Sərkisyanın Qarabağa son uçuşu...

Bir həftə əvvəl Vəfa Quluzadə Moskvanın nüvə silahına əl ata biləcəyi haqda xəbərdarlıq etmişdi. Onda Rasim Ağayev “Göydən yerə daş düşsə, Vəfa Quluzadə deyəcək, bu daşı Rusiya göydən yerə atıb” deyərək ironiyalı reaksiya vermişdi.

Budur, Putin onu təmizə çıxartmaq istəyən Ağayevi yox, Quluzadəni təsdiqlədi. Rusiya prezidenti Qərbə ölkəsinin nüvə gücünü xatırlatdı və “bizimlə qarşıdurmaya girməmək ən yaxşısı olar” dedi. Putin o qədər irəli gedib ki, hətta Qazaxıstan adlı dövlətin mövcudluğuna şübhə edir, Nazarbayevi hədələyir. 

Rusiyanın dünyanı təhdid etdiyi günlərdə ermənilərin də əlinə fürsət düşüb. Arxalı köpək məsələsi yəni... Sabah Ermənistan prezidenti Serj Sərkisyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək. Bəli, Azərbaycana - ölkəmizin ayrılmaz hissəsi saydığımız Dağlıq Qarabağa. Amma fakt budur ki, düşmən on illərdir bu torpaqları bizim əlimizdən almağı və indiyədək cəngində saxlamağı bacarıb. Sərkisyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin 23-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək. Nümayəndə heyəti sanki xarici ölkəyə səfər edəcək, nazirlər və diaspor erməniləri də tədbirə təşrif buyuracaq. 

Qubadlının işğalının 21-ci ildönümündə bunları yazmaq çox ağırdır. Amma bu, acı həqiqətdir, röya deyil. Sabah ermənilər Xankəndidə hərbi parad keçirəcək, Şuşa şəhərində isə Geoloji Muzeyin açılışını edəcəklər. Ermənistan parlamentinin bütün fraksiyalarını təmsil edən deputat qrupu da Qarabağda olacaq. Bu barədə xəbər yayılandan sonra rəsmi Bakı gərək bütün beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb Sərkisyanın gəlişini əngəlləmək üçün cəhdlər göstərəydi. Ancaq biz bunu müşahidə etmirik. Qarabağ separatçıları 1991-ci il sentyabrın 2-də Azərbaycandan ayrıldıqlarını, qanunsuz olaraq öz müstəqilliklərini elan etdiklərini bəyan ediblər və onların azğınlıqları artıq adi qarşılanır. Bir neçə gün əvvəl ABŞ-ın Kaliforniya ştatının tanıdığı “DQR” öz “müstəqilliyini” qeyd edəcək. 

Qarabağ canisi Köçəryan Rusiyada çıxan “Nuhun Gəmisi” qəzetinə müsahibəsində deyib ki, Ermənistan batır. Ermənilərin it kökündə yaşadığı, imkanı çatanın ölkədən qaçıb getdiyi məlumdur. Ermənilər o kökdədir ki, hətta Borçalıda azərbaycanlıların həyətində yer belləyir, tualet yeri qazır, odun doğrayır, günəmuzd işləyirlər. Düşmən millətin qapısında qul kimi işləməyə belə dözürlər. Ancaq nə Köçəryanın dedikləri, nə ermənilərin sayının ilbəil azalması bizi arxayınlaşdıra bilməz. Ermənistanda bir erməni qalmasa belə, nə qədər Rusiya imperiyası var, Azərbaycan təhlükə ilə üzbəüz qalacaq. Bu təhlükəni önləməyin ən birinci yolu ölkədə milli birliyin təminatına nail olmaq, qarşıdurmanı aradan götürməkdir. 

Düzdür, mən Rusiya təhlükəsindən Azərbaycanı Qərbin də xilas edəcəyini zənn etmirəm. Gürcüstan, Ukrayna nümunəsi var... Necə ki, o Qərb 1920-ci ildə müstəqilliyini tanıdığı Azərbaycanın tikə-parça edilməsinə, 30-cu illərdə bu xalqın qaymaqlarının kütləvi məhvinə göz yumdu, hətta 1945-46-cı illərdə Cənubi Azərbaycanda qurulan Demokratik Respublikanın süqutuna imkan yaratdı. Demokratiya nağıllarını da çox eşitdik bu illərdə. Ancaq mənə torpağımı 20 ildən çoxdur işğalda olduğu halda işğalçını öz adı ilə tanımayan, üstəlik bir dılğır erməninin ölümünə görə Azərbaycana nota verən Qərbin demokratiyası lazım deyil! Belə yanaşma varkən onun gətirdiyi demokratiya İraqdakı İŞİD-dən yaxşı olmayacaq. Azərbaycanın 4 mindən çox əsir və itkini var, Qərb nə zaman Ermənistandan bu itkinləri tələb edib? Heç vaxt!

Üstəlik, işğalçıya hər il milyonlar ayırırlar. Budur, həmin milyonlar hesabınadır ki, 2 sentyabrda işğalçı ölkə Qarabağda hərbi parad və bayram tədbiri keçirir. Azacıq ədalət olsaydı, Azərbaycan bir raket zərbəsilə Sərkisyanı və onun canilərdən ibarət nümayəndə heyətini məhv edər, 1991-ci ildəki 20 noyabr qətliamının cavabını da verərdi, İsmət Qayıbovun, Məhəmməd Əsədovun, Vəli Məmmədovun... qisası alınardı. 

Kəsəsi, dünyada ədalət olsaydı, sabah Sərkisyanın Qarabağa son gəlişi kimi tarixə düşərdi. Elə hərbi paradı qəbul edən zaman bircə raket zərbəsi və ermənilərin Qarabağda dağılan tifağı... Təsəvvür edirsinizmi? Qarabağ məsələsinin həlli bu qədər sadədir. Ancaq ədalət olsaydı. Rusiya məlum, heç olmasa Qərbdə... Gözləyək, görək bir Qərb dövləti Sərkisyana “Azərbaycan torpağında nə ölümün var” deyib onu qınayacaqmı...?! Ərdoğan Sərkisyanı dostsayağı inauqurasiyasına dəvət etmişdi. Bu da onun cavabı...


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mel Gibson onu ələ saldığına görə üzr istədi

Mel Gibson onu ələ saldığına görə üzr istədi

Atasını öldürüb, cinayəti belə ört-basdır etmək istədi – Gədəbəydə 34 il əvvəlki qətlin TƏFƏRRÜATI

Atasını öldürüb, cinayəti belə ört-basdır etmək istədi – Gədəbəydə 34 il əvvəlki qətlin TƏFƏRRÜATI

"Apple"ın baş direktoru vəzifəsindən ayrıldı – VİDEO

"Apple"ın baş direktoru vəzifəsindən ayrıldı – VİDEO

Nikol Paşinyan: “Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edirik”

Nikol Paşinyan: “Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edirik”

Ötən sutka Ukraynanın 1050 PUA-sı məhv edilib – Rusiya Müdafiə Nazirliyi

Ötən sutka Ukraynanın 1050 PUA-sı məhv edilib – Rusiya Müdafiə Nazirliyi

Bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

İlham Əliyev: Ermənistanla yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq

İlham Əliyev: Ermənistanla yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq

Dünyanın ən bahalı rayonu: 550 milyon dollarlıq mənzillər, “Formula-1” ulduzları və milyarderlər

Dünyanın ən bahalı rayonu: 550 milyon dollarlıq mənzillər, “Formula-1” ulduzları və milyarderlər

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Prezident: “BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb” – VİDEO

Prezident: “BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb” – VİDEO

Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlandı - FOTO

Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlandı - FOTO

İlham Əliyev:"Cənubi Qafqaz sülh zonasına çevrilir"

İlham Əliyev:"Cənubi Qafqaz sülh zonasına çevrilir"

İlham Əliyev: “Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir”

İlham Əliyev: “Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir”

Leninqrad vilayətində məktəb və uşaq bağçalarına mina yerləşdirilib?

Leninqrad vilayətində məktəb və uşaq bağçalarına mina yerləşdirilib?

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə - FOTO

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə - FOTO

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər

Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər

ABŞ və Şimali Koreya arasında sammit keçiriləcək?

ABŞ və Şimali Koreya arasında sammit keçiriləcək?

Nurlan Valehoğlu yeni vəzifəyə təyin edildi – FOTO

Nurlan Valehoğlu yeni vəzifəyə təyin edildi – FOTO

İspaniya və Yunanıstan qarşısında tələb: Ukraynaya "Patriot" raketləri verilməlidir

İspaniya və Yunanıstan qarşısında tələb: Ukraynaya "Patriot" raketləri verilməlidir

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb

Prezidentin Bişkekdə keçirdiyi görüşlərin VİDEO İCMALI

Prezidentin Bişkekdə keçirdiyi görüşlərin VİDEO İCMALI

Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşdü – FOTO

Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşdü – FOTO

Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

End of content

No more pages to load

RADİO