Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü “Avroviziya” mahnı müsabiqəsində “Always” nəğməsi ilə təmsil edən müğənni Aysel Adıgözəlzadə (Teymurzadə) Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi Əbu-Dabidə yerləşən dünyaca məşhur Şeyx Zayed Məscidini ziyarət edib.
Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Cütlüyün üç övladı var.
Rəşad Əliyev, Bizim.Media