Xalq artisti Emin Ağalarov övladları Əli və Mikayılla bağlı paylaşım edib.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, müğənninin yayımladığı videoda əkizlərinin arzusu yer alıb. O, övladlarına "Böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsiniz?" sualını ünvanlayıb.
Mikayıl atası kimi tikinti işləri ilə məşğul olmaq istədiyini, Əli isə incəsənət aləmində çalışmağı arzuladığını bildirib.
Qeyd edək ki, Eminin Əminə və Afina adlı iki qız övladı da var.
Bizim.Media