Keçmiş arvadı Ağadadaş Ağayevi məhkəməyə verdi

Xalq artisti Ağadadaş Ağayevin keçmiş xanımı məhkəməyə üz tutub.

Bizim.Media xəbər verir ki, Lalə Əliyeva sənətçi ilə boşandıqdan sonra 2018-ci ildə tərəflər arasında bağlanılan barışıq sazişinin etibarsız hesab edilməsini istəyib.

Əliyeva iddia ərizəsində qeyd edib ki, o, Ağadadaş Ağayevlə boşandıqdan sonra birgə nikah dövründə olan əmlakın bölünməsi ilə əlaqədar məhkəməyə müraciət edib.

O, xalq artistinə qarşı iddia qaldıraraq, "Büsat" şadlıq sarayının, "Vüsal" kafesinin, eləcə də idman kompleksinin birgə nikah dövründə əldə olunduğundan bölünməsini məhkəmədən xahiş edib.
 

Tərəflər arasında 7 il öncə təsdiqlənən barışıq sazişinə əsasən Lalə Əliyeva Mərdəkanda yerləşən villadan, eyni zamanda digər əmlak hüquqlarından imtina edib, Ağadadaş Ağayev isə bankdan götürülən 86 716 ABŞ dollar və 14 299 manat kredit borclarını ödəməyi öz üzərinə götürüb. Sənətçi eyni zamanda Mərdəkandakı villada olan hüquqlarından imtina edəcəyini bildirib.


Lalə Əliyeva bildirib ki, dəyəri milyonlarla ölçülən Mərdəkandakı fərdi yaşayış evi uzun illər əvvəl qızlarına alınıb və qızlarının doğum günündə - 2003-cü il tarixdə hədiyyə olaraq evin təməli atılıb:

"2018-ci ildəki məhkəmə prosesində Ağadadaş Ağayev təklif etdi ki, kredit borcunu ödəsin və ev banka keçməsin. Dedi ki, onsuz da bu bağ evi qızlarımındır. Amma bildirdi ki, hansısa sənədləşmə və kredit işləri ilə əlaqədar onun adına olması lazımdır, yaxın gələcəkdə qızlarına bağışlayacağını, digər əmlakları isə bütün övladları arasında ədalətli şəkildə böləcəyini bildirdi. Mən də Ağadadaş Ağayevin vədlərinə inanaraq barışıq sazişini imzalamağa məcbur oldum".

Lalə Əliyevanın sözlərinə görə, o, barışıq sazişinə öz sərbəst iradəsinin əleyhinə olaraq birinci qrup əlil qızı, nəvələri və böyük bir ailə ilə evsiz-eşiksiz qalmamaq üçün, eyni zamanda qarşı tərəfin yalan vədlərinə aldanaraq imza atıb:

"Lakin qərardadın qəbulundan xeyli vaxt keçməsinə baxmayaraq, Ağadaş Ağayev verdiyi vədlərin heç birinə əməl etmədi. Əksinə gələcəkdə qızına verəcəyini vəd etdiyi bağ sahəsini indiki həyat yoldaşının adına keçirib. Ağlıma gəlməzdi ki, qızımın atası ona məxsus bağ sahəsini yeni həyat yoldaşına bağışlayacaq".

Xalq artistinin keçmiş xanımı yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən 2018-ci il tarixli qərardad ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız hesab edilməsini xahiş edib.

Məhkəmə isə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edib ki, iddia tələbləri təmin edilməməlidir.
 

Belə ki, tərəflər arasında bağlanılmış barışıq sazişində Lalə Əliyeva Mərdəkandakı bağ evi üzərində Ağadadaş Ağayevin xüsusi mülkiyyət hüqunu tanıyıb və keçmiş ərinin xeyrinə evdən imtina edib. Odur ki, bu saziş əsasında qəbul edilən məhkəmə qərardadı fərdi yaşayış evinə dair çıxarışın verilməsi üçün əsasdır.


Qeyd edək ki, məhkəmə prosesində nə Ağadadaş Ağayevin özü, nə də nümayəndəsi iştirak edib. Məhkəmə onların iştirakı olmadan prosesə baxılmasını mümkün hesab edib. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

End of content

No more pages to load

RADİO