"Boşanandan 5 gün sonra ikinci xanımımla rastlaşdım"

"30 ildir eyni evdə yaşayıram. 15 kvadratmeterlik yarızirzəmidir. Nəinki paltarlarıma nəm iyi hopub, hətta görürəm ki, öskürürəm. Səhərə qədər yatmaq olmur".

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Həftənin qonağı" verilişində deyib.

Aktyor səhhətində yaranan problemlərin yaşadığı evdəki şəraitsizliklə əlaqədar olduğunu deyib:

"Cavan idim, dözürdüm. İndi bədənim götürmür. Ömrümə nə qalıb ki? 1 il, 2 il, 5 il. Bir az pulum olardı, 1-2 otaqlı ev götürüb yaşayardım ki, nəm olmasın. Bu evdən canım qurtaraydı".

R.Rəhmanov ikinci həyat yoldaşı Gülbikə xanımla necə tanış olmasından danışıb:

"7 otaqlı evim var idi. Birinci həyat yoldaşımdan boşanandan 5 gün sonra təsadüfən ikinci xanımımla rastlaşdım. Dostumgilə getmişdim. Süfrədə bizə qulluq edirdi. Söz vermişdim ki, qabağıma ilk kim çıxsa, onunla da evlənəcəyəm. Həmin vaxt yox, indi aşiqəm ona. Çünki 30 ildir məni o yaşadır. Məni uşaq kimi saxlayır. Evdə arxamca gəzir".

Aktyor boşanmaq üçün məhkəməyə birinci həyat yoldaşı Ulduz Əhmədovanın müraciət etdiyini deyib:

"Bir qadın bir kişi ilə yaşamaq istəmirsə, buna məcbur deyil. O istəmədi, boşandı. Məhkəmə var, 10 il sonra da araşdırılsa, görüncək ki, boşanmaq üçün o müraciət edib".

Əməkdar artist ilk xanımının haqqında səsləndirdiyi "Xəstə idim, qoyub getdi. Boşanmazdan əvvəl də o xanımla görüşürdü" iddialarına aydınlıq gətirib:

"Yox, bu böyüklükdə yalan olar? Mən evdən çıxanda and içmişdim ki, kim ilk rastıma çıxsa, uyğun olsa, onunla da evlənəcəyəm. Hansı səbəbdən boşandığını o bilir. Bir evdə yaşayırdıq.


Birdən bildim ki, boşanmaq istəyir. Dedim, əcəb etmisən, gedək, qol çəkim. İlk həyat yoldaşım məni sevsəydi, niyə məndən boşanırdı?".


Qeyd edək ki, R.Rəhmanov iki dəfə ailə həyatı qurub. Əməkdar artistin birinci evlilikdən iki övladı var. Aktyorun böyük oğlu Emil Rəhmanov müğənni olub. O, 2023-cü ildə sentyabrın 19-da dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

Diabetdən qorunmağın ən sadə YOLU

Diabetdən qorunmağın ən sadə YOLU

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

3 bürc üçün böyük pullar gələcək

3 bürc üçün böyük pullar gələcək

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!

Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!

İlham Əliyev və Şahbaz Şərif arasında TELEFON DANIŞIĞI

İlham Əliyev və Şahbaz Şərif arasında TELEFON DANIŞIĞI

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

Nüvə silahı işə düşsə nə baş verər?

Nüvə silahı işə düşsə nə baş verər?

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

Əsl möcüzə yaşayacaq bürclər

Əsl möcüzə yaşayacaq bürclər

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

End of content

No more pages to load

RADİO