Xalça və 17 manat üçün yaşlı qadının başına oyun açdılar - 3 dostun cinayət işi

Tənha yaşayan yaşlı qadının evinə basqın edən şəxslərin şikayəti təmin edilməyib. Onlar evinə basqın etdikləri yaşlı qadının ağzını, ayaqlarını və əllərini bağlayaraq döyüblər. Evdən xalçalar və 17 manat pul götürüblər.

Musavat.com xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

İşə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılıb.

Bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1979-cu il təvəllüdlü Ramiz Qurbanov, 1978-ci il təvəllüdlü Rəşid Fərmanov və Elnur Abbasov Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirli biliniblər. Onlardan əvvəllər də məhkumluq həyatı yaşamış Ramiz Qurbanov 10 il, Rəşid Fərmanov 8 il, Elnur Abbasov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslərdən ikisi Ramiz Qurbanov və Rəşid Fərmanov apellyasiya şikayəti veriblər. E.Abbasov isə cəzasının azaldılması üçün məhkəməyə müraciət etməyib.

Hər üç şəxs məhkum ediliblər ona görə ki, özgənin əmlakını ələ keçirmək məqsədi Quba rayonunun Qonaqkənd qəsəbəsində yaşayan Baloqlanova Asiya Mövlud qızının evinə qanunsuz olaraq daxil olublar.

Onlar 14 iyun 2016-cı il tarixdə gecə saat 3 radələrində qəsəbənin girişindəki “Cimiçay”x9d çayının yanına gediblər. İki mərtəbəli evdə tənha yaşayan 80 yaşlı A.Baloqlanovanın evinə gələrək qapını döyüblər. Özlərini yaşlı qadının nəvəsi Elvin kimi təqdim ediblər. Yaşlı qadın Elvin adlı nəvəsinin olmadığını deyib və qapını açmayıb. Onlar qapını sındıraraq evə daxil olublar. İttihama görə onlar yaşlı qadını qaranlıq otağa salaraq bədəninin müxtəlif yerlərinə yumruq və təpiklə vurublar.

Yaşlı qadından qızılların və pulların yerini göstərməsini tələb ediblər. Lakin Asiya Baloqlanova pul və qızılının olmadığını bildirib. Bundan sonra yaşlı qadının ağzını yapışqanlı lentlə, ayaqlarını və qollarını isə şalla bağlayıblar. Telefon xəttini kəsərək evdə axtarış aparmağa başlayıblar.

İttihama görə təqsirləndirilən şəxslər evdən bir ədəd 630 manat dəyərində “Ağgül”x9d xalçası, bir ədəd 644 manat dəyərində “Qırmacı”x9d xalçası, bir ədəd 527 manat dəyərində “Sumax”x9d xalçası, bir ədəd 150 manat dəyərində palaz, bir ədəd 28 manat dəyərində palaz, bir ədəd 100 manat dəyərində hərbi çadır-palatka və 17 manat 10 qəpik nəğd pul götürüblər.

Məhkumlardan Rəşid Fərmanov apellyasiya şikayətində özünü müdafiə edərkən qeyd edib ki, ona ittiham olunan cinayətdə iştirak etməyib və həmin cinayəti törətmək üçün heç kimlə qabaqcadan əlbir olmayıb. O, hadisələrin təsadüfi axarı zəminində, iradəsindən asılı olmayan səbəblərdən soyğunçuluq cinayətinin iştirakçısı olduğunu deyib.

“Qubaya dincəlmək məqsədi ilə getmişdim. Elnurun Qonaqkəndə soyğunçuluq üçün getdiyindən xəbərsiz idim. Hadisə vaxtı yaşlı qadına hər hansı zor və təzyiq göstərməmişəm. Sonradan isə Elnuru ələ verməmək üçün polisə məlumat vermədim”x9d- deyə təqsirləndirilən şəxs bildirib.

Məhkum Ramiz Qurbanov da apellyasiya şikayətində əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyini deyib və məhkəmədən ədalətli qərar çıxarılması istəyib.

R.Qurbanov birinci instansiya məhkəməsində özünü təqsirli bilərək göstərib ki, yaşadığı Qaraqurtlu kəndindəki həyətində özünə məxsus çayxanası və avtoyuma sexi olub. Hadisə günü çayxanasında olduğunu və tanışı Elnurun onun yanına gəldiyini deyib.xa0

Elnurla pivə içdikdəndən sonra Quba rayonunun Təngəaltı kəndinə yeyib-içməyə getməyi qərar alıblar. Bu təklifi Elnur edib. Rəşad pulunun olmadığını desə də Elnur bütün xərcləri özünün qarşılayacağını bildirib.

“Elnur dedi ki, pul və maşın var. Rəşidlə mən razılaşdıq. Sonra Elnur taksi fəaliyyəti ilə məşğul olan dayısı Mətləbə zəng elədi ki, gəlib bizi aparsın. Təngəlaltı kəndindəki şəlalənin yanına getdik. Avtomobilin işıqlarını yanılı vəziyyətdə saxladıq və orada yeyib-içdik. Elnur Qonaqkənddə bir nəfərin ona borcunun olduğunu, pulu almaq üçün ora getmək istədiyini, lakin ayağı zədəli olduğu üçün onu döyə biləcəklərini dedi. Onunla getməyimizi istədi. Biz də razılaşdıq”x9d- deyə Rəşad Qurbanov bildirib.

R.Qurbanov deyib ki, yaşlı qadının evinə gəldikdə Elnur qapını döyərək nəvəsinin ona pul borclu olduğunu deyib. Amma yaşlı qadın qapını açmayıb. Daha sonra isə qapını qıraraq evə daxil olublar.

Hadisənin təfərrüatını danışan R.Qurbanov bildirib ki, hadisədən sonra Elnura iradlarını bildirərək onları cinayətə sövq etməsinin səbəbini soruşub: “Elnur dedi ki, “bir işdir oldu da”x9d. Dayısı da buna görə Elnura irad bildirdi. Bir neçə gün sonra xalçaları satmaq üçün bazara aparacaqdıq. Eşitdik ki, Elnur tutulub”x9d.

Bu cinayət işi üzrə əsas təqsirləndirilən şəxs olan Elnur Abbasov da ifadə verib.

O, ifadəsində yaşlı qadının tənha yaaşdığını öyrəndikdən sonra belə bir plan qurduğunu deyib:

“Qonaqkənd qəsəbəsində qaynanamgildə qalanda qonşuluqda yaşayan Asiya Baloqlanovanı tanıdım. Onun tənha yaşadığını bildim. Bir dəfə onun xahişi ilə evinə gedərək soyuducusunu təmir elədim. Bir neçə ay sonra Ramizlə görüşdüm. Ramiz dolanışığının zəif olduğundan gileyləndi. Bir ev tapıb oğurluq etməyi təklif elədi. İmkanlı şəxs evi tapmadığımız üçün yaşlı qadının evinə girməyi planlaşdırdıq”x9d- deyə E.Abbasov cinayət əməlini danışarkən deyib.

Məhkəmə tərəfləri dinlədikdən, sübutları araşdırdıqdan sonra qərarı elan edib. Qərara əsasən təqsirləndirilən şəxslərin cəzası azaldılmayıb və birinci isntansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynalılar amerikalı hərbçilərə bu texnologiyanı öyrədirlər – Tramp əvvəllər “yox” demişdi - VİDEO

Ukraynalılar amerikalı hərbçilərə bu texnologiyanı öyrədirlər – Tramp əvvəllər “yox” demişdi - VİDEO

Məhv edilən tarix, saxtalaşdırılan İRS – Erməni vandalizminin izlərini daşıyan TARİXİ ABİDƏLƏRİMİZ

Məhv edilən tarix, saxtalaşdırılan İRS – Erməni vandalizminin izlərini daşıyan TARİXİ ABİDƏLƏRİMİZ

SON DƏQİQƏ: ABŞ vətəndaşlarını İrandan Azərbaycan üzərindən təcili çıxmağa çağırdı - FOTO

SON DƏQİQƏ: ABŞ vətəndaşlarını İrandan Azərbaycan üzərindən təcili çıxmağa çağırdı - FOTO

Qələmşah Dostuyev vəzifəsindən AZAD EDİLDİ

Qələmşah Dostuyev vəzifəsindən AZAD EDİLDİ

Suma Azərbaycanda hansı kluba KEÇƏCƏK?

Suma Azərbaycanda hansı kluba KEÇƏCƏK?

Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları AŞKARLADI – RƏSMİ

Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları AŞKARLADI – RƏSMİ

25 gündən sonra Quba-Alpan-Susay-Xınalıq yolu açıldı - ÖZƏL

25 gündən sonra Quba-Alpan-Susay-Xınalıq yolu açıldı - ÖZƏL

Rusiya vətəndaşına Bakıda HÖKM OXUNDU - Qumar saytları ilə insanları aldadıb

Rusiya vətəndaşına Bakıda HÖKM OXUNDU - Qumar saytları ilə insanları aldadıb

Sərnişinlərin DİQQƏTİNƏ! Bu istiqamətlər üzrə əlavə avtobuslar xəttə buraxıldı

Sərnişinlərin DİQQƏTİNƏ! Bu istiqamətlər üzrə əlavə avtobuslar xəttə buraxıldı

Süni intellekt vasitəsilə “insan yaratdı” və xeyli pul qazandı

Süni intellekt vasitəsilə “insan yaratdı” və xeyli pul qazandı

Rusiyadan Macarıstana neft nəqli bərpa olundu

Rusiyadan Macarıstana neft nəqli bərpa olundu

Azərbaycan XİN-dən İsrailə TƏBRİK – FOTO

Azərbaycan XİN-dən İsrailə TƏBRİK – FOTO

NATO baş katibi ilə Ərdoğan arasında QAPALI GÖRÜŞ

NATO baş katibi ilə Ərdoğan arasında QAPALI GÖRÜŞ

ABŞ NATO-da İran müharibəsini dəstəkləməyən ölkələrin “qara siyahısını” hazırladı

ABŞ NATO-da İran müharibəsini dəstəkləməyən ölkələrin “qara siyahısını” hazırladı

Dünyanın ən bahalı evini bu şəxs ALDI

Dünyanın ən bahalı evini bu şəxs ALDI

Macarıstan vetonu geri götürdü: Aİ Ukraynaya 90 milyard avroluq krediti təsdiqlədi

Macarıstan vetonu geri götürdü: Aİ Ukraynaya 90 milyard avroluq krediti təsdiqlədi

Prezidentlər Azərbaycan-Latviya biznes-forumunda – FOTO

Prezidentlər Azərbaycan-Latviya biznes-forumunda – FOTO

Sənətsevərlər İçərişəhərdə bir araya GƏLDİ – Tahir Şıxəliyevin fərdi sərgisindən VİDEOREPORTAJ

Sənətsevərlər İçərişəhərdə bir araya GƏLDİ – Tahir Şıxəliyevin fərdi sərgisindən VİDEOREPORTAJ

Bu gün saat 21:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Bu gün saat 21:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

İran ABŞ-la danışıqlara başlamaq üçün şərtlərini açıqladı

İran ABŞ-la danışıqlara başlamaq üçün şərtlərini açıqladı

TƏBİB-də vəzifəsindən azad edilən şəxslərin SİYAHISI

TƏBİB-də vəzifəsindən azad edilən şəxslərin SİYAHISI

SON DƏQİQƏ: Abşeron məktəblərində yuxarı sinif şagirdlərinin çantaları yoxlanılır

SON DƏQİQƏ: Abşeron məktəblərində yuxarı sinif şagirdlərinin çantaları yoxlanılır

Latviya Prezidenti İlham Əliyevə təşəkkür etdi - FOTO

Latviya Prezidenti İlham Əliyevə təşəkkür etdi - FOTO

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

End of content

No more pages to load

RADİO