Bakıda kafedə bıçaqlanma hadisəsi qeydə alınıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, oktyabrın 19-da Z.Bünyadov prospektində kafedə naməlum şəxs Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımova bıçaq xəsarəti yetirib.
Hadisə ilə əlaqədar Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsi əməkdaşları əməliyyat keçiriblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Tərtər rayon sakini 1986-cı il təvəllüdlü Elçin Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.(anspress)