Oğlu Emilin ölümündən sonra Rəhman Rəhmanoğlu müğənni gəlinindən KÜSÜB? - VİDEO  

İfaçı Sabrina mərhum həyat yoldaşı, müğənni Emil Rəhmanoğlunun vəfatından sonra qayınatası Əməkdar artist Rəhman Rəhmanoğlu ilə münasibətlərinin korlanması ilə bağlı iddialara aydınlıq gətirib. 

Bizim.Media xəbər verir ki, bu haqda müğənni qonaq olduğu “Xəbərin var?” maqazin verilişində danışıb. 

Sabrina yayılan bu xəbərlərin cəfəngiyyat olduğunu bildirib: 

“Belə bir şey yoxdur. Həftədə heç olmasa bir dəfə də olsun ya mən, ya da ki, qayınatam Rəhman müəllim bizə gəlir. Hər zaman da ona demişəm ki, bura sənin öz oğlunun yaşadığı ev olub. Oğlu Emil geyimlərini necə qoyubsa, elə də evdə, otaqda qalıb. Rəhman müəllimin ürəyi istəyəndə gəlir bizə.

Ömrümün sonuna qədər, hər nə olursa olsun, şərtlər nə olursa olsun, Emilin valideynlərinə və doğmalarına hər zaman hörmətlə yanaşacağam. Rəhman müəllimdən özümə heç zaman hörmətsizlik görməmişəm. Münasibətlərimiz yaxşıdır. Hazırda karyerama tək başlamışam. Başlanğıc ərəfələrindəyəm.
O hər çəkilişə mənlə gələsi deyil. Onun səhhətində problemlər var. Heç mən ondan bunu ummuram da... O hər zaman deyib ki, qızım, mən hər zaman sənə dəstəyəm. Sadəcə istəmirəm, o hər çəkilişə mənimlə birgə gəlsin. Yaşlı insandır, onu hər dəfə narahat etmək istəmirəm. Nə də ki, Emilin adından... Emil mənim 7 illik həyat yoldaşım olub. Hər şeydən əvvəl o, sənətkar olub və biz dost olmuşuq.

Məni çox zaman Emil Rəhmanoğlunun xanımı kimi təqdim edirlər. Amma mən deyirəm ki, artıq belə təqdim etməyin. Adım Sabrinadır. Mən istəmirəm ki, Emilin adından reklam olunum. Bizim aramızda nə olubsa, o mənə, mən də ona halallıq vermişəm və verirəm də...” 

Sabrina aktyor qayınatasının ondan oğlunun 40 mərasimindən sonra məclislərdəki çıxışına geri dönməsini istədiyini vurğulayıb: 

“Mənim başqa sənətim yoxdur. Əslində mən ixtisasca dil və ədəbiyyat müəllimiyəm. Amma öz ixtisasım üzrə çalışmamışam. Hər zaman fəaliyyətim müğənni kimi olub. Karyerama da müğənni kimi başlamışam. Ailəm var və başqa işim yoxdur. İşimə təbii ki, davam etməliyəm. Emil Rəhmanoğlunun 40 mərasimindən sonra qayınatam Rəhman müəllim özü dedi ki, artıq məclislərinə və şoularına get, işlərini gör. Sənət camiyəsindən isə mənə dəstək olan yoxdur”. 

Qeyd edək ki, Emil Rəhmanov 44 yaşında xəstəxanada dünyasını dəyişib. O, Biləcəri ərazisində yerləşən məzarlıqda 19 il əvvəl vəfat edən qardaşı İlhamın yanında dəfn edilib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

BƏƏ uçuş qadağasının müddətini uzadıb

BƏƏ uçuş qadağasının müddətini uzadıb

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

“PUA-lar uçacaq, narahat olmayın” - RƏSMİ

“PUA-lar uçacaq, narahat olmayın” - RƏSMİ

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

"Kasıb həmişə tələsir" – Fərda

"Kasıb həmişə tələsir" – Fərda

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

End of content

No more pages to load

RADİO