Efirdə Anar Vəziroğlu ilə Sonaxanım arasında DAVA: “Otur yerində, ağzını da yum” - VİDEO

Şair Anar Vəziroğlu və aktrisa Sonaxanım Əliyeva arasında canlı efirdə qalmaqal yaşanıb. 

Bizim.Media xəbər verir ki, “Təsir dairəsi” ictimai-sosial verilişində ekspert qismində iştirak edən tərəflərin mübahisəsinə səbəb aktrisanın sözügedən proqrama pənah gətirən bir qadının sərt şəkildə analığını tənqid etməsi olub. 

A.Vəziroğlu proqramın ilk dəqiqələrində S.Əliyevanı hədəf alaraq, onu qəzəbləndirəcək ittihamlar irəli sürüb: 

“Sən Sonaxanım heç zaman mənim üçün nümunə ola bilməzsən. Sənin anana və qardaşına qoyduğun dağı heç kim heç kimə qoymayıb. Sənin qardaşın bu verilişə gəldi. Mən bu verilişdə idim. Gördüm sənin aqibətini. Sən çoxlu qışqıra bilərsən. Amma mənim yanımda sən heç kimsən və sözünü də deyə bilməzsən.

Camaat efirdən sizə baxır, ayıbdır. Sən heç kimi bəyənmirsən. Sən doğma insanını çərlədib, öldürdün. Sən doğma qardaşını məhv elədin. Gəlib Lalə Azərtaşın yanına 5000 manata görə, qardaşından 10.000 pul istədin. Sən həmin adamsan. Artıq-əskik danışma. Bitdi”.

Şairin bu sözlərinə isə aktrisa hiddətlənərək, “od püskürüb”: 

“Məni məhkəməyə qardaşım verib yoxsa mən vermişəm? Az ilişin mənə. Gedin öz ailənizdə nə baş verirsə, ondan danışın. Cavabınızı verərəm, “beş də artıq”. Siz mənimlə sənlə danışa bilməzsiniz. Sən yox siz. Siz mənim səviyyəm deyilsiniz, ola da bilmərsiniz. Əsəbləşin, qoy sifətin daha da qızarsın. Bəsdirin məni müzakirəyə çıxartdınız. Yetər artıq. Biri övladımı ağzına alır danışır. Nə zamana qədər bunları edəcəksiniz? Kim sizə ixtiyar verib ki, övladımın adını ağzınıza alasınız? Bəsdirin, yığışdırın özünüzü”. 

Proqramın gedişatında A.Vəziroğlu ilə S.Əliyeva arasında gərginlik pik həddə çatıb. 

“ Sən ağzını yumub, sakit oturana qədər ailənin və qızının adını heç kim çəkməyəcək. Otur yerində, ağzını da yum! Özünə aid olmayan məsələləri camaata aid etmə. Camaatın üstünə getmə, qışqırma. Sənin balan sənə əzizdir, lap yaxşı. Amma sənin kiminsə analığını və kiminsə övladını tənqid etməyə haqqın yoxdur. Qurtardi getdi...”, - deyə A.Vəziroğlu fikirlərini qarşı tərəfə ifadə edib. 

Verilişdə yayımlanan gərgin dolu anları sizə təqdim edirik: 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

End of content

No more pages to load

RADİO