Məşhur aktrisa Serenay Sarıkaya sevgilisi Mert Demirdən ayrılacağı ilə bağlı yayılan xəbərlərdən sonra sosial şəbəkədə paylaşdığı cəsarətli pozaları ilə diqqət çəkib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha əvvəl qayışlı bikinisi ilə gündəmə gələn Sarıkaya bu dəfə yayı ağ bikinidə yola salıb.
Fit bədən quruluşu və gözəlliyi ilə seçilən aktrisanın paylaşımları qısa zamanda minlərlə bəyənmə və şərh toplayıb.
Həm eşq həyatı, həm də cəsarətli üslubu ilə tez-tez gündəmdə olan Serenay Sarıkaya bu paylaşımlarla yay tətilindən doyunca zövq aldığını bir daha nümayiş etdirib.
Elcan Bəşirli, Bizim.Media