Alla Puqaçova vəzifəli şəxsə qarşı sui-qəsd HAZIRLAYIRMIŞ - FOTO

Xüsusi hərbi əməliyyat başlayandan sonra ölkəsini tərk edən Rusiyanın Xalq artisti Alla Puqaçovanın rusiyalı ictimai xadimi öldürməyə cəhd etdiyi və ona qarşı sui-qəsd hazırladığı iddia olunub.

Bizim.Media xəbər verir ki, Puqaçova Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri, siyasətçi Vitali Borodinə qarşı sifarişli qətl planlaşdırmaqda ittiham olunur.

Bu barədə Borodin özü məlumat yayıb. O, martın 10-da Rusiya İstintaq Komitəsinə Puqaçova ilə bağlı şikayət ərizəsi yazdığını açıqlayıb.

Borodinin fikrincə, ona qarşı sui-qəsd hazırlanırdı və bunu sifariş verən də Puqaçova ola bilər.

Sui-qəsd cəhdinin motivi isə Borodinin iş fəaliyyəti ilə bağlı olduğu iddia olunub. Belə ki, o, Puqaçovanın titullarından və dövlət mükafatlarından məhrum edilməsi, habelə xarici agent kimi tanınması və cinayət məsuliyyətinə cəlb edilməsi təşəbbüsü ilə çıxış edib.

Bundan sonra müğənni, Borodinin dediyinə görə, onu öldürmək qərarına gəlib. Qeyd olunub ki, Borodin Puqaçovanın “Qətl” maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
 

Qeyd edək ki, Alla Puqaçovanın əvvəllər hərbi xüsusi əməliyyata açıq şəkildə qarşı çıxan və tənqid edən yumorist əri Maksim Qalkinin ardınca RF Silahlı Qüvvələrini nüfuzdan saldığına görə "xarici agent" kimi tanınması və yoxlanılması tələb olunub. Ötən ilin martında ictimai fəal Vitali Borodin Puqaçovanın "xarici agent" kimi tanınması prosedurunun artıq başladığını bildirmişdi.



Xatırladaq ki, Alla Puqaçova və Maksim Qalkin Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra övladları ilə birlikdə Rusiyanı tərk ediblər. Allanın əri, yumorist Maksim Qalkin Rusiya hakimiyyətini dəfələrlə tənqid edib, açıq şəkildə pisləyir.

Alla Puqaçova da eyni mövqedən çıxış etdiyini dəfələrlə açıqlayıb. İndi cütlük İsraildə yaşayır, həm də başqa ölkələrə səyahət edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

YAP-ın qurultayına belə gəldilər - Fotolar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

End of content

No more pages to load

RADİO