Nizami Rəmzinin qızı Reyhan EFİRƏ ÇIXDI: “24 il narkotik və içki aludəçisi olmuşam” – VİDEO 

Özünü mərhum şair və meyxanaçı Nizami Rəmzinin qızı kimi təqdim edən müğənni Reyhan efirə çıxıb. 

Bizim.Media xəbər verir ki, reabilitasiya mərkəzlərinin birində narkotik asılılılığına görə müalicə alan Reyhan “Bizimləsən” ictimai-sosial verilişinə gələrək oradaki həyatından söz açıb. 

24 il alkoqol və narkotik alüuəçisi olduğunu söyləyən Reyhan bildirib ki, 7 ayda bu kimi asılılılıqlarından uzaqlaşıb: 

“Köhnə görüntülərimə (Nail Naiboğlunun çəkib öz “YouTube” kanalında yayımladığı Reyhanın acınacaqlı vəziyyəti) baxmaq istəmirəm. Ailə qurmamışam və övladlarım da yoxdur. Reabilitasiya mərkəzində müalicə aldığım zaman və daha əvvəl atamın məzarını ziyarət etməmişəm. Mən o halda və vəziyyətdə deyildim. Özümü ziyarət edən adam lazımdır. 

Mərkəzdən çıxmışam, birbaşa bu verilişə gəlmişəm. Artıq 7 aydır ki, ayığam və aludəçilikdən uzağam. Atamın qohumlarının məni axtarmağa borcu yoxdur. Amma insan umduğu yerdən küsər. Mənim vəziyyətimdən çox insanlar xəbərdar idi. Ürəkdən və içdən istəsəydilər, mənə əl uzada bilərdilər. Amma bunu etmədilər. Məndə heç kimə ağız açmadım. 

Bir-iki insan oldu ki, onlara kömək üçün yazdım. Amma məni “yola verdilər”. Bundan sonra onlarla da tamamilə əlaqəmi kəsdim. Bugünki gün mən ailəmi, bacılarımı, qardaşlarımı 7 aydır ki, müalicə aldığım reabilitasiya mərkəzində tapmışam. Onlar mənə yetimliyimi hiss etdirmədilər. Onlara ölənə kimi minnətdaram. 
Bu insanlar məni yenidən həyata, sağlam düşüncəyə, düzgün yola qaytardılar. İndi qalır ki, onların dediklərinə və tövsiyələrinə əməl etməyim. 24 il narkotik və içkidən istifadə etmişəm. Hər şeylər olub... Bu müddət boyunca isə mən həyata ayıq baxmamışam. Məni reabilitasiya mərkəzinə təkliyim, özbaşına qalmağım, yalnış çevrəm gətirib. Yaxşı zamanlarımda yanımda insanlar, rəfiqələrim var idi. Aludəçilikdən sonra onlar yoxa çıxdılar”. 

Qeyd edək ki, şair və meyxanaçı Nizami Rəmzinin qızı Heyran bir neçə gün əvvəl “Elgizlə izlə” ictimai-sosial verilişinin efirinə çıxaraq Reyhandan DNT analizi tələb edib.

Buna səbəb Reyhanın N.Naiboğluya müsahibəsi zamanı söylədiyi “Mənim heç bir qohumum, yaxınım yoxdur” sözləri olub. Heyran isə Reyhana mütamadi olaraq maddi dəstək durduğunu və “Madəm ki, bu qədər yaxşılıqdan sonra Reyhan məni yaxını kimi qəbul etmir məndə onu atamın qızı kimi qəbul etmirəm” fikirləri olub. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baş Prokurorluqdan cinayət işinin yoxa çıxması iddialarına REAKSİYA

Baş Prokurorluqdan cinayət işinin yoxa çıxması iddialarına REAKSİYA

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

Torpaq altından baş qaldıran TARİX - Arxeoloqlar 2025-ci ildə nəyi üzə çıxardı?

Torpaq altından baş qaldıran TARİX - Arxeoloqlar 2025-ci ildə nəyi üzə çıxardı?

Şuşa məktəbinin direktoru vəfat etdi

Şuşa məktəbinin direktoru vəfat etdi

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Tələbə kreditləri üçün müraciət tarixi AÇIQLANDI

Tələbə kreditləri üçün müraciət tarixi AÇIQLANDI

ABŞ-ın Azərbaycandakı səfirliyi təyyarə qəzasında ölənlərin xatirəsini andı – FOTO

ABŞ-ın Azərbaycandakı səfirliyi təyyarə qəzasında ölənlərin xatirəsini andı – FOTO

Ukraynadan Rusiyaya “Milad təbriki”: Neft anbarları və qaz emalı zavodu vuruldu - VİDEO

Ukraynadan Rusiyaya “Milad təbriki”: Neft anbarları və qaz emalı zavodu vuruldu - VİDEO

Məhkəmədə Levon Mnatsakanyan və Arkadi Qukasyana son söz VERİLDİ

Məhkəmədə Levon Mnatsakanyan və Arkadi Qukasyana son söz VERİLDİ

Azərbaycanda un BAHALAŞDI

Azərbaycanda un BAHALAŞDI

ABŞ quru müharibə şəraitində Rusiyaya tab gətirə bilməz – Ukraynalı hərbi ekspert

ABŞ quru müharibə şəraitində Rusiyaya tab gətirə bilməz – Ukraynalı hərbi ekspert

“Neftçi” ukraynalı futbolçu ilə DANIŞIQ APARIR

“Neftçi” ukraynalı futbolçu ilə DANIŞIQ APARIR

Bu il Bakıda neçə məzuna qızıl nişan VERİLİB?

Bu il Bakıda neçə məzuna qızıl nişan VERİLİB?

Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ – Yanvarın 1-dək sata bilməsələr... – RƏSMİ

Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ – Yanvarın 1-dək sata bilməsələr... – RƏSMİ

3 nəfərin həyatını itirdiyi qəzadakı avtobuslardan biri qanunsuz fəaliyyət göstərirmiş... – RƏSMİ

3 nəfərin həyatını itirdiyi qəzadakı avtobuslardan biri qanunsuz fəaliyyət göstərirmiş... – RƏSMİ

Oqtay Əsədovun qızı vəfat etdi

Oqtay Əsədovun qızı vəfat etdi

Təltif olunanlar arasında onlar da var

Təltif olunanlar arasında onlar da var

Hafisət Çitiyeva: “Təyyarə qəzasında ölənlərin siyahısında adım var idi” – VİDEO

Hafisət Çitiyeva: “Təyyarə qəzasında ölənlərin siyahısında adım var idi” – VİDEO

Silah alveri edən cinayətkar dəstənin üzvləri ifşa edildi

Silah alveri edən cinayətkar dəstənin üzvləri ifşa edildi

Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə QOŞULDU

Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə QOŞULDU

Məhkəmə bəraət hökmü ləğv edilən şəxslə bağlı qərar çıxardı

Məhkəmə bəraət hökmü ləğv edilən şəxslə bağlı qərar çıxardı

Qaradağdakı avtobus qəzasında xəsarət alanların SON DURUMU

Qaradağdakı avtobus qəzasında xəsarət alanların SON DURUMU

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ

Deputatdan SƏRT ETİRAZ: “Əvvəl rekord qiymət qoyur, sonra guya endirim edirlər”

Deputatdan SƏRT ETİRAZ: “Əvvəl rekord qiymət qoyur, sonra guya endirim edirlər”

End of content

No more pages to load

RADİO