Sumqayıtda taksi sürücüsünü öldürənlər 32 il cəza aldılar ”“ FOTO

“Əgər o qışqırmağa başlamasaydı, mən onu vuran deyildim”x9d.

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt ş. sakini Nazim Mərdanov (1979-cu il təv.) və Vüqar Məmmədovun (1986-cı il təv.) CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və ya satma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, bu il aprelin 19-da Z.Tağıyev qəsəbəsində Sumqayıt ş. polis idarəsi və şəhər prokurorluğunun əməkdaşları üzərində zorakılıq əlamətləri ilə 25-30 yaşlı kişi meyiti aşkar ediblər. Araşdırma zamanı məlum olub ki, mərhum Sumqayıt sakini Amid Qurbatovdır (1989-cu il təv.), o ailəsi ilə şəhərdə yaşayıb və fərdi qaydada özünə məxsus “VAZ 2107”x9d markalı maşınla taksi fəaliyyəti ilə məşğul olub.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, mərhumun ölümünə ürək və ağciyər nahiyyələrinin zədələnməsi nəticəsində inkişaf etmiş kəskin qanitirmə səbəb olub. 

Hadisədən 2 gün sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nazim Mərdanov və Vüqar Məmmədov saxlanılıblar, dindirmə zamanı onlar sözügedən cinayəti törətdiklərini etiraf ediblər. 

İstintaqla müəyyən edilib ki, Nazim Mərdanov maddi vəziyyətlərini düzəltmək üçün dostu Vüqar Məmmədova taksi sürücüsünü qarət etməyi, ona məxsus avtomobili ələ keçirməyi təklif edib. Bir neçə gün müşahidə apardıqdan sonra onlar “əlverişli variantlar”x9d haqda düşünüblər və nəhayət, hədəf kimi 11-ci mikrorayonda, marketin qarşısında dayanan ağ rəngli “VAZ 2107”x9d markalı avtomobilin sürücüsünü seçiblər. Aprelin 18-i axşam saat 22 radələrində sürücüyə yaxınlaşan cinayətkarlar 8 manat müqabilində Tağıyev qəsəbəsinə getmək barədə razılaşıblar.

Məmmədov sürücünün yanında, Mərdanov isə arxa oturacaqda əyləşib. Xalası həmin qəsəbədə yaşadığına görə Nazim həmin ərazini yaxşı tanıyıb, onun göstərişi ilə sürücü maşını dəmir yolunun yanında, boş ərazidə saxlayıb. Dərhal Nazim Amid Qurbatovun boynundan tutub, böyrünə bıçağı dirəməklə pul verməsini və açarı avtomobildə qoyaraq, düşməsini tələb edib.

Digər tərəfdən yaxınlaşan Vüqara sürücü cibində olan 32 manat pulu verib, lakin sonra Amid qışqırıb, vətəndaşları köməyə çağırmağa başlayıb. Bunu görən Vüqar Amidə badalaq vurub, yerə yıxıb, əsəbiləşən Nazim isə ona zərbələr vurmağa başlayıb. İlk xəsarətləri döş qəfəsinə vurub, qalanları isə boğazına və boynuna dəyib. Daha sonra Mərdanov sükan arxasına oturub və maşını idarə etməklə dayanacağa gətirərək, öncədən 2 günün pulunu ödəyib. Bu vaxt ərzində onlar müştəri tapıb, avtomobili satmaq niyyətində olublar, lakin tutulublar.   

Məhkəmə prosesində Nazim Mərdanov özünü qismən təqsirli hesab edərək, qeyd edib ki, onun əsas məqsədi avtomobili qaçırmaq olub, sürücünü heç kim öldürmək istəməyib:

“Əgər o qışqırmağa başlamasaydı, mən onu vuran deyildim”x9d.

Təqsirləndirilən Vüqar Məmmədov ittihamlar üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, heç kimə hədə-qorxu gəlməyib və mərhuma bıçaq zərbələri vurmayıb. Onun iştirakı ondan ibarət olub ki, o həmin avtomobilə minib və qəsəbəyə çatanda sürücünün qışqırığının qarşısını almaq üçün onu yerə yıxıb. 

Məhkəmənin hökmü ilə N.Mərdanov 17, V.Məmmədov 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın təyyarəsi Ankarada – VİDEO

Trampın təyyarəsi Ankarada – VİDEO

Almaniyada "yumurta böhranı": Marketlər satışa limit qoydu

Almaniyada "yumurta böhranı": Marketlər satışa limit qoydu

“Media Masası”nın ikinci verilişi hazırlanır – VİDEO

“Media Masası”nın ikinci verilişi hazırlanır – VİDEO

Valideynlərin DİQQƏTİNƏ - Məktəbli formaları bahalaşa bilər – BTE AÇIQLAMA

Valideynlərin DİQQƏTİNƏ - Məktəbli formaları bahalaşa bilər – BTE AÇIQLAMA

Zakir Həsənov Aqil Qurbanova medal təqdim etdi - Fotolar

Zakir Həsənov Aqil Qurbanova medal təqdim etdi - Fotolar

BTQ Kanakidəki seçkilərə həsr olunan görüş təşkil etdi – FOTO

BTQ Kanakidəki seçkilərə həsr olunan görüş təşkil etdi – FOTO

Tokayevin prezidentlik müddəti yenidən HESABLANACAQ

Tokayevin prezidentlik müddəti yenidən HESABLANACAQ

Ali Radanın deputatı: "Putin zəifləyib, Ukrayna təzyiqi artırmalıdır"

Ali Radanın deputatı: "Putin zəifləyib, Ukrayna təzyiqi artırmalıdır"

İki gəncin ölümünə səbəb olan sürücü sərxoş imiş... – VİDEO

İki gəncin ölümünə səbəb olan sürücü sərxoş imiş... – VİDEO

Beyni gəncləşdirən vasitələr

Beyni gəncləşdirən vasitələr

Zelenski NATO Sammitində iştirak etmək üçün Ankaraya gəldi - VİDEO

Zelenski NATO Sammitində iştirak etmək üçün Ankaraya gəldi - VİDEO

Həkimlər çəki artımının gizli SƏBƏBİNİ AÇIQLADILAR

Həkimlər çəki artımının gizli SƏBƏBİNİ AÇIQLADILAR

ABŞ-da qanlı Müstəqillik Günü: 100 nəfər güllələndi

ABŞ-da qanlı Müstəqillik Günü: 100 nəfər güllələndi

Ukrayna 8 rus tankerini belə məhv etdi – ANBAAN VİDEO

Ukrayna 8 rus tankerini belə məhv etdi – ANBAAN VİDEO

ŞAD XƏBƏR – Qazla bağlı rüsum LƏĞV EDİLİR

ŞAD XƏBƏR – Qazla bağlı rüsum LƏĞV EDİLİR

Azərbaycanda 600 min manatlıq nömrə satışa çıxarıldı

Azərbaycanda 600 min manatlıq nömrə satışa çıxarıldı

Qarpız niyə hələ də bahadır? - İqtisadçı səbəbləri açıqladı

Qarpız niyə hələ də bahadır? - İqtisadçı səbəbləri açıqladı

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - VİDEO

Sığorta ödənişləri ilə bağlı YENLİK – Qaydalar dəyişir

Sığorta ödənişləri ilə bağlı YENLİK – Qaydalar dəyişir

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

Xocavənddə daha 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavənddə daha 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Daşkəsəndə 50 yaşlı qonşusu tərəfindən armaturla döyülən yeniyetmənin SON DURUMU

Daşkəsəndə 50 yaşlı qonşusu tərəfindən armaturla döyülən yeniyetmənin SON DURUMU

Polis Bakıda ƏMƏLİYYAT keçirdi: Tutulanlar arasında qadın da var – FOTO/VİDEO

Polis Bakıda ƏMƏLİYYAT keçirdi: Tutulanlar arasında qadın da var – FOTO/VİDEO

Gömrüklə bağlı QANUN DƏYİŞİR - Əlavə sənədlər TƏLƏB OLUNACAQ

Gömrüklə bağlı QANUN DƏYİŞİR - Əlavə sənədlər TƏLƏB OLUNACAQ

End of content

No more pages to load

RADİO