Ankara “erməni soyqırımı”x9dnı tanıyır

Ankara qondarma erməni soyqırımını tanıyır.

Çoxları üçün qəribə səslənsə də bu bir gerçəkdir. Bu gerçəyin nə qədər açıq, nə qədər aydın və inkaredilməz olduğunu görmək üçün sadəcə türkiyəli rəsmilərin uydurma soyqırımla bağlı verdiyi bəyanatlara nəzər salmaq kifayətdir.

Qondarma erməni soyqırımı ilə bağlı ilk utancverici açıqlama Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur.

Ərdoğan hələ ötən il, baş nazir ikən verdiyi bəyanatda “XX əsrin əvvəlindəki şərtlərdə həyatlarını itirən ermənilərin dinclik içində yatmalarını diləyir, nəvələrinə başsağlığı çatdırırıq”x9d deməklə, milyonlarla türkün təəccübünə səbəb oldu. Ərdoğanın məlum açıqlamasından bir neçə gün sonra çıxış edən Türkiyənin keçmiş prezidenti Abdullah Gül də ermənilərə 1915-ci il olayları ilə bağlı başsağlığı verdi və Türkiyəni II Dünya müharibəsi zamanı milyonlarla yəhidi və qeyri-yəhudini öldürən, dünyanı qan gölünə döndərən  faşist Almaniyası ilə müqayisə etdi. A.Gülüm mümkün qədər yumşaq bir şəkildə ifadə etməyə çalışdığı bu müqayisə Türkiyədə ciddi etirazla qarşılandı. Bu zaman A.Gül üzrü günahından daha betər sayılacaq daha bir açıqlamaya imza atdı və bildirdi ki, "biz günahımızı və utancımızı dilə gətirdik".

Əslində A.Gülün 1915-ci il olaylarında türklərin “günah payı və utancını”x9d qəbul etməsi rəsmi Ankaranın qondarma erməni soyqırımı yalanı önündə qaldırdığı ilk ağ bayraq hesab oluna bilərdi. Çünki məhz bu açıqlama uzun illər bu yalana dirəniş göstərən Türkiyənin ilk siyasi təslimiyyəti və geriçəkilməsi idi.

Ərdoğanın bu il də Türkiyənin prezidenti olaraq 24 aprel tarixinin “erməni vətəndaşlar üçün özəl bir məna daşıdığını”x9d etiraf etməsi,  “Birinci Dünya Müharibəsində həyatını itirən bütün osmanlı ermənilərini bir daha hörmətlə anaraq”x9d uşaqlarına və nəvələrinə başsağlığı verməsi Ankaranın məlum yanaşma tərzinin davam etdiyini göstərir.

2014 tarixində uydurma erməni soyqırımı ilə bağlı rəsmi Ankaranın dilindən səslənən daha bir cəfəng bəyanata isə Türkiyənin baş naziri Əhməd Davudoğlu imza atdı. Ermənilərə başsağlığı verən Ə.Davudoğlu 1915-ci il olaylarında ölən ermənilərin 24 aprel tarixində Türkiyədə də anılacağını bildirdi. Baş nazir qeyd etdi ki, “Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni mirasına sahib çıxmaq Türkiyə üçün tarixi və insani bir görəvdir”x9d.

Ə.Davudoğlunun bu açıqlamasındna dərhal sonra dövlətin zirvəsində təmsil olunan daha bir rəsmi şəxs ”“ baş nazirin müavini Bülənt Arınç isə bu məsələdə bir növ son nöqtəni qoymuş oldu. B.Arınç “bilərəkdən, qəsdən və istəyərək soyqırım etməmişik”x9d deyə bildirdi. Və bununla da ermənilərə qarşı 1915-ci ildə soyqırımın baş verdiyini prinsip etibari ilə təsdiqləmiş oldu. Çünki B.Arınçın “bilərəkdən etmədik”x9d fikri onun nəticəni qəbul etdiyini, sadəcə bu nəticənin səbəbləri haqqında fərqli qənaətdə olduğunu göstərdi. Hansı ki, bu yanaşma mahiyyət eibari ilə heç nəyə dəyişmir. Ən azından ona görə ki, 1915-ci il olaylarında söhbət Osmanlı imperiyasının himayəsi altında olan ermənilərdən gedir, hansı ki, səbəb nə olursa-olsun, onların üzləşdiyi faciəyə görə də bütün məsuliyyət himayəsində yaşadıqları Osmanlı dövlətinin, Osmanlı hakimiyyətinin üzərinə düşür.

Bu və digər faktlar göstərir ki, rəsmi Ankara qondarma erməni soyqırımını qəbul edir və tanıyır. Ərdoğan və onun  nazirlərinin, nazir müavinlərinin verdiyi açıqlamalar da bunu təsdiq edir. Hələlik Ərdoğan hökumətinin etmədiyi, etməyə cəsarət göstərmədiyi tək şey qondarma erməni soyqırımı məsələsini hüquqa daşımaq, bunu parlament səviyyəsində qəbul etdirməkdir. Lakin proseslərin gedişatına nəzər salsaq, Ərdoğan hakimiyyətinin yaxın gələcəkdə bu rüsvayçılığa da imza atması ehtimalı qeyri-mümkün görünmür.

Göründüyü kimi, türk xalqının iradəsinə zidd olaraq Ankara qondarma erməni soyqırımını faktiki olaraq tanıyır və 1915-ci il olaylarında ölən erməniləri anmağı, onların xatirəsini yad etməyi, yaxınlarına başsağlığı verməyi özünə borc hesab edir. Halbuki, 1914-1915-ci illərdə minlərlə türkü al qana qərq edən, Osmanlı dövlətinə xəyanət edən ermənilər etdikləri cinayətlərə, qətliamlara görə nəinki həmin türklərin nəvə-nəticəsinə başsağlığı vermək, hətta belə bir faktın mövcudluğunu ümumi söz və ifadələrlə etiraf etməyi belə özünə borc bilmir. Ona görə yox ki, ermənilər bu məsələdə daha ağıllı, daha uzaqgörən, daha prinsipial, daha əzmkardır. Ona görə ki, ermənilər hazırkı Türkiyə hökumətinin simasında heç vaxt görmədikləri qədər zəif, siyasi iradədən məhrum, türk xalqı və tarixinə bağlılığı qeyri-qənaətbəxş olan mübarizlikdən məhrum asan bir rəqib görür. Və bu rəqibin cəsarətsizliyi, təslimiyyətə meyilliyi ermənilərə əlavə cəsarət və əzmkarlıq qazandırır.

Bir sözlə, bu gün qondarma erməni soyqırımını tanıyan dövlətlərə notalar təqdim edən Türkiyənin özü də bu uydurma soyqırımı qəbul etməyin bir addımlığındadır. Və ola bilsin ki, bir müddət öncə İsrailə söz savaşı açaraq özünü İslam dünyasının lideri kimi təqdim edən Ərdoğan, 

bu soyqırımını parlamentdə qəbul etdirməklə indi də  özünü tarixlə üzləşə bilər adil və ədalətli siyasi lider kimi tanıtmağa cəhd etsin.

Sonda qeyd edilməsi vacib olan digər bir məsələ isə Türkiyənin qondarma erməni soyqırımını qəbul edən dövlətlərdən öz səfirlərini geri çağırması ilə bağlıdır. Səfirin geri çağırılması beynəlxalq hüquq və diplomatik münasibətlər sistemində rəsmi səviyyədə ciddi bir etiraz forması kimi qəbul edilsə də, indiki məqamda Ankaranın belə bir addım atması yanlışdır. Təbii, əgər dünyada qondarma erməni soyqırımını qəbul edən sadəcə 1-2 dövlət olsaydı, bələ də bu addıma bəraət qazandırmaq, bundan nə isə gözləmək olardı. Lakin bu gün dünyada qondarma erməni soyqırımını qəbul edən dövlətlərin sayı sürətlə artmaqdadır. Artıq Türkiyənin 7 dövlətdən öz səfirini geri çəkildiyi bildirilir. Proseslər belə davam edərsə, Türkiyə qısa zamanda dünyanın yarıdan çoxundan öz səfirlərini geri çağırmaq məcburiyyəti qarşısında qalacaq. Bu isə Türkiyənin bütövlükdə gülünc vəziyyətdə qalması ilə nəticələnə bilər.

Bundan başqa, xarici ölkələrdəki türk səfirlərinin geri çağırılması bu sürətlə davam edərsə, o zaman Türkiyə Xarici İşlər Nazirliyini bir dövlət qurumu olaraq saxlamağa ehtiyac qalmayacaq. Çünki bu qurum avtomatik olaraq artıq, lüzumsuz bir instituta çevriləcək və xarici ölkələrdə Türkiyənin dövlət maraqlarını qorumalı olan türk diplomatları bu missiyanı ən yaxşı halda çayxana və sosial şəbəkələrdə “icra etmək”x9d məcburiyyəti qarşısında qalacaqdır.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

Çində güclü zəlzələ oldu

Çində güclü zəlzələ oldu

Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - FOTO

Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - FOTO

“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani

“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani

Babək rayonunda ağır qəza: 3 nəfər xəsarət aldı

Babək rayonunda ağır qəza: 3 nəfər xəsarət aldı

Bu ölkədə azan qadağan olunacaq

Bu ölkədə azan qadağan olunacaq

Keçmiş vəzifəsinə qayıda bilər

Keçmiş vəzifəsinə qayıda bilər

Avropada anomal istilərdən 1300-dən çox insan həyatını itirib - FOTO

Avropada anomal istilərdən 1300-dən çox insan həyatını itirib - FOTO

Yeni Kaledoniyada seçkilər: Fransanın tərkibində qalmaq istəyənlər çoxluq qazana bilmədilər

Yeni Kaledoniyada seçkilər: Fransanın tərkibində qalmaq istəyənlər çoxluq qazana bilmədilər

Arıqlamaq istəyirsinizsə, bu vərdişləri UNUDUN

Arıqlamaq istəyirsinizsə, bu vərdişləri UNUDUN

Putin yanacaq təminatı ilə bağlı müşavirə KEÇİRDİ - VİDEO

Putin yanacaq təminatı ilə bağlı müşavirə KEÇİRDİ - VİDEO

Pezeşkian ruhanilərlə görüş keçirəcək

Pezeşkian ruhanilərlə görüş keçirəcək

Nyu-York meri: "Mən İsraili bir dövlət kimi dəstəkləyirəm" - VİDEO

Nyu-York meri: "Mən İsraili bir dövlət kimi dəstəkləyirəm" - VİDEO

Venesuelada zəlzələ zamanı argentinalı futbolçunun ailəsi HƏLAK OLDU

Venesuelada zəlzələ zamanı argentinalı futbolçunun ailəsi HƏLAK OLDU

ABŞ-ın İrana son hücumundan görüntülər - VİDEO

ABŞ-ın İrana son hücumundan görüntülər - VİDEO

Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

Almaniyada ən yüksək temperatur qeydə alındı: 41,7 dərəcə

Almaniyada ən yüksək temperatur qeydə alındı: 41,7 dərəcə

Əraqçı İraqda Qasım Süleymaninin öldürüldüyü yerə baş çəkdi - VİDEO

Əraqçı İraqda Qasım Süleymaninin öldürüldüyü yerə baş çəkdi - VİDEO

İranda dolların məzənnəsi bahalaşdı

İranda dolların məzənnəsi bahalaşdı

Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazandı - FOTO

Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazandı - FOTO

Müctəba Xamenei: "Tramp və Netanyahunun bəyanatları İrana qarşı cinayətlərin etirafıdır"

Müctəba Xamenei: "Tramp və Netanyahunun bəyanatları İrana qarşı cinayətlərin etirafıdır"

Çəyirtkələr Dağıstana da gəlib ÇATDI - VİDEO

Çəyirtkələr Dağıstana da gəlib ÇATDI - VİDEO

Ermənistanda keçmiş səhiyyə nazirinin meyiti tapıldı

Ermənistanda keçmiş səhiyyə nazirinin meyiti tapıldı

Berlin polisi su şırnaqları ilə yüzlərlə insanın köməyinə çatdı - VİDEO

Berlin polisi su şırnaqları ilə yüzlərlə insanın köməyinə çatdı - VİDEO

End of content

No more pages to load

RADİO