Nailə İslamzadə “Azərsu”dan ŞİKAYƏTLƏNDİ: “İnternetdəki nömrələrinizi silin”

Əməkdar artist Nailə İslamzadə “Azərsu” Səhmdar Cəmiyyətindən şikayət edib.  

Bizim.Media xəbər verir ki, televiziya ulduzu sularının heç bir xəbərdarlıq edilmədən kəsilməsi barədə sosial şəbəkə hesabında post paylaşıb. 

"Bir də görürsən qəflətən su kəsildi və ya səhər oyanırsan su gəlmir. Anlayırıq, təmir işləri gedə, qəza ola bilər, amma əhaliyə xəbərdarlıq edin, lütfən.

"O ərazidəki binalara elan asın" deməkdən yoruldum. Su kəsiləndən, şikayətlərdən sonra elan verilir ( o da verilsə). İnternetdə yerləşdirdiyiniz nömrələri də silin, lütfən, “qaynar xətt”dən başqa heç biri cavab vermir (yalnız “Azərsu” deyil, başqa qurumlarda da).Niyə bura yazdım? ”Qaynar xətt”dəki xanım dedi ki, mətbuat xidmətinin nömrəsini verə bilmərəm. Elan verəndə isə “suyun verilməsində məhdudiyyət olacaq” yox, “su kəsiləcək və nə vaxt veriləcək bilmirik” yazısını yazın”. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

End of content

No more pages to load

RADİO