Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Həmidə Ömərova ilk dəfə nənə olub.
Bizim.Media xəbər verir ki, Azərbaycan kinematoqrafiyasının ulduzu bu sevincli xəbəri Instagram Stories-də paylaşaraq yeni doğulmuş nəvəsinin fotosunu yayıb. Qıza aktrisanın anasının şərəfinə Nəsibə adı verilib.
Qeyd edək ki, bu hadisə sosial şəbəkələrdə 68 yaşlı Həmidə Ömərovanın izləyiciləri arasında böyük rezonans doğurub.
Bizim.Media