“Alim Qasımova dərs demişəm, indi şöhrətlənib məni yada salmır”

“Mən Asəf Zeynallı adına musiqi kollecində musiqi ədəbiyyatı dərsini tədris etmişəm. Xalq artistləri Alim Qasımov, Bilal Əliyev, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova mənim tələbələrim olub. Mən onlara musiqi ədəbiyyatı dərsini demişəm.

Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov bu gün məni yada salırlar. Bilal Əliyevi evimin yanında görürəm, salamlaşıram, deyəsən orada qalır. Əlbəttə ki, yada salmayanlar da var. Mənim də müəllimlərim dahi şəxsiyyətlər olublar. Məni yaradanlar onlar olub. Əfsər Cavanşirovu, Qara Qarayevi, Cövdət Hacıyevi, Ağabacı Rzayevanı necə unuda bilərəm?”

Bizim.Media xəbər verir ki, bunu Medianews.az-a açıqlamasında bəstəkar-müğənni, dillər əzbəri “Kukla” mahnısının ifaçısı Zabitə Məmmədova deyib.

O daha sonra xalq artisti Alim Qasımovun onu yada salmadığını bildirib:

“Alim Qasımov artıq şöhrətli müğənni olub deyə, məni heç yada salmır. 4 il ona dərs demişəm. Desəm ki, çox yaxşı oxuyurdu yalan olar. Tələbə idi də. Yada salmır salmasın. Hərənin bir xasiyyəti var da. Alim Qasımova mən arzu edirəm ki, uğurları daha da bol olsun, zirvələri, uca dağları aşsın. Çox hörmət etdiyim tələbələrimdəndir. İstəyir unutsun, istəyir unutmasın. Mənim başım yaradıcılığıma qarışıb” deyə o bildirib.

Zabitə xanım “Kukla” mahnısının yaranmasından da danışıb:

“O vaxt Əfsər Cavanşirovun yanına gəldim. Məndən bir mahnı soruşdu. Mən də “Ay işığında” mahnısını ifa etdim. Evdə bütün günü oxuyub, valideynlərimin baş-beynini xarab edirdim (gülür). Əfsər müəllim dedi ki, bu mahnı uşağa aid deyil, uşaq mahnısı ifa et. Mənə “Kukla” mahnısını verdi.

“Kukla” mahnısını da mənə Suğra Bağırzadə və bacısı öyrətdi. Onlar da Əfsər müəllimin yanına gəlirdilər. Suğra xanım “Cücələrim” mahnısı ilə o vaxt məşhurlaşmışdı. “Kukla” da mənim ifamda məşhurlaşdı. Əfsər müəllim deyirdi ki, sənin qeyri-adi qavrama qabiliyyətin var. Nə göstərirdisə o dəqiqə qavrayırdım, ona izah edirdim”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə AĞIR QƏZA – Ölən var

Gəncədə AĞIR QƏZA – Ölən var

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Samuxda kütləvi ZƏHƏRLƏNMƏ - Beş nəfər xəstəxanalıq oldu – ADLAR

Samuxda kütləvi ZƏHƏRLƏNMƏ - Beş nəfər xəstəxanalıq oldu – ADLAR

Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş verən insidentin VİDEOSU

Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş verən insidentin VİDEOSU

114 il sonra İLK DƏFƏ – Tam Günəş tutulmasının əsrarəngiz kadrları – VİDEO

114 il sonra İLK DƏFƏ – Tam Günəş tutulmasının əsrarəngiz kadrları – VİDEO

12 milyon avtomobilə təsir edəcək yeni qaydalar

12 milyon avtomobilə təsir edəcək yeni qaydalar

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr – SİYAHI

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr – SİYAHI

Salvador sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Salvador sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Varlananda dəyişməyən 4 bürc

Varlananda dəyişməyən 4 bürc

ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO

ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO

“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev

“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev

Sosial müavinət alanların nəzərinə

Sosial müavinət alanların nəzərinə

Daha bir əfsanə Bakıya gəlir - Səbəb

Daha bir əfsanə Bakıya gəlir - Səbəb

Dəhşətli havalar gəlir: rekord qırılacaq – Tarix

Dəhşətli havalar gəlir: rekord qırılacaq – Tarix

Bakının mərkəzində YANĞIN – VİDEO

Bakının mərkəzində YANĞIN – VİDEO

İbtidai siniflərdə kişi müəllimlərin sayı artırılır? – YENİ MODEL

İbtidai siniflərdə kişi müəllimlərin sayı artırılır? – YENİ MODEL

BİZİM TƏQVİM:13 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:13 avqustda baş vermiş tarixi hadisələr

Rusiya ordusu artıq 30 ilə yaxındır mövcud olmayan kəndi «ələ keçirdi»

Rusiya ordusu artıq 30 ilə yaxındır mövcud olmayan kəndi «ələ keçirdi»

Taker Karlson ABŞ prezidentliyinə namizəd olmayacağını açıqladı

Taker Karlson ABŞ prezidentliyinə namizəd olmayacağını açıqladı

İsrail HƏMAS komandirini MƏHV ETDİ

İsrail HƏMAS komandirini MƏHV ETDİ

Liviya tranziti: Moskva Afrikada dayaq məntəqəsi hazırlayır - FOTO

Liviya tranziti: Moskva Afrikada dayaq məntəqəsi hazırlayır - FOTO

Reyn çayı göz önündə dayazlaşır

Reyn çayı göz önündə dayazlaşır

Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi

Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi

Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

End of content

No more pages to load

RADİO