Natəvanın həyat yoldaşı: "Mənim üçün ən ağır hiss övladımın anasız qalmağı oldu" - VİDEO

“Mən indi başa düşürəm ki, ana olmaq nə qədər məsuliyyətlidir. Natavan üçün valideynlərindən sonra ən böyük sevgisi övladı olub. Deyirlər ki, uşaq atadan yox, anadan yetim qalır. Mənim üçün ən ağır hiss övladımın anasız qalmağı oldu”. 

Bizim.Media xəbər verir ki, bu sözləri xərçəngdən dünyasını dəyişən telejurnalist Natəvan Babayevanın həyat yoldaşı Etibar Babayev “O üz” verilişinə müsabibəsində deyib. 

7 il xərçənglə mübarizə apardığını söyləyən Natəvanın əri bildirib ki, özü üçün yox, yaxın ətrafı üçün əlindən gələni əsirgəməyib: 

“Natəvan 7 ilə yaxın ağır xəstəlik keçirdi. Düşünürəm ki, o, xəstə halı ilə analıq borcunu layiqincə yerinə yetirdi. Onun dünyasını dəyişəndən sonra bu hadisənin bu qədər rezonansa səbəb olacağını təsəvvür belə etmirdim. Sən demə, ölkədə Natəvan bu qədər tanınıb, sevilirdi. Bəlkə də onun xəstələnməyinə səbəb özündən başqa hamını düşünməsi idi. Anasını, arxasıyca atasını itirdi, qısa zamanda stress yaşadı. Qardaşının problemini içdən çəkdi. O özündən başqa ətrafı üçün “yanan” insan olub. Əgər bir daha onu görsəydim, tapşırardım ki, özünə bax, canından müğayat ol”. 

Mərhumun həyat yoldaşı onun dünyasını dəyişdiyini öz gözləri ilə gördüyünü söyləyib: 

“Natəvan son günlərini ümidlə yaşayırdı və deyirdi ki, yaşayacağam. Çox istəyərdi ki, övladının xeyir işini görsün. O öz xəstəliyini bilirdi, amma bu qədər ağır olacağını və dünyasını belə tez dəyişəcəyini bilmirdi. Onun dünyasını dəyişməsi hadisəsini mən gördüm. Danışmağa halı belə yox idi. Yenə də övladımızı istədi və onunla görüşdü. Bilmirəm, nə üçün o, sonda mənə söylədi ki, Etibar sür, sür gedək. Maksimum çalışdım ki, əlimdən gələni edim ki, ağır kimi səslənsə də, günlərinin sayını çoxaldaq. Dünyasını dəyişməsəydi, daha da çətin olardı. Deyirlər ki, cənnət anaların ayaqları altındadır. Natəvan indi cənnətdədir”. 

Qeyd edək ki, Natəvan Babayeva illər əvvəl keçmiş ANS televiziyasında çalışıb. O son illər AzTV-də xəbərlər verilişinin aparıcısı olub.

Natəvan bu ilin iyulun 20-də Milli Onkoloji Mərkəzində 46 yaşında uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib. O, ölümündən bir gün sonra səhər saatlarında doğulduğu Salyan rayonunun Parça Xalac kəndinə gətirilərək dəfn olunub. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

End of content

No more pages to load

RADİO