Nura Suri: “Oğlum dedi ki, o kişi niyə sənin belindən tutub?” – ÖZƏL 

“Sevgilim var? Bu nə sualdır? Niyə məni pərt edirsiniz? Yoxdur sevgilim, kor olub hamısı...” 

Bu sözləri müğənni Nura Suri Bizim.Media-nın əməkdaşına açıqlamasında deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Yeni klipini təqdim edən Nura: "Tərəf müqabilim birinci ərimə oxşayır" - FOTO/VİDEO


Ötən gün “Sevgimiz dənizdir” adlı mahnıya çəkilmiş klipini təqdim edən sənətçi bildirib ki, tərəf müqabili, aktyor Rüfət Nəzərlə rəqsi oğullarının xoşuna gəlməyib. Onlar ekran işində yer alan bəzi kadrlara görə anaları Nuraya etiraz ediblər:  


“Oğlum David təqdim etdiyim “Sevgimiz dənizdir” adlı klipimə baxıb dedi ki, “ana ayağını qaldırdığın o kadrı çıxart”. Klipdən tərəf müqabilim aktyor Rüfət Nəzərin məni qucaqladığı yerdə bir video paylaşmışdım. Amerikada yaşayan oğlum Xosrov söylədi ki, “bu nədir belə...” O kişi niyə sənin belindən tutub. Dedim ki, “sənin anan müğənni, tərəf müqabilim Rüfət Nəzər isə aktyordur”. Rüfət evlidir və 3 övladı var. Ümumiyyətlə, oğlum Xosrov çox qısqancdır”. 

Nura kiçik oğlu Davidin rəqs etməsinə görə məktəbdə “bullinq”lə üzləşdiyini söyləyib: 

“Bilirsiniz ki, mənim iki oğlum Xosrov və Möhsen ABŞ-da yaşayır, kiçik oğlum David isə mənimlə qalır. Onun xaricə getmək kimi bir fikri yoxdur. O deyir ki, yalnız səninlə gedərəm xaricə. David mənə bağlı uşaqdır. Qardaşları kimi qız tapan kimi ana yaddan çıxmır. Bəxtim onda gətirib ki, kiçik oğlum mənə bağlıdır. Deyir ki, “hara getsəm də, səni özümlə apararam, tək qoymaram”. 


Xosrovu Amerikaya, Möhseni isə Londona göndərdim. İkisi də ora çatan kimi biri Amerikada, digəri isə Londonda evləndi. David heç kim olmaq (hansısa peşənin sahibi – red.) istəmir. Ancaq pul xərcləyir. Futbolçu olmaq istəyir, amma oxumaq istəmir. Mən onu o cür bahalı məktəbdə oxutdurdum, amma həvəsi yoxdur oxumağa. Ağlı var, amma həvəsi yoxdur. 

David bir ara xarici rəqslərlə məşğul olurdu. Rəqslərə gedirdi, amma onu da atdı. Buna səbəb isə məktəbdə “bullinq”lə üzləşməsi oldu. Uşaqlar ona söylədi ki, kişi rəqs etməz. Bilirsiniz ki, David hazırda yeniyetməlik dövrünü yaşayır. Rəqsi də atdı... Mən onunla bu mövzuda nə qədər danışsam da, onu çəkindirə bilmədim. Alınmadı... Keçid dövrüdür, ana-ata avtoritet olmadığına görə, uşaqların küçədə dediyi daha çox önəmlidir”. 

“YAP”dan deputatlığa namizədliyimi verəcəyəm” deyən Suri ona qarşı qurulacaq tələlərdən özünü əvvəlcədən sığortaladığını bildirib:  


“Düşünürəm ki, deputatlığa namizədliyimi versəm, 100 il bundan əvvəl çimərlik geyimində çəkdirdiyim şəkillərimdən tutmuş, kiminsə ayağına atdığım daşı da üzə çıxaracaqlar ki, təki mənə pislik etsinlər. Mən bu kimi şeylərə hazıram. Bu məqamlarla üzləşəcəyəm və bunlardan qaçan deyiləm. Hazır olmağına hazıram...” 

Nura son zamanlar həmkarları, xüsusilə “bayağı ifaçılar” arasında gedən “trend” qalmaqalına da münasibət bildirib: 

“Hazırda müğənnilər arasında bir canlanma var. Hamı səviyyəli iş təklif edir. Hamıda sözün yaxşı mənasında çaxnaşma və canlanma var. 1990-cı illərin sonu 2000-ci illərin əvvəli yadıma düşür. Çünki o zamanlar hamı gözəl layihələr, kliplər çıxarırdı. Düşünürəm ki, indi də elədir. Hamı ayılıb, silkələnib, estrada musiqisini oxuyan ifaçılar başlayıblar gözəl işlər təqdim etməyə. Getdikcə insanların zövqü yenidən təzələnəcək və yerinə oturacaq. Günah bizim özümüzdədir, gedirik yatırıq sonra durub gəlib deyirik ki, “Trendə niyə “çuşkalar” (bayağı ifaçılar – red.) düşdü, filan şey oldu”. 


Suri müsahibəsində bayağılıqda ittiham olunan sənət yoldaşları Zeynəb Həsəninin və Damlanın müdafiəsinə qalxıb: 

“Bizim çox gözəl ifaçılarımız var. Hansı ki, bizim estrada onlara "dörd gözlə" baxırlar. Mən sizə nə yalan deyim, həmkarım Zeynəb Həsəninin “Aram – aram” adlı mahnısına evdə qulaq asıram və çox bəyənirəm. Zeynəb çox gözəl ifaçıdır. O gözəl mahnı oxuyur və səndə onu dinləyirsən. 

Sadəcə mənim bu cür ifaçılardan istəyim keyfiyyətli işlər və musiqilər təqdim etmələridir. “Dınqıl-dınqıl” mahnılar oxuyub, zövqləri korlamasınlar. Həmkarım Damlanın silsilə mahnıları var ki, onları mən dinləyirəm və xoşum gəlir. Damlanın keyfiyyətli işləri çoxdur. “Pis oxuyur” kimi şeyləri beyinlərindən çıxarsınlar... İndi müğənnilər bir-biriləri ilə bəhsə-bəhsə girib, yaxşı işlər təqdim edirlər. Mən heç kimə pis müğənni deyə bilmərəm”. 

Nura onu toylardan və məclislərdən “vuran”lara sərt mesaj yollayıb:  

“Tək məni yox, bir çox həmkarlarımı toylardan “vuranlar”, pislik edənlər var. Məni toylardan “vuran” bir bəydir, bəy! Allah hamının ürəyinə görə versin. Kim mənə nə edirsə, Allah ona min əvəzini qaytarsın”. 














Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kembricin işdən çıxarılan ən gənc professoru evində ölü tapıldı

Kembricin işdən çıxarılan ən gənc professoru evində ölü tapıldı

Kişi mənzilində divar kağızlarını sökərkən gözlənilməz “sürpriz”lə qarşılaşdı

Kişi mənzilində divar kağızlarını sökərkən gözlənilməz “sürpriz”lə qarşılaşdı

Sofiya adı Avropada ən populyar qız adlarından birinə çevrildi

Sofiya adı Avropada ən populyar qız adlarından birinə çevrildi

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

30 yaşdan sonra varlanacağı deyilən insanların doğum tarixləri

30 yaşdan sonra varlanacağı deyilən insanların doğum tarixləri

Ukrayna şirkəti “Flaminqo” raketlərinin buraxılışını nümayiş etdirdi - VİDEO

Ukrayna şirkəti “Flaminqo” raketlərinin buraxılışını nümayiş etdirdi - VİDEO

Yelloustoun supervulkanı püskürsə nə baş verər?

Yelloustoun supervulkanı püskürsə nə baş verər?

Britaniyada polis müsadirə edilmiş Ferrari ilə gəzib - VİDEO

Britaniyada polis müsadirə edilmiş Ferrari ilə gəzib - VİDEO

İrəvanın mərkəzində tikinti konstruksiyaları uçdu - VİDEO

İrəvanın mərkəzində tikinti konstruksiyaları uçdu - VİDEO

İDDİA: Merilin Monro Con Kennedidən hamilə olub və xüsusi xidmətlər tərəfindən öldürülüb

İDDİA: Merilin Monro Con Kennedidən hamilə olub və xüsusi xidmətlər tərəfindən öldürülüb

Dunay çayı dayazlaşdı - Vukovar adasına piyada getmək mümkündür - FOTO

Dunay çayı dayazlaşdı - Vukovar adasına piyada getmək mümkündür - FOTO

Dünyanın ikinci ən böyük almazına nəhayət alıcı tapıldı

Dünyanın ikinci ən böyük almazına nəhayət alıcı tapıldı

Rusiyada Wildberries-in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? - FOTO/VİDEO

Rusiyada Wildberries-in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? - FOTO/VİDEO

Ukrayna Rostov vilayətində raket yanacağı zavodunun vurulduğunu açıqladı - FOTO

Ukrayna Rostov vilayətində raket yanacağı zavodunun vurulduğunu açıqladı - FOTO

Belçikada meşə yanğını Almaniyaya da yayılır - 5 min nəfər təxliyəyə hazırlaşır - VİDEO

Belçikada meşə yanğını Almaniyaya da yayılır - 5 min nəfər təxliyəyə hazırlaşır - VİDEO

ABŞ-da dünyanın ən eybəcər iti seçildi - FOTO

ABŞ-da dünyanın ən eybəcər iti seçildi - FOTO

Həftənin ilk iş günündə hava necə olacaq?

Həftənin ilk iş günündə hava necə olacaq?

Alimlər istinin düşünmə qabiliyyətinə təsirini açıqladı

Alimlər istinin düşünmə qabiliyyətinə təsirini açıqladı

Xabarovskda Amur çayı “dənizə” çevrildi - VİDEO

Xabarovskda Amur çayı “dənizə” çevrildi - VİDEO

“Sweet Child o’ Mine” bütün zamanların ən yaxşı rok mahnısı seçildi - VİDEO

“Sweet Child o’ Mine” bütün zamanların ən yaxşı rok mahnısı seçildi - VİDEO

Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü

Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü

"Qarabağ" Zubirlə vidalaşdı - VİDEO

"Qarabağ" Zubirlə vidalaşdı - VİDEO

Yerin mərkəzinə səyahət: Alimlər planetin nüvəsinə çatmağı təklif edir

Yerin mərkəzinə səyahət: Alimlər planetin nüvəsinə çatmağı təklif edir

Hamiləlik və xərçəng: Müalicə ana və körpəyə necə təsir edir? - VİDEO

Hamiləlik və xərçəng: Müalicə ana və körpəyə necə təsir edir? - VİDEO

End of content

No more pages to load

RADİO