Aktrisa Ülviyyə: “Qəzada Dilarənin cibindəki telefonun partlama təhlükəsi olub” – ÖZƏL/FOTO  

“Dilarə ilə demək olar ki, hər gün danışıram, evlərinə gedirəm. Özünə gəlir, buna məcburdur, çünki iki qızı var. O, güclü olmalıdır ki, uşaqları da baxıb ondan güc alsın”. 

Bu sözləri Əməkdar artist Ülviyyə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Sənətçi ötən həftə yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyevanın vəziyyətindən söz açıb. 

Ülviyyə bildirib ki, yenidən səhnəyə və televiziyaya qayıtması üçün ailəsi Dilarə Əliyevaya psixoloji dəstək verir: 



“Dilarənin çox işi var. Məcburdur... İşlərinin, verilişinin başına qayıtmalıdır. “SOY” production qalıb belə... Akademik Milli Dram teatrında “Adamın adamı” tamaşasında rol almışdı. Biz bir yerdə həmin tamaşanı oynayacaqdıq, başımıza belə hadisələr gəldi. Hamımız səbrsizliklə gözləyirik və dua edirik ki, Dilarə aramıza qayıtsın. Onu iş xilas edəcək. Psixoloji vəziyyəti bəllidir. 

Onun çevrəsində olan insanlar, yəni həm Oqtay müəllimin, həm də Dilarənin ailəsi, eləcə də, biz dostları ona mənəvi və psixoloji dəstək olmağa çalışırıq. Dilarənin özü də möhkəm qadındır. Mərhum Oqtay Əliyevin anası Elmira xanımın da vəziyyəti yaxşı deyil. Dağ boyda oğlunu itirdi.

Bir ailənin, bir nəslin dayağı idi Oqtay müəllim. Çox çətindir nəsə demək. Deyə-deyə, gülə-gülə Oqtay müəllimi birdən itirdilər. Allah heç kimə belə hadisəni yaşatmasın”. 

Ülviyyə mərhum prodüserin qızlarının ata itkisindən böyük sarsıntı keçirdiyini də vurğulayıb.

Aktrisanın sözlərinə görə, Dilarənin böyük qızı Aytən həm anasına, həm də bacısı Banuya psixoloji dəstək göstərir: 


   
“Banu və Aytən hadisədən böyük sarsıntı və şok keçiriblər. Oqtay müəllim ölən gün gecə Dilarə xəstəxanadan evə gələndə onlara getdim. Çökmüş, şok vəziyyətində idim. O anlarda isə gücü Aytəndən aldım.

Hər dəfə deyirəm ki, Aytən sənə halal olsun. Baxmayaraq ki, o həm ata itirib, həm də ana itkisi qorxusunu yaşayıb. O, bu qorxu və həyəcanla ayaqda qalmağı bacardı və bacarır. Çox güclüdür. Təbii ki, Aytən də baş verən hadisələrdən qorxub. Hələ də qorxu yaşayırlar. Çox böyük stresdir. Hamı üçün valideyn əzizdir. Amma Oqtay müəllim onlara təkcə ata yox, həm də dost, dağ kimi dayaq olub. Birdən-birə evlərinin təməli tərpəndi. Amma onlar güc tapıb, güclü olmağa çalışırlar”.

Baş verən dəhşətli qəzanı isə Əməkdar artist Dilarə Əliyevanın sözləri ilə belə şərh edib: 



“Oqtay müəllimin tikdiyi ailə bağına gedirdilər. Oqtay müəllim ürəyindən dünyasını dəyişməyib. Yaxın günlərdə onun ölüm səbəbi ilə bağlı tibbi ekspertiza tərəfindən açıqlama veriləcək. Dilarə xanım baş verən qəzanı danışarkən söylədi ki, yolda avtomobildə söhbət edib, gülə-gülə gedirmişlər. Görüblər ki, avtomobil yoldan çıxmaq istəyir, Oqtay müəllimi çağırsalar da o, cavab veməyib. Sanki əcəl gəlib. Allahın yazısıdır”. 

Aktrisa qəzada yaralanan həmkarı, Xalq artisti Mehriban Zəkinin səhhətindən də danışıb. 



“Mehriban Zəkinin vəziyyəti normaldır. O da toparlanır. Şükürlər olsun ki, həyatına təhlükə yaradacaq zədəsi yoxdur. Onu və Dilarəni Allah qoruyub. Onların sağ qalması bir möcüzədir. Avtomobil aşıb, ələ gəlməz vəziyyətə düşüb və onlar sağ qalıblar”. 

Ü.Əliyeva vurğulayıb ki, qəza zamanı Dilarə Əliyevanın cibindəki telefonunun partlama riski olub: 

“Dilarənin “Iphone” markalı telefonu sınmayıb, amma cibində əyilib. Telefonu ustaya aparanda o deyib ki, Allah qoruyub. “Iphone”nun içindəki “plata” əyiləndə cihaz partlayır. Allah bu bəladan da onları qoruyub". 

Sonda Ülviyyə Əliyeva öncə Əməkdar artist Tünzalə Əliyevanın, daha sonra isə prodüser Oqtay Əliyevin vaxtsız vəfatından hələ də özünə gələ bilmədiyini və artıq itki yox, şad xəbər eşitmək istədiyini dilə gətirib: 

“Bir aktrisa kimi Oqtay müəllim həyatımda çox böyük rol oynayıb. Əziyyəti olub. Mənim üçün çox çətindir. Sənətimiz elədir ki, biz insanlara gülüş bəxş edirik, onların əhvalını qaldırırıq. Amma həyat və yaşadıqlarımız elə gətirdi ki, son zamanlar tamaşaçılar məni qəm-qüssəli, gözüyaşlı görür. İçimizdəkiləri heç kim bilmir. Çox çətindir. Üzümüz gülür, ürəyimiz isə qan ağlayır. Şad xəbər eşitməyə çox ehtiyacımız var”.





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hacıqabulda DƏHŞƏT: 19 yaşlı qız maşında qətlə yetirildi - Qardaşı tutuldu

Hacıqabulda DƏHŞƏT: 19 yaşlı qız maşında qətlə yetirildi - Qardaşı tutuldu

Dünyaca məşhur futbolçumüsəlman oldu - FOTO

Dünyaca məşhur futbolçumüsəlman oldu - FOTO

Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Bakıda köhnə tikilidə baş verən yanğın söndürüldü – YENİLƏNİB/VİDEO

Bakıda köhnə tikilidə baş verən yanğın söndürüldü – YENİLƏNİB/VİDEO

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

SON DƏQİQƏ! Rezidenturaya qəbulun nəticələri ELAN OLUNDU

SON DƏQİQƏ! Rezidenturaya qəbulun nəticələri ELAN OLUNDU

Nərminə Kamala yeni vəzifə verildi

Nərminə Kamala yeni vəzifə verildi

ADY: İlk 7 ayda 1861 çən vaqon yuyulub –FOTO/VİDEO

ADY: İlk 7 ayda 1861 çən vaqon yuyulub –FOTO/VİDEO

Qurban Qurbanovun konfransı Bakıda olacaq

Qurban Qurbanovun konfransı Bakıda olacaq

Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı AÇIQLANDI

Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı AÇIQLANDI

Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama

Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama

Vəkil Elşad Məmmədov SAXLANILDI

Vəkil Elşad Məmmədov SAXLANILDI

Azərbaycanın qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı PROQNOZU

Azərbaycanın qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı PROQNOZU

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət etdi – FOTO

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət etdi – FOTO

Dənizlə qayanın min illik sevgisinə kimlər beton tökür? – VİDEO

Dənizlə qayanın min illik sevgisinə kimlər beton tökür? – VİDEO

107 il Vətən keşiyində - Şimal sərhədindən VİDEOREPORTAJ

107 il Vətən keşiyində - Şimal sərhədindən VİDEOREPORTAJ

Tale Heydərov anası ilə şəklini paylaşdı – FOTO

Tale Heydərov anası ilə şəklini paylaşdı – FOTO

Azərbaycanın axtarışa verdiyi “üç müşketyor” - DOSYE

Azərbaycanın axtarışa verdiyi “üç müşketyor” - DOSYE

TƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi

TƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi

Sabah dörd rayonda qaz kəsiləcək – SİYAHI

Sabah dörd rayonda qaz kəsiləcək – SİYAHI

Arvadını öldürən şəxs: “"Bizim kinomuz bura qədər idi" deyərək çox sayda bıçaq zərbəsi endirdim"

Arvadını öldürən şəxs: “"Bizim kinomuz bura qədər idi" deyərək çox sayda bıçaq zərbəsi endirdim"

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI

Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

End of content

No more pages to load

RADİO