Atası ona hər ay 1 milyon dollar cib xərcliyi verir

83 yaşlı milyarder Nelson Peltz qızı, aktrisa Nikola Peltsə hər ay 1 milyon dollar cib xərcliyi verir.

Bizim.Media xəbər verir ki, milyarderin qızı və onun həyat yoldaşı, dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə modelyer Viktoriya Bekhemin oğlu Bruklin Bekhem ailəsi ilə yaşadığı qalmaqallar fonunda məhz bu vəsait hesabına yaşayır.

İddialara görə, cütlüyün əsas maddi təminatı Nikolanın atası tərəfindən verilən aylıq maliyyə dəstəyidir.
 

"Daily Mail"in məlumatına görə, Nelson Peltzin sərvəti 1,6 milyard dollar dəyərində qiymətləndirilir. Bu məbləğ Devid və Viktoriya Bekhemlərin ailə sərvətindən (təxminən 680 milyon dollar) iki dəfədən çoxdur.


Bildirilib ki, Bruklin valideynlərindən maliyyə dəstəyi almır. Xüsusilə o, sosial şəbəkələrdə valideynlərini tənqid etdikdən sonra yardımlar tamamilə kəsilib.

Bundan başqa, sosial şəbəkələrdə 31 yaşlı Nikolanın xeyli arıqlaması da müzakirə yaradıb. Bu dəyişiklik onun həyat yoldaşının ailəsi ilə yaşadığı konfliktlə əlaqələndirilir.

Xatırladaq ki, Bruklin artıq təxminən bir ildir ailəsi ilə ünsiyyət qurmur. O,  açıqlamasında ailəsinin ideal görünmək üçün sosial mediada və ictimaiyyət qarşısında saxta pozlar verdiklərini iddia edib.

Bruklin həmçinin valideynlərinin Nikolanı sevmədiyini və 2022-ci ildə baş tutan toylarını demək olar ki, korladıqlarını iddia edib.
 

Cütlük 2025-ci ildə toy mərasimini yenidən keçirib. Mərasimi Nikolanın atası təşkil edib və Bruklinin ailə üzvlərindən heç kim dəvət olunmayıb. Şayiələrə görə, Bruklin Bekhem ailəsi ilə yaşadığı konflikt barədə kitab yazmağı planlaşdırır. Devid və Viktoriya Bekhem isə oğullarının açıqlamalarına hələlik münasibət bildirməyiblər.


Qeyd edək ki, Nelson Peltzin 10 övladı var. Nikola Peltz onun model Klaudiya Heffnerlə (hazırda 70 yaşındadır) olan evliliyindən dünyaya gəlib. Cütlük 1985-ci ildən evlidir. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Anladım ki, onunla ailə qurmalıyam” – VİDEO

“Anladım ki, onunla ailə qurmalıyam” – VİDEO

Məhəmməd Salah əslən türk imiş

Məhəmməd Salah əslən türk imiş

Qorxuya boyun əyməyən 2 bürc

Qorxuya boyun əyməyən 2 bürc

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

MİQ-də növbəti vakansiya seçimi BAŞLADI

MİQ-də növbəti vakansiya seçimi BAŞLADI

Təbii fəlakətdən sonra acınacaqlı mənzərə - FOTO

Təbii fəlakətdən sonra acınacaqlı mənzərə - FOTO

Abituriyentlərin DİQQƏTİNƏ: İxtisas seçimi başladı- YENİLƏNİB

Abituriyentlərin DİQQƏTİNƏ: İxtisas seçimi başladı- YENİLƏNİB

Mərkəzi Bankın köhnə binasının aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMA

Mərkəzi Bankın köhnə binasının aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMA

“Sabah”ın qazandığı böyük uğurdur, buna sevinməliyik”- Video

“Sabah”ın qazandığı böyük uğurdur, buna sevinməliyik”- Video

Böyük Şordan Dərnəgülə gedənlərə XƏBƏRDARLIQ

Böyük Şordan Dərnəgülə gedənlərə XƏBƏRDARLIQ

Xalq artisti elə dəyişdi ki… -Video

Xalq artisti elə dəyişdi ki… -Video

Naxçıvan sakinlərini sevindirəcək daha bir xəbər

Naxçıvan sakinlərini sevindirəcək daha bir xəbər

Kiyevə kütləvi dron hücumları başladı – FOTO

Kiyevə kütləvi dron hücumları başladı – FOTO

Ötən il cinayət törədən yeniyetmələrin SAYI AÇIQLANDI

Ötən il cinayət törədən yeniyetmələrin SAYI AÇIQLANDI

Bu daş qızıldan daha bahadır — Onu dəyərli edən nədir?

Bu daş qızıldan daha bahadır — Onu dəyərli edən nədir?

Milyarderin oğlu bənövşəyi “Lamborghini” ilə qəza törətdi- Fotolar

Milyarderin oğlu bənövşəyi “Lamborghini” ilə qəza törətdi- Fotolar

Dünən dənizdə batan “Krosna”nın solisti imiş – Video

Dünən dənizdə batan “Krosna”nın solisti imiş – Video

Mask bu ölkəni almaq istəyir: “Qiyməti nə qədərdir?"

Mask bu ölkəni almaq istəyir: “Qiyməti nə qədərdir?"

Zelenski Ukrayna ordusunda döyüşən soydaşlarımızı mükafatlandırdı – ADLAR

Zelenski Ukrayna ordusunda döyüşən soydaşlarımızı mükafatlandırdı – ADLAR

Prezident: “Biz hər zaman daha yaxşısını istəyirik” – VİDEO

Prezident: “Biz hər zaman daha yaxşısını istəyirik” – VİDEO

Dörd rayonda yanğına səbəb olan şəxslər SAXLANILDI - FOTO

Dörd rayonda yanğına səbəb olan şəxslər SAXLANILDI - FOTO

Lənkəranda meşədə tapılan meyitlərlə bağlı cinayət işi başlandı

Lənkəranda meşədə tapılan meyitlərlə bağlı cinayət işi başlandı

Avropada ürəkbulandıran festival – fransızlar donuza bənzəmək üçün yarışa girdilər – VİDEO

Avropada ürəkbulandıran festival – fransızlar donuza bənzəmək üçün yarışa girdilər – VİDEO

İlham Əliyev: “Naxçıvanın gözəl təbiəti, mənzərəli yerləri var” – VİDEO

İlham Əliyev: “Naxçıvanın gözəl təbiəti, mənzərəli yerləri var” – VİDEO

End of content

No more pages to load

RADİO