"3391 kilometr"in aktyorundan ETİRAF: "O, bir şahzadədir" - FOTO

Beyza Alkoçun kitabı əsasında çəkilmiş "3391 kilometr" türk melodramının Bakıda nümayişi keçirilib.

Bizim.Media xəbər verir ki, "Cinema Plus"da baş tutan qala gecəsində bədii filmin yaradıcı heyəti - prodüser və rejissor Dəniz Enyüksək, baş rolları ifa edən aktyorlar Dərya Pınar AK və Ahmet Haktan Zavlak iştirak ediblər.

Dərya və Ahmet ekran əsəri ilə bağlı fikirlərini bu sözlərlə ifadə ediblər:


"Bu film üçün çox çalışdıq və gözəl nəticə əldə etdik. İzləyicinin ekran əsərinə olan marağı bizi çox sevindirir. Bu gün burada "3391 kilometr" filmimizin qala gecəsi keçirilir. Çox xoşbəxtik. Bu məkanda filmimizi tamaşaçılarla birgə yenidən izləyəcəyik. Filmimizin kütləsi bizə yaxın olduğu üçün onların enerjisini görmək bizi ayrıca xoşbəxt edir. Çəkilişlərimiz çox əyləncəli keçdi. Ahmetlə birgə filmdə oynamaq mənə ayrıca zövq verdi”, - deyə Dərya Pınar AK bildirib.

Daha sonda Ahmet Haktan Zavlak təəssüratlarını bölüşüb:

"Hər yaş kütləsi üçün eşq filmi ərsəyə gətirdik. Düşünürəm ki, filmimizin öhdəsindən uğurla gələ bildik. Bəli, biz bu ekran əsəri ilə tanındıq. Amma biz tanınmaq üçün buraya gəlməmişik, filmi sizlə birgə izləmək üçün Bakıdayıq”. 


Aktyor çəkiliş prosesindən də söhbət açıb:

“Çəkiliş meydançasında Dəryanın kaprizləri yox idi. O, bir şahzadə idi. Dərya gözəl aktrisadır. Onunla bu filmdə partnyor olduğuma görə özümü şanslı hiss edirəm. 

Filmimiz 5 həftəyə lentə alınıb. 4 həftə Türkiyədə, yəni İstanbul və İzmir şəhərlərində, digər 1 həftə isə çəkilişlərimiz məhəbbət şəhəri sayılan Parisdə olub".

Ahmet həmçinin müsahibəsində Azərbaycan mətbəxinə olan vurğunluğundan da bəhs edib: "Bakıya dünən gəlmişik. Burada kifayət qədər gəzdik. Azərbaycan mətbəxi ilə tanış olduq. Yeməkləriniz çox dadlı və ləzzətlidir. O qədər yemək yedik ki... Kaş ki, bir az da vaxtımız olardı və Bakını daha çox gəzərdik. Bizim proqram çox sıx olduğundan istədiyimiz yerlərə gedə bilmədik. Gələn dəfə inşallah..."

Ekran əsərinin prodüseri və rejissoru Dəniz Enyüksək isə filmin və müəllifi olduğu kitabların uğurundan bəhs edib:


"Bu filmin işıq üzü görməsi bizim üçün çox gözəl hisslər və müsbət, xoş proses oldu. Ekran əsərinin ərsəyə gəldiyi zamanda peşəkar heyətlə çalışmaq bizə sevinc verdi. Mən müəllifi olduğum kitablarımla bağlı Bakıya bir neçə dəfə gəlmişdim. Burada imza günüm olmuşdu. Azərbaycanda kitablarımın nə qədər sevildiyini bilirəm. "3391 kilometr" filminin təqdimatı üçün Bakıya gəldiyimə görə çox sevincliyəm. Bu, mənə ayrıca zövq verir".

Daha sonra sözügedən filmin qəhrəmanları tamaşaçılarla görüşərək, onlarla xatirə fotolar çəkdiriblər.

Qeyd edək ki, film sosial şəbəkə vasitəsi ilə tanış olan və aralarında kilometrlər olsa da güclü sevgi hissi yaşayan iki gəncin hekayəsindən bəhs edir. Tamaşaçılar 3391 kilometr məsafədə yerləşən Fransa və Türkiyədə yaşanan eşq macərasının şahidi olacaqlar.













Rəşad Əliyev, fotoqraf Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

End of content

No more pages to load

RADİO