsəni efirə zorla dəvət edə bilməz”. 




Oqtay Əliyev isə “azxeber”a açıqlamasında Natavan Həbibinin nəzərinə təhqir etdiyi ailə üzvlərinin uğurları ilə bağlı məlumatı çatdırıb:

"Bizim ailədə 5 nəfər var. Onlardan ikisi Xalq artisti, ikisi Əməkdar artist, biri də Əməkdar incəsənət xadimidir. Hansı ki, bu adlar mədəniyyətin inkişafındakı müstəsna xidmətlərə görə cənab prezident İlham Əliyev tərəfindən verilib. Prezidentin qiymət verdiyinə Natavanın bir söz deməsi bizim üçün plentusdan da aşağıdır. Mən o xanımı çox yaxşı başa düşürəm. Yaşıdları xalq və əməkdar artistlərdir, onun isə bir dənə həvəsləndirici qramotası belə yoxdur”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəblilər deyil, məktəblər örtünsün!

Məktəblilər deyil, məktəblər örtünsün!

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

“Yeni ailə fəlsəfəsi ortaya qoyulmalıdır” - Aynur Sofiyeva

“Yeni ailə fəlsəfəsi ortaya qoyulmalıdır” - Aynur Sofiyeva

“Dəli-dolu” həftəsonu təklifləri başlayır!

“Dəli-dolu” həftəsonu təklifləri başlayır!

Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı – Video

Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı – Video

Komitə sədri: “Azərbaycanın dünyəvilik modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur”

Komitə sədri: “Azərbaycanın dünyəvilik modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur”

Minaya düşən şəhid atasının SON DURUMU

Minaya düşən şəhid atasının SON DURUMU

Ramin Məmmədov: “Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil”

Ramin Məmmədov: “Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil”

İlham Əliyev: “Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır”

İlham Əliyev: “Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır”

Tanınmış jurnalist: “Hicab mövzusu İslama qarşı deyil, məktəblərdə nizam-intizam məsələsidir” – VİDEO

Tanınmış jurnalist: “Hicab mövzusu İslama qarşı deyil, məktəblərdə nizam-intizam məsələsidir” – VİDEO

Altı il öncə bu gün – 9 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 9 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Prezident: “Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir”

Prezident: “Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir”

Prezident: “Laçında keçirilən tədbirlər qonaqlarımıza bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi”

Prezident: “Laçında keçirilən tədbirlər qonaqlarımıza bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi”

Azərbaycan XİN Uqandanı təbrik etdi – FOTO

Azərbaycan XİN Uqandanı təbrik etdi – FOTO

Prezident: “MDB siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib”

Prezident: “MDB siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib”

Kimin evində varsa, atmasın: 625 min manata alırlar – FOTO

Kimin evində varsa, atmasın: 625 min manata alırlar – FOTO

Dostluq pafoslu çıxışlarla ölçülmür - Qardaşlıq sınağında Aygün Attarın prinsipial mövqeyi

Dostluq pafoslu çıxışlarla ölçülmür - Qardaşlıq sınağında Aygün Attarın prinsipial mövqeyi

“Gənclərin milli-mənəvi ruhda tərbiyəsi aktual məsələlərdəndir” - Gündüz İsmayılov

“Gənclərin milli-mənəvi ruhda tərbiyəsi aktual məsələlərdəndir” - Gündüz İsmayılov

Aktiv ƏDV ödəyicilərinin sayı ARTIB

Aktiv ƏDV ödəyicilərinin sayı ARTIB

Rusiyada taun iddiası ilə bağlı tətbiq edilmiş karantin LƏĞV EDİLDİ

Rusiyada taun iddiası ilə bağlı tətbiq edilmiş karantin LƏĞV EDİLDİ

Paşinyan səhərini Azərbaycan dilində mahnı ilə açdı – VİDEO

Paşinyan səhərini Azərbaycan dilində mahnı ilə açdı – VİDEO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Xaçmazda məşhur mağaza YANDI – VİDEO

Xaçmazda məşhur mağaza YANDI – VİDEO

End of content

No more pages to load

RADİO