Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən, Bakı şəhər sakini Valeh Rəcəbova məxsus ambardan 40 min manat dəyərində santexnika malları oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən
Moderator.az-a verilən məlumata görə, polis dərhal oğuruların tutulması istiqamətində əməliyyata başalyıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Elvin Alxasov və Mehdi Qasımov tutulub.
Qeyd edək ki, əməliyyat Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.