Azəri qızı Günel: “O zamanlar "bulka"ya oxşayırdım” - MÜSAHİBƏ+FOTO/VİDEO 

Müğənni Günel Zeynalovanın Bizim.Media-ya özəl müsahibəsini təqdim edirik:  

⁃ Hamı bir ağızdan sizin üzünüzə etdirdiyiniz estetik dəyişikliklərdən danışır. Deyirlər ki, Günel yenə əməliyyat etdirib. Doğrudur?  

⁃ "Bir çox sənətçilər zəng vurub söyləyirlər ki, "Sən nə etdirmisən?" Heç nə etməmişəm. Etdirdiyim isə burun əməliyyatıdır. Bilirsiniz ki, illər əvvəl Türkiyədə burnumu əməliyyat etdirdim. Amma uğursuz alındı. Daha sonra burnumu ikinci dəfə əməliyyat etdirdim. Bu dəfə isə əməliyyatı Bakıda yerli cərrah icra etdi. Bir də ki, dodaqlarıma dolğu etdirmişəm. Bu da ki, hamının etdirdiyi prosedurdu. Zamanla, onlar hamısı sovrulub gedir. Başqa bir şeylər etdirməmişəm. İnsan arıqlayanda, sümüklərin hamısı çıxır üzə. Bunu qəbul etmirlər. O zamanlar "bulka"ya oxşayırdım. Söyləməsi belə ayıbdır (gülür). Kök olanda üz də şişkin olur.

Zəyifləyəndə isə cizgilərin ortaya çıxır. Onlara isə artıq nələrisə başa salmaqdan vaz keçmişəm".  



Arıqlayaraq az qala "ilanın boğazından" keçən sənətçi yemək yemədiyini dilə gətirib:  

- "Yemək yemirəm. Səhərlər acı kofe və ya çay içirəm. O mənim iştahamı öldürür. Tünd, şəkərsiz, acı şokolad yeyirəm. Onunla da ömrümü keçirə bilərəm. Axşam da mədəmi aldatmaq üçün yüngül salat yeyirəm. Yəni bu qədər".  

⁃ Bir neçə həftə əvvəl Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafatlanma mərasimi keçirildi. Sizin adınız isə " Arabesk - fantazi janrında ən yaxşı qadın müğənni" nominasiyasında var idi. Amma nədənsə, gecədə gözə dəymədiniz. Səbəb nə idi? 

 ⁃ Orada olmağı istəmirəm. Qoy bir yaxşı mahnı oxuyum, çıxım. Buna inanım. "Didəm" və "Adı yok" nəğmələr olduğu zaman sözün əsl mənasında partlatmışdım. O zaman isə "Altın Kelebek"ə namizəd olmadım. İndi isə təkcə gündəmdə olduğum üçün adımı ora yazıblar. Onlara söylədim ki, inciməyin mən bu mükafatlandırmada yoxam, olmaq da istəmirəm.  

⁃ "Xəzər" televiziyasında yayımlanan "Xəzər axşamı" əyləncəli-musiqili verilişi ilk siz aparmalı idiniz. Daha sonra məlum oldu ki, siz televiziyanın rəhbəri ilə ortaq məxrəcə gələ bilməmisiniz. Əslində nə baş verdi ki, siz bu verilişi aparmaqdan boyun qaçırdınız? 



 ⁃ Bu haqda bir kəlimə belə dilə gətirməmişəm. İlk sizin saytınıza bu haqda danışacağam. Əslində müzakirə olunası bir şey yoxdur. Yenə də orkestr məsələsi oldu. Söylədim ki, orkest məhz Türkiyədən gəlməlidir. Əgər biz keyfiyyətli iş görürüksə, bunu mütləq şəkildə etməliyik.

Əgər bir sənətçini verilişimə dəvət edirəmsə, sənə rahatlanmaq, dincəlmək üçün ayrıca otaq verməliyəm. Saç, vizaj edən belə stilist olmalıdır. Mən bu kimi nüansları vacib saydığım üçün rəhbərlik söylədi ki, o zaman biraz gözlə. Amma Murad Dadaşovla ("Xəzər" televiziyasının rəhbəri Xalq artisti Murad Dadaşov - red.) bu haqda söhbətlərimiz gedir. İnşallah elə bir yeni, musiqili layihə olacaq.  

⁃ Sözügedən verilişi bir müddət sizin həmkarınız, Əməkdar artist Könül Kərimova apardı.  

Onun aparıcılığını necə dəyərləndirib, qiymətləndirirsiniz?  
 
⁃ Könül xanım əzizimiz, gözəl sənət yoldaşımızdır. O da Azərbaycana və Azərbaycan tamaşaçısına uyğun proqram apardı. 



⁃ Açıqlamalarınızın birində bəstəkar-müğənni Murad Arifi Azərbaycanın Tarkanı adlandırmağınıza Əməkdar artist Amil Həsənoğlu etiraz edib. O, müsahibələrinin birində söyləyib ki, "Tarkan dünyamiqyaslı müğənnidir. Onu müqayisə etməyə dəyməz. Tarkanın gördüyü işləri bizim gördüklərimizlə tərəziyə qoysaq, tam fərqlidir. Murad Arif adi musiqi ilə məşğul olan adamdır". Buna münasibətiniz? 

⁃ Murad Arif həqiqətən çox istedadlı musiqiçidir. Onu çox istəyirəm. Dostluğumuzu kənara qoyaq, Haqqına danışaq. Murad işində olduqca uğurludur, çox təmiz işləyir. Bunlara görə ona qiymət və dəyər vermək lazımdır. Murad bir dənədir və başqa Muradımız da yoxdur. Fikrimdə də qalıram, Murad Arif Azərbaycanın Tarkanıdır. Onunla "Tufan" adlı ilk layihəmiz çox uğurlu alındı. Bu səbəbdən yaxın zamanda onunla növbəti yeni duetimiz və layihəmiz olacaq. 

⁃ Türk sənət musiqisinin "imperatoru", müğənni İbrahim Tatlısəs sizin Türkiyəyə tanıdan və sevdirən şəxs oldu. O sizə hansı məsləhətləri verir? 



⁃ İbrahim bəy mənə çox kiçik yaşlarımda bir dəfə məsləhət vermişdi. Ondan sonra isə məsləhət verməyib. Çünki, mən o vaxtan bəri dəyişməmişəm. Eyni şəkildə, işlərimi və həyatımı davam etdirirəm. O, mənə söylədi ki, şöhrət səni heç zaman pisə dəyişdirməsin, çünki şöhrət toz kimidir. Səni parıldadır, toz getdiyi zaman isə sən bir anlıq sönə bilirsən. O zaman dəyişmə, hər zaman böyüklərinə qarşı hörmətli ol. Bundan başqa isə o mənə heçnə deməyib və ya məsləhət verməyib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

End of content

No more pages to load

RADİO