Flora Kərimova: “Ərimin yasında İlhamə qonaqları evimdən qovmuşdu” - VİDEO

“İlhaməyə rəhmətlik də deməyə dilim gəlmir. Ona Allah rəhmət eləsin deyə bilmirəm. Allah ona elə bir xasiyyət vermişdi ki, Allah özü onu o xasiyyəti ilə qarğışlayıb. Ona 50 dəfə “Allah rəhmət eləsin” deməklə Allah onu bağışlamayacaq. Yaradan bir insana xasiyyət verəndə, onun qarğışını da verir. O sözümə baxacaq?”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova qonağı olduğu “YouTube”da yayımlanan “AStar” layihəsində deyib. 

81 yaşlı sənətkar bildirib ki, o heç zaman mərhum Xalq artisti İlhamə Quliyevanı bağışlamayacaq. 

“Ölüm heç bir hesabı bağlamır. Heç vaxt! Heç bir incikliyin üstündən getmir. Ölüm heç kimə bəraət qazandırmır. Ona görə ruslar deyirlər - “Həqiqətdən başqa…”. Ömür boyu səhv etmək olar? İlhamənin səhvi elə mənə qalmışdı? Bir insan ki, baş sağlığına gəlib, deyə ki, sən məndən yaxşı oxumursan.  Bu insana nə deyəsən? İlhamə içəri girib, yasıma gələnləri qışqıraraq qovmuşdu. İndiyə kimi də onun etdiklərini başa düşə bilmirəm. Evimdən cingiltili səs eşitdim.

Qızım Zümrüd qaça-qaça üstümə gəlib “Anacan, İlhaməni dayandır!” deyə-deyə qalmışdı. Qızım gördüklərini belə danışa bilmirdi. Sənə ayıb deyil? Qızımın onda səkkiz yaşı vardı. Onun niyə ürəyini paralayırdın? Gəlib görürəm ki, İlhamənin səsi bürüyüb evi”, - deyə F.Kərimova vurğulayıb. 

Layihənin aparıcısı Ülvira Qarayevanın “Bəlkə sağlığında Faiq müəllimə (Flora Kərimovanın həyat yoldaşı – red.) sahiblənə bilməmişdi deyə belə edirdi?” - sözlərinə Xalq artistinin cavabı belə olub: 
“İlhamə deyirdi ki, sən Faiqi mənə qısqanırdın. Elə şey de ki, insanın ağlına batsın. Bağışlamıram! Bağışlayarlar əhəmiyyətli, sayan insanı. Niyə mən onu bağışlamalıyam? Nəyə görə? Mənə sataşanlara başdan deyirəm “Mənə dəyməyin. Bağışlamıram!”. Çünki bu millətin çiynində alnı açıq getməliyəm. Vəssalam!” 

Rəşad Əliyev,  Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

End of content

No more pages to load

RADİO