Nigar od püskürdü: “Şəbnəmin, Türkanın daha çox tanınmağı musiqimizin bədbəxtliyidir” - VİDEO

Meyxanaçı Tərlan Novxanı və keçmiş duet ortağı Əməkdar artist Nigar Şabanova arasında qalmaqal yaşanıb. Buna səbəb Nigarın “İsraildə məclisdə idim. Yaxınlaşıb dedilər ki, sizin Tərlanla oxuduğunuz dueti çox bəyənirik. Bu mənə çox pis təsir etdi. Çünki bu qədər muğamlar oxuyuram, amma məni sırf meyxanaçı Tərlan Novxanıya görə tanıyırlar” sözləri olub. 

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı T.Novxanı qonaq olduğu “Rəngarəng səhər” verilişində kəskin fikirlər səsləndirib. 

“Meyxana ucuz sənət deyil. Necə muğam bizim milli dəyərimizdirsə, eləcə də meyxana sırf Azərbaycana aid sənətdir. Bu sənəti isə yaşadan sənətkarlar olub. Onlar hər zaman bu sənəti dəyərləndiriblər. Sən Nigar pis ola bilərsən, deyirsən ki, işlər gördüm, amma məni tanımadılar. Lakin bir dənə Tərlan Novxanı ilə duet oxudum, hamı məni tanıdı. Bu sözünü elə kinayə ilə deyir ki, sanki meyxana sənəti lazımsız bir sənətdir. Biz unutmayaq ki, müğənnilərin əksəriyyəti meyxanaçıların yazdığı mahnıları ifa edirlər. Nigarın buna görə mənə çox sağol deməsinə də ehtiyac duymuram. Nigar bizim dəyər verdiyimiz sənətçi xanımlardandır. Öz sözünü demiş, geyimi və əxlaqı ilə hörmət qazanıb. Sadəcə Nigar gərək belə danışmazdı”, - deyə Tərlan vurğulayıb. 

Onun bu çıxışına Şabanova səssiz qalmayıb. Əməkdar artist canlı efirə zəng edərək sərt cavab verib: 

“Mənim hər zaman sərt çıxışlarım başıma bəla olur. Amma Tərlan, sənin simanda əziz olan insanlara heç zaman pis nəsə demərəm. Mən bir müddət bu hadisələrə çox pis olurdum ki, illərlə muğam oxuyasan, Azərbaycan musiqisini xarici ölkələrdə təmsil edəsən, amma səni bunlara görə deyil, meyxana janrında duet oxuduğuna görə tanısınlar?! Mənim söylədiyim o sözlərdə sənin sənətini ucuzlaşdıracaq və ya alçaldacaq cümlələr yoxdur. Heç mən onu eləmərəm, çünki sözün dəyərini bilən insanam.

Cəmiyyət içinə Şəbnəm Tovuzlu, Türkan Vəlizadə və o tərzdə oxuyan bir neçə müğənni çıxsın. Bununla yanaşı, gənc fəxri adı olan muğam ifaçıları da çıxsın. Görün, kim daha çox tanınacaq?! Bu isə bizim musiqimizin bədbəxtliyidir”. 

Proqramın aparıcısı Zaur Nəbioğlunun “Tərlan Novxanı ilə yenidən duet oxuyarsınız?” sualına Nigar ironiyalı cavab verib: 
 
“Ümumiyyətlə, meyxana ifaçıları ilə bir daha duet oxumaram. Tərlan zəhmət olmasa, muğamı öyrənsin, ondan sonra duet oxuyaram”.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

End of content

No more pages to load

RADİO