Əməkdar artist Gülzar Qurbanovanın səhhətində problem yaranıb.
Bizim.Media xəbər verir ki, bu haqda aktrisa sosial şəbəkə hesabında məlumat yayıb.
“Üç gündür xəstəyəm. Bu gün gecə hərarətim 41 idi, nəfəsimi kəsdi. Təcili yardım gələnə kimi yenə də Əzrayıl çökmüşdü sinəmə. Əjdaha ili deyil, Əzrayıl ilidir”, - deyə aktrisa vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media