Baş Prokurorluq məşhur aparıcı Kamran Həsənliyə cinayət işinin açılmasına aydınlıq gətirib.
Qurumun mətbuat katibi Eldar Sultanov bildirib ki, məsələ ilə bağlı Samir Piriyev tərəfindən şikayət ərizəsi daxil olub.
S.Piriyev ərizəsində Kamran Həsənlinin ondan 80 min dollar aldığını və mənimsədiyini qeyd edib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.(“Qafqazinfo”x9d)