Mətanət keçmiş gəlininə görə polisə müraciət etdi: "Həyatımız təhlükədədir" - VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canananın keçmiş həyat yoldaşının xanımının övladlarını evə buraxmadığı ilə bağlı görüntüləri gündəm olmuşdu.  

Bizim.Media xəbər verir ki, uzun surən sükütdan sonra Əməkdar artist Mətanət İsgəndərli “Yaxşıya doğru” ictimai-sosial verilişinin efirə çıxaraq, qalmaqallı məsələyə aydınlıq gətirib. 

“Canana uşaqların beynini zəhərləyir, gəlsin uşaqlarını aparsın. Artıq yorulmuşam. Onun etdikləri mənə verdiyi çox sağoludur da...

Canana boşanıb getmisən, demirdin ki, mən azadlıq, sərbəstik istəyirəm? Ala, bu da sənə azadlıq! Səni biz boşatdırmamışıq, evdən çıxartmamışıq. Nə qədər gedib yalvarmışam, şahidlər də var. Amma Canana bizdən qaçır. Demişəm ki, Cananı yola gətirib, qoy başanmasın, ailəsi dağılmasın. Oğlum Kərim dəfələrlə deyib ki, “tök bu daşı ətəyindən, evinə, ailənə, uşaqlarının yanına geri dön”.

Lakin Canana söyləyib ki, ailə mənlik deyil. Hər zamanda oğluma deyirdi ki, ”get öz həyatını yaşa”.

Səs yazıları da var. Biz birinci məhkəməni də udmuşuq. Hamısının səs yazılar və qeydlər var. Təsdiqini də tapıb. Məhz bu səbəbdən ilk məhkəməni də biz udmuşuq. Uşaqları bizə verdilər.

Amma ikinci məhkəmədə işə düzgün baxılmadı və nəticədə uşaqları Cananaya verdilər. Lap yaxşı, çox gözəl. Sonda uşaqları dövlət sənə verdi. Sonra da Kərimlə Canana oturub öz aralarında anlaşma sazişi bağladılar.

Canana razılaşdı ki, uşaqlar ataları Kərimin və mən nənələri Mətanətin himayəsində, yanında qalsınlar. Mən də siz də alimentdən imtina edirsiniz. Bilirsiniz də, əgər uşaqlar atada qalırsa, demək ana da aliment verməlidir. Biz 6 ay Moskvada pandemiyada qaldığımız vaxt uşaqlarla videozəng edirdik.
Onlar ağlayırdılar ki, bəs ana səhərə qədər evə gəlməyib. Qorxurdular. Bu hadisələr isə onlar ayrılan zamanı olmuşdu. Sonra biz Moskvadan geri qayıdanda özü  öz xoşu ilə uşaqları qoydu qapımda dedi ki, onlara siz baxın. Özü də bundan sonra çıxıb getdi”, - deyə Mətanət vurğulayıb. 

Canananın söylədiyi "Məni şantaj etdilər, 350 min manatdan imtina etdim" sözlərinə Mətanət belə münasinət bildirib:

"Həmin 350 min manatın yerini deyin bilim. Hanı o pul? Ömrüm boyu 350 min görməmişəm. Bu işlər məhkəmə ilə həll olunub. Bizim gözəl qanunlarımız var, hər kəsin hüququ qorunur. Bu da sevinirdi ki, məhkəməni uddum. Hər bir dövlətdə uşaq anaya verirlər. Uşaqlara dəfələrlə demişəm ki, istəyirsinizsə, anayla gedin. Ana bütün günü bunların beynini doldurur ki, mənim gücüm yoxdu sizə baxmağa. Nənə evində lüks həyatınız var.

Birinci məhkəmədə uşaqları dindirdilər. Kərim deyirdi ki, şok oldum, uşaq ananı istəmir. 5 ildir uşaqlara mən baxıram. Oğluma düşən mülklərdən Canana öz payını alıb. Barışıq müqaviləsi bağladılar, hüquqi şəkildə məhkəməyə təqdim olunub. Canana bizdən ona düşən vəsaiti alıb. Evlilik dövrlərində həyat yoldaşı nə alıbsa, ondan ona pay verilib. Onun gözü mənim evimdədir. Bir evim var, özüm yaşayıram. Digər evdə gəlinim, oğlum və övladları yaşayır. 35 ildir əziyyət çəkib ev almışam. Kaş 5 evim olardı, birini uşaqlara qurban edərdim. Onun dərdi ev deyil. Dəfələrlə ona təklif etdim ki, gəl sakit boşan, uşaqlara yazığın gəlsin. Uşaqlar utanırlar. Dedim sakit boşan, ev də verəcəm, maşın alacam, istirahətə də göndərəcəyəm. Qayıtdı ki, mən karyera quracağam, uşaqlara baxan deyiləm. İndi gecdi, o, bizə çəkdirdiyini çəkdirdi. Bizim yerimizə kim olsa, ürəyi partlayardı.

Mətanət keçmiş gəlini Canana ilə bağlı efir vasitəsi ilə hüquq mühafizə orqanlarına müraciət edərək, onunla bağlı araşdırma aparılmasını istəyib:

"Dövlətin qanunlarına inanıram. Araşdırsınlar ki, bunun arxasında kim durur. Qorxuram, kim onu öyrədir bizim üstümə durar. O, sabah uşağı oğurlatdırıb, məndən pul istəyər. Hüquq-mühafizə orqanları, bizə yardım edin. Həyatımız təhlükədədir, Canana bizə yaşamağa imkan vermir. Ona dedim ki, yığış küçələrdən, saytlardan, uşaqları yığ başına. Övladımın evini bir dəfə yıxdı, indi imkan verməyəcəm. Gündə qapımıza hücum edir.

Onun adı Aynur Vaqifqızıdır. Bizə də özünü Canana kimi tanıdıb. Xına mərasimində bilmişəm ki, adı Aynurdur".

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. 3 övlad anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

End of content

No more pages to load

RADİO