Qaraciyərində hepatit aşkarlanan Mahir Cürətin VƏZİYYƏTİ NECƏDİR? – ÖZƏL

“İndi atamla bərabər 1 saylı Şəhər Klinik Xəstəxanasından çıxdıq. Orada valideynim xəstəliyi ilə bağlı bir sıra analizlər verdi və onların cavablarını aldıq. 

Atamın səhhətində yeni problemlər aşkarlanıb. Onun qaraciyərində ağır dərəcəli hepatit xəstəliyi aşkarlanıb. Sabah qaraciyər həkimi, yəni hepatoloqun yanına gedəcəyik”.

Bizim.Media xəbər verir ki, bu sözləri məşhur meyxana ustadı və qəzəlxan Mahir Cürətin oğlu İskəndər Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətkarın övladı bildirib ki, ayaqlarında olan yaralar müəyyən qədər sağalıb.

“Atam M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində bütün lazimi olan müalicələrini yekunlaşdırdı. Orada ona qan vuruldu, plazma köçürüldü. Xəstəxana bütün atamın xərclərinin öz üzərinə götürdü. Orada çalışan və atamın sağalması üçün əlindən gələn yardımı edən həkimlərə təşəkkürümü bildiririk. Heç kimə bir qəpik də pul vermədik.
Bütün olunan müalicələr təmənnasız oldu. Xəstəxananın kollektivi 15 gün ərzində hər şey etdilər ki, atam sağalsın və özünü yaxşı hiss etsin. Ayaqlarında olan yaralar müəyyən qədər sağalıb. Həkimlər yaraların tam sağalması üçün müxtəlif dərman kremləri yazıb. Bundan əlavə ayağına geyinmək üçün elastik corabları da almağımızı məsləhət görüblər”, - deyə qəzəlxanın övladı söyləyib.

Atasının qaraciyərində hepatitin ağır forması aşkarlandığını qeyd edən M.Cürətin oğlu “Həkim dərman resepti yazıb verib. İçində müəyyən bahalı dərmanlar var.

Onları almalıyıq. Növbəti mərhələdə o dərmanları qəbul etməlidir və evdə müalicələrini davam etdirməlidir. Söylədiyim kimi qaraciyər həkiminin yanına gedəcəyik. Əgər hepatoloq desə ki, atanız xəstəxanada qalmalıdır, buna əməl edib, orada qalıb müalicələrini davam etdirəcək” sözləri ilə dediklərini yekunlaşdırıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çayın apardığı qadın səkkiz gün sonra sağ tapıldı

Çayın apardığı qadın səkkiz gün sonra sağ tapıldı

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Rusiya Xersona dronla zərbə endirdi: Ölənlər var – FOTO

Rusiya Xersona dronla zərbə endirdi: Ölənlər var – FOTO

Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama

Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama

Ukraynada məmurların evində axtarış aparılır – FOTO

Ukraynada məmurların evində axtarış aparılır – FOTO

Tramp Kanadadan neft kəməri çəkilişini bərpa edir

Tramp Kanadadan neft kəməri çəkilişini bərpa edir

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? - RƏSMİ AÇIQLAMA

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? - RƏSMİ AÇIQLAMA

DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

Malayziyanın yeni səfiri Azərbaycana gəldi – FOTO

Malayziyanın yeni səfiri Azərbaycana gəldi – FOTO

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq – FOTO

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq – FOTO

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Mirrəhim Nəbiyev vəzifəsindən AZAD EDİLDİ

Mirrəhim Nəbiyev vəzifəsindən AZAD EDİLDİ

Qasparyandan rus blogerlərə ÇAĞIRIŞ – “Azərbaycanla bağlı danışanda məsuliyyətli olun” – VİDEO

Qasparyandan rus blogerlərə ÇAĞIRIŞ – “Azərbaycanla bağlı danışanda məsuliyyətli olun” – VİDEO

Azərbaycan XİN Əfqanıstanı təbrik etdi – FOTO

Azərbaycan XİN Əfqanıstanı təbrik etdi – FOTO

Ukrayna Rusiyanın ən böyük partlayıcı istehsal edən zavoduna zərbə endirdi – VİDEO

Ukrayna Rusiyanın ən böyük partlayıcı istehsal edən zavoduna zərbə endirdi – VİDEO

Başqasının xahişi ilə kredit götürürsünüzsə, BUNLARA DİQQƏT EDİN! – XƏBƏRDARLIQ

Başqasının xahişi ilə kredit götürürsünüzsə, BUNLARA DİQQƏT EDİN! – XƏBƏRDARLIQ

Yaşa görə əmək pensiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

Yaşa görə əmək pensiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

Trampdan GİZLİ TƏLİMAT – İranla bağlı yeni strategiya üzə çıxdı

Trampdan GİZLİ TƏLİMAT – İranla bağlı yeni strategiya üzə çıxdı

Ali məktəblərə ixtisas seçimi edənlərin DİQQƏTİNƏ!

Ali məktəblərə ixtisas seçimi edənlərin DİQQƏTİNƏ!

Qusarda 4 yaşlı uşaq faciəvi şəkildə HƏYATINI İTİRDİ

Qusarda 4 yaşlı uşaq faciəvi şəkildə HƏYATINI İTİRDİ

“By Ella” ləqəbli bloqer həbs edildi

“By Ella” ləqəbli bloqer həbs edildi

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı – FOTO

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı – FOTO

End of content

No more pages to load

RADİO