TANAP bu sahədə Dünya Bankının 10 ən yaxşı layihəsinə başçılıq edir

Azərbaycan təbii qazını Türkiyə üzərindən Cənubi Avropaya nəql edən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Dünya Bankı Qrupunun (DB) təşviq etdiyi ilk 10 faydalı yanacaq layihəsi siyahısında birinci yerdədir.

Bizim.Media xəbər verir ki, bu barədə Dünya Bankının yeni "Big Shift Global" hesabatında deyilir.

Hesabatda Dünya Bankının son illərdəki maliyyə axınları təhlil edilir və inkişaf bankının köməyi ilə irəliyən ilk 10 faydalı yanacaq layihəsi müəyyən edilir.

Hesabata əsasən, Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi (MIGA) 2018-ci ildə investorları qorumaq üçün TANAP-a 1,1 milyard ABŞ dolları kredit zəmanəti verib. Türkiyə ərazisindən təxminən 1 150 mil uzanan boru kəmərinin Azərbaycandan Avropaya illik 16 milyard kubmetr qaz nəql edəcəyi gözlənilir ki, bu da Azərbaycanın hazırkı illik ixracından üç dəfə çoxdur.

“AKA Bank”, “Citi”, “Credit Agricole CIB”, ING, LBBW, “Santander” və “Societe Generale” bankların kreditlərinə 15 illik zəmanət verilib.

Digər misal, 2019-cu ildə Beynəlxalq Maliyyə Korporasiyası (İFC, Dünya Bankı Qrupuna daxildi) tərəfindən Asu (Braziliya) limanında qazla işləyən elektrik stansiyası və mayeləşdirilmiş təbii qaz (LNG) idxal terminalı üçün verilmiş 288 milyon ABŞ dolları məbləğində kreditdir.
Başqa bir misal, Argentinanın Buenos-Ayres şəhərindən kənarda neft emalı zavodunu genişləndirmək üçün 2019-cu ildə qismən BP-yə məxsus neft şirkəti olan “Pan American Energy”ə 135 milyon ABŞ dolları kredit ayrılıb.

Dünya Bankı Qrupu 2015-ci ildə Paris İqlim Sazişinin imzalanmasından sonra dünya üzrə 144 faydalı yanacaq layihələrinə 14,8 milyard ABŞ dolları ayırıb və bu, pisləşən iqlim böhranı ilə mübarizə üçün qlobal səylərə zərbə vurub. Hesabata əsasən, bu pullar qaz kəmərləri, neft emalı zavodları, LNG terminalları və təbii qaz elektrik stansiyalarının tikintisini aparmağa kömək edib.

2022-ci maliyyə ilində Dünya Bankı bütün dünyada icmalara iqlim böhranına cavab vermək və daha təhlükəsiz və təmiz gələcək qurmaqda kömək etmək üçün iqlimlə bağlı 31,7 milyard ABŞ dollarlıq rekord məbləğdə investisiya ayırıb.

2021-ci maliyyə ilində Beynəlxalq Yenidənqurma və İnkişaf bankı və Beynəxlaq İnkişaf Assosiasiyası (Qrupun struktur bölmələri) yeni faydalı yanacaq növlərini maliyyələşdirməyib. Dünya Bankı Qrupu 2019-cu ildə neft və qaz kəşfiyyatı və hasilatına investisiyaları dayandırıb.

Bununla belə, hesabatda mövcud faydalı yanacaq yandırılması layihələri, yəni Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının 600 milyon ABŞ dolları məbləğində kredit ayırdığı Türkiyədə qaz anbarının genişləndirilməsi üzrə cari maliyyədən bəhs edilmir. Bank 2024-cü ilin oktyabr ayına qədər layihəyə pul ayıracaq.

Qeyd edək ki, Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz Türkiyəyə nəql olunur. Təbii qazın həcmləri Türkiyə bazarına Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə çatdırılır.
Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının tədarükü 2018-ci il iyunun 30-da başlayıb.

Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanın “mavi yanacağı” TANAP vasitəsilə Türkiyə bazarına, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə isə Avropa bazarına çıxarılır. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İranın neft naziri istefa verdi

İranın neft naziri istefa verdi

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Lamin Yamal unikal nəticəyə imza atdı

Lamin Yamal unikal nəticəyə imza atdı

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

End of content

No more pages to load

RADİO