Müğənni Nadir Qafarzadə baba olmağa hazırlaşdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ifaçı “Günə uğurla” verilişinə danışıb.
Nadirin sözlərinə görə, oğlu Loğmanın övladı dünyaya gələcək:
“İnşallah ki, 4 ildən sonra baba oluram”.
Qeyd edək ki, Nadirin böyük oğlu 4 il əvvəl Əntiqə adlı xanımla ailə qurub. Qafarzadənin kiçik oğlu isə bu günlərdə evlənəcək.
Sara, Bizim.Media