Qatarın arxasınca atılan daş...

9 oktyabra-kimilərinin zəfər, kimilərinin iflas günü kimi tarixə düşəcək prezident seçkilərinə sayılı günlər qaldı. İndidən başqaları kimi müənəccimlik eşqinə düşsək, iddia edə bilərik ki, bu marafonun favoriti kimdir, axsayanı, geridə qalanı kim. Ancaq bu dəfəki yazı müqayisədən çox təhlilə əsaslanacaq və halvanı görəndə "Quran"ı unudan mollanın yaşadığı bəlli aqibəti yaşayan insanların düşdükləri miskin durumdan bəhs ediləcək.

Bunun üçün 2008-ci ildə baş tutmuş sonuncu prezident seçkilərinə qısaca ekskurs etmək lazım gələcək. Xatırlayan varsa həmin seçkilər müstəqillik tariximizin müxalifətsiz keçirilən ilk seçkiləri oldu. Müxalifət şineli geyindirilmiş oyuncaq alternativlərdən başqa heç bir real rəqibin qatılmadığı 2008-ci il seçkilərində İlham Əliyevin komandası demək olar ki, heç bir çətinlik çəkmədən asanlıqla qalib gəldi. Müxalifət də bu seçkilərə "mız" qoya bilmədi. Niyə? Çünki prosesdə iştirak etmədiyindən saxtalaşdırmanın necə və hansı mexanizmlərlə həyata keçirildiyini sübut edəcək faktlara malik olmadı. Niyə olmadı? Çünki seçki komissiyalarında etibarlı adamları olmadı və 2003-cü və 2005-ci illərdə olduğu kimi minlərlə seçki məntəqələrində komissiya üzvlüyü həyata keçirən fədakar insanlar seçki saxtakarlıqlarına etirazlarını seçki protokollarını imzalamaqdan imtina etmələriylə bir fakt kimi ortaya qoya bilmədilər, harda və hansı mexanizmlə saxtakarlıq edildiyni kal armud kimi komissiya sdərlərinin boğazına tıxaya bilmədilər. Doğrudur, o zaman da xeyli sınanılmış müxalifətçi komissiya üzvləri həm təzyiqlərə, həm də edilən şirnikləndirici təkliflərə boyun əyərək saxtalıqlara göz yumdu. Ancaq istənilən halda nəticələrə təsir etməsə belə ölkədə total seçki saxtakarlığı baş verdiyi bütün dünyaya agah oldu.

Müxalifət 2008-ci ildə isə seçki komissiyalarının yenidən və tamamilə biabırçı şəkildə formalaşdırıldığına etiraz əlaməti olaraq seçkilərdən imtina etdi. Siyasi liderlər imtinalarını belə əsaslandırdılar ki, nəticəsi əvvəldən bəlli seçki məzhəkəsinə demokratik don geyindirməkdənsə tamamilə prosesdən kənarda qalmaq, bu saxtakarlıqda pay sahibi olmamaq daha doğru seçimdir. Beləcə müxalifətsiz keçən 2008-ci il seçkisi bəlli səbəblərdən hər hansı sürprizlər yaşanmadan keçirildi.Doğrudur, o vaxt da müxalifətdə bir çox insanlar boykotun doğru olmadığını, istənilən halda saxtakarlıqla bağlı tutarlı faktlara çıxış imkanı əldə etmək üçün bütün seçkilərdə iştirakın vacib olduğunu iddia edirdilər. Ancaq fakt odur ki, həmin seçkilər yuxarıda qeyd edilən səbəbdən müxalifətin iştirakı olmadan keçirildi...

Bu ilin əvvəlində isə təxminən oxşar situasiya yaranmışdı və müxalifətdəki qüvvələr "seçki, yoxsa boykot" sualı ətrafında var-gəl edir, hətta qarşılıqlı ittihamlaradək gedib çıxan polemikalar gündəmi zəbt edirdi. 2013-cü ilin ilk günlərində-yanvarın 4=də Müsavat Partiyasının Ali Məclisi İsa Qəmbərin istənilən halda prezident seçkilərində iştirak edəcəyi barədə ortaya siyasi iradə qoymaqla bu intriqlara yeni nəfəs verdiyindən əks arqument tərəfdarları 2008-ci ildəki situasiyanı xatırladaraq "nə dəyişdi ki, mövqeniz dəyişdi" sualıyla müsavatçıları qınadılar.

Bəli, əslində bu yazıda da müəllif təkcə İsa Qəmbərdən deyil, bu prosesdə həlledici söz sahibi olanların hamısından soruşmaq istərdi ki,məhz həmin suala cavab versinlər. Bir daha xatırladım ki, AXCP sədri Əli Kərimli və onun həmfikirləri İsa Qəmbərin bu qərarını qınayaraq əsas hədəfin seçkilərdə necə və hansı konfiqurasiyada iştirak deyil, seçkiqabağı mühitin və seçki komissiyalarının  tərkibinin dəyişdirilməsi olduğunu söyləyir, arqumentlərini əsaslandırmağa çalışırdılar ki, əgər Stalinin məhşur deyimində olduğu kimi seçkilərin taleyi  səslərin kimə verilməsi yox, kimlər tərəfindən sayılması günün baş sualı olaraq qalırsa bu marafonda iştirak etməyə lüzum yoxdur.

Amma nə baş verdi? Rüstəm İbrahimbəyov özünü ortaya ataraq müxalifətdəki bu polemiaklara sanki qəsdən son qoydu və seçkilərin taleyini müəyyənləşdirəcək əsas məsələ arxa plana keçirildi. Artıq hamı "yorğan davası"na çıxdığından kimsə seçki komissiyalarının dəyişdirilməsinin zəruriliyini səsləndirmədi. Beləcə müxalifət liderləri mollanın aqibətini yaşamalı oldular...

Artıq iş-işdən keçib və Rüstəm İbrahimbəyovun qosqoca liderləri uşaq kimi tovlamasının ardından hətta Cəmil Həsənli kimi bir görkəmli ziyalının belə yeni siyasi lider obrazında zühur etməsi də heç nəyi dəyişən deyil. Milli Şuranın namizədinin hamıdan çox səs topladığını kim və necə iddia edəcək? Bunun üçün əllərində fakt olacaqmı? Səslərin sayılması prosesinə müşahidəçilər buraxılmaqla nə dəyişəcək ki? Əsas qol çəkməkdir, həmin qolları da kimlərin çəkəcəyi indidən bəllidir. Odur ki, indidən İlham Əliyevin üçüncü müddətə prezident kürsüsündə əyləşəcəyini ağlı başından olan kimsə şübhə etməməli. Milli Şuranın sonrakı vay-şivəni isə uzaqlaşan qatarı arxadan daşa basmaq effektindən başqa heç nəyə yaramayacaq...

Zülfüqar Hüseynzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

“Sakitliyim xəbərsizliyim deyil”

“Sakitliyim xəbərsizliyim deyil”

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Arda Güler daha 5 il "Real"da

Arda Güler daha 5 il "Real"da

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

“WhatsApp”ın işində problem YARANDI

“WhatsApp”ın işində problem YARANDI

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Atasının sözləri Güneli ağlatdı - VİDEO

Atasının sözləri Güneli ağlatdı - VİDEO

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

"Çelsi"nin kapitanı əməliyyat olundu

"Çelsi"nin kapitanı əməliyyat olundu

End of content

No more pages to load

RADİO